ARTIRMAQ

f.
1. Miqdarını, çəkisini çoxaltmaq; həcmini, sahəsini böyütmək. Məhsulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq.
– Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun.

2. Əlavə etmək, üstünə gəlmək. Beşin üstünə üç artırmaq. Çayın şirnisini artırmaq. Tezisə yeni maddələr artırmaq.
3. Gücləndirmək, şiddətləndirmək. Maşın sürətini artırdı. Ağrını artırmaq.
– Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm, dəxi məsciddə nəyim var mənim. S.Ə.Şirvani.
[Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov.
Şəhərin bu dəhşətli mənzərəsi kəndin Firidunda oyatdığı kədər və qəzəbi daha da artırdı. M.İbrahimov.

4. Yüksəltmək. Vəzifəsini artırmaq. Sayıqlığı artırmaq. Gənclərin ictimai həyatda rolunu artırmaq.
5. məc. Böyütmək, şişirtmək, mübaliğə etmək. Artırma, olduğu kimi söylə!
6. məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, yüksəltmək. İxtisasını artırmaq. Biliyini artırmaq.

Синонимы

  • ARTIRMAQ böyütmək — şişirtmək
  • ARTIRMAQ təkmilləşdirmək — yaxşılaşdırmaq — yüksəltmək
  • ARTIRMAQ çoxaltmaq — böyütmək
  • ARTIRMAQ gücləndirmək — şiddətləndirmək
  • ARTIRMAQ yüksəltmək — qaldırmaq
  • ARTIRMAQ 1. ARTIRMAQ, ƏLAVƏ ETMƏK, ÜSTÜNƏ GƏLMƏK 2. artırmaq bax çoxaltmaq

Антонимы

  • ARTIRMAQ ARTIRMAQ – AZALTMAQ Bu mənim dərdimi daha da artırdı (S.Vəliyev); Azalt, uzağı demirəm, elə ver Azərbaycanın Kəlbəcər rayonuna, ver o yerə ki, orada l

Этимология

  • ARTIRMAQ1 Artmaq feilindən əmələ gəlib, əsli artur (увеличивать) kimi olub. İndiki –ır şəkilçisi –dır4 şəkilçisindən törəmədir, hazırda sinonim kimi işlədilir (
ARTIRMAC
ARTİ́KL

Значение слова в других словарях