arxa-arxaya
arxa-dirək
OBASTAN VİKİ
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Arxa beyin
Asxa beyinə (lat. metencephalon) körpü - lat. pons və beyincik - lat. cerebellum aiddir; onun boşluğunun qlığını dördüncü mədəciyin ara hissəsi təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Arxa plan
Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Böyük dayaq (roman)
Böyük dayaq— Mirzə İbrahimovun romanı. == Mövzu == Əsər 1957-ci ildə yazılmışıdr. M.İbrahimovun bu əsəri sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub. Ailə və məişət zəminində yenilik və konflikt əsasında qurulan əsərin əsas sujet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu təşkil edir. Latış ədəbiyyatşünası Y.Çakurs Mirzə İbrahimovu “böyük dünyəvi problemlər qaldıran qüdrətli ədib” kimi səciyyələndirir, “Böyük dayaq” əsərinin ümumxalq şöhrətini onun sənətkarlıqla, ilhamla təsvirində, xəlqiliyində görür, maraqlı xarakterlərə, Azərbaycan torpağının misilsiz təbiətinə və müasir həyatına heyranlığını bildirir. Mirzə İbrahimovun “Böyük dayaq” ictimai-psixoloji romanı bir sıra müasir və aktual problemlərə vaxtında toxunduğuna görə, ciddi sosial əhəmiyyət kəsb edir. Sənətkarın irihəcmli sanballı əsərləri milli romana yeni keyfiyyətlər daxil etməklə yanaşı, müasir ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirir.
Dayaq (maye dinamikası)
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.
Böyük dayaq (film)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnisi Xalq artisti Flora Kərimova-ya məxsusdur. == Rollarda == Ələsgər Ələkbərov — Rüstəm kişi Tamilla Rüstəmova (Tamilla Rüstəmova-Krastınş kimi) — Maya Həsən Məmmədov — Qaraş Leyla Rzayeva — Səkinə Zemfira Əliyeva — Pərşan Nəsibə Zeynalova — Telli Məmmədrza Şeyxzamanov — Şərəfoğlu Hacımurad Yegizarov — Şirzad Böyükağa Kazımov — Nəcəf Ağa Məmmədov — Kələntər Firudin Mehdiyev — Salman İbrahim İsfahanlı — Yarməmməd Qədirağa Əzimov — Lal Hüseyn Elmira Yadigarova — Naznaz Rafiq Tağıyev — Çoban Kərəm İsmayıl Dağıstanlı — Kərəmoğlu M. Ələkbərova — Zeynəb Əli Qurbanov — Çoban babaFilmi səsləndirənlər: Hökümə Qurbanova — Maya (Tamilla Rüstəmova) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Nəcəf (Böyükağa Kazımov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kələntər (Ağa Məmmədov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Yarməmməd (İbrahim İsfahanlı) (titrlərdə yoxdur) Məlik Dadaşov — Lal Hüseyn (Qədirağa Əzimov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Naznaz (Elmira Yadigarova) (titrlərdə yoxdur) Əfrasiyab Məmmədov — Çoban Kərəm (Rafiq Tağıyev) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Böyük dayaq (film, 1962)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnisi Xalq artisti Flora Kərimova-ya məxsusdur. == Rollarda == Ələsgər Ələkbərov — Rüstəm kişi Tamilla Rüstəmova (Tamilla Rüstəmova-Krastınş kimi) — Maya Həsən Məmmədov — Qaraş Leyla Rzayeva — Səkinə Zemfira Əliyeva — Pərşan Nəsibə Zeynalova — Telli Məmmədrza Şeyxzamanov — Şərəfoğlu Hacımurad Yegizarov — Şirzad Böyükağa Kazımov — Nəcəf Ağa Məmmədov — Kələntər Firudin Mehdiyev — Salman İbrahim İsfahanlı — Yarməmməd Qədirağa Əzimov — Lal Hüseyn Elmira Yadigarova — Naznaz Rafiq Tağıyev — Çoban Kərəm İsmayıl Dağıstanlı — Kərəmoğlu M. Ələkbərova — Zeynəb Əli Qurbanov — Çoban babaFilmi səsləndirənlər: Hökümə Qurbanova — Maya (Tamilla Rüstəmova) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Nəcəf (Böyükağa Kazımov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kələntər (Ağa Məmmədov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Yarməmməd (İbrahim İsfahanlı) (titrlərdə yoxdur) Məlik Dadaşov — Lal Hüseyn (Qədirağa Əzimov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Naznaz (Elmira Yadigarova) (titrlərdə yoxdur) Əfrasiyab Məmmədov — Çoban Kərəm (Rafiq Tağıyev) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Arxa küçələr (teleserial, 2006)
Arxa küçәlәr (türk. Arka Sokaklar) — 2006-cı ildən Kanal D-də ekranlara gələn polis, dram, döyüş növündə, Türkiyənin ən uzun müddət (18 mövsüm) yayımlanan televiziya serialıdır. === Qısa məlumat === Ölkə: Türkiyə Rejissor: Orhan Oğuz Prodüser: Ali Cengiz Deveci Ssenari: Ozan Yurdakul, Sinan Yurdakul Koordinator: Yılmaz Ekmekçi Bölüm sayı: 639 Çəkildiyi müddət: 2006 - günümüz Vəziyyəti: yayımda Müddəti: 135-145 dəqiqə arası Yayımlandığı telekanal: Kanal D, Max Smart (təkrar bölümləri)Tv 2 == Məzmun == Serial İstanbul Polis Qərargahında özəl bir komandada çalışan polislərin ailə həyatları və İstanbul küçələrindəki macəralarından bəhs edir. Komanda vəzifələri boyunca daim fərqli və müxtəlif insan hekayələri ilə qarşılaşır.
Arxa sıradakılar (teleserial, 2007)
== Məzmunu == Arxa Sıradakılar, MinT Prodakşn tərəfindən FOX kanalı üçün hazırlanan Türk dram serialıdır. Serialın quruluşunu Birol Güvən, ekranlaşmasını isə Hamdi Alkan öz üzərinə götürmüşdür. 30 Sentyabr 2007-ci ildə yayıma başlamışdır. 27 Noyabr 2011-ci ildə sona çatan serial, TNT kanalında təzə bölümləri ilə yenidən başlamışdır. TNT-nin bağlanacağı qərarı çıxanda bütün seriallar bitirilmişdir. Bu səbəblə Arxa Sıradakılar 193-cü bölümdə, final bölümü yayımlanmışdır. Həmçinin serial FOX-dan TNT-yə transfer olanda serialın prodüser şirkəti də dəyişmişdir. Əvvəlcədən quruluşunu MinT Quruluşun üzərinə götürdüyü serialının quruluşunu TNT-yə keçdikdə, Best Quruluşu öz üzərinə götürmüşdür. Gənclik serialı olan Arxa Sıradakılar dəstə halında davalar, narkotik, xərac alınması ilə izah edilir. Hadisələrin əsas məkanı; İllərdir universitetə bir tələbə belə göndərməmiş, unudulmuş bir məktəbdir.
Dayaq və hərəkət sistemi (Anatomiya)
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.
Kosmik mikrodalğa arxa plan şüalanması
Kosmik mikrodalğa arxa plan şüalanması (qısaca: şüalanması və ya fon radiasiyası) - 1965-ci ildə kəşf edilən bütün kainatı dolduran bir elektromaqnetik dalğa formasıdır. 2.725 Kelvin istiliyindəki qara obyektin termal şüalanmasını əhatə edən 160.2 GHz tezliyində və 1.9 mm dalğa boyunda olduğu COBE peyki tərəfindən hava kürə xaricində həssas olaraq ölçülmüşdür. Fon şüalanması, kainatın ən uzağından, yəni, ən qədim keçmişindən gəldiyi düşünülən elektromaqnetik şüalanmadır. Bu işığı bir çox radio astronom və fizikaçı Böyük Partlamanın ən böyük dəlili hesab edirlər. == Tarixi == 1948-ci ildə Corc Qamou, Ralf Alper və Robert Herman tərəfindən varlığı nəzəri olaraq qarşıya qoyulmuş və 5 Kelvin istiliyində bir quru obyektin yaydığı şüalanma ilə eyni dalğa boyunda olması lazım olduğu hesab edilmişdi. 1960-cı ildə radio astronomlar bu dalğa boyunda işığı fərqinə vardıqlarından ilk əvvəl antenalerdeki quş pisliklərindən qaynaqlanan bir elektrik parazit olduğundan şübhələndilər və təmizlik edib ölçmələri tekrarladılar. Təkrarən eyni zamanda başqa astronomlar da kəşf etdi və məqalələrində nəşr etdi. NASA tərəfindən atmosfer şərtlərindən təsirlənmədən doğru ölçüm etməsi üçün bu işə xüsusi COBE (COBE: Cosmic Background Explorer - kosmik arxa plan araşdırıcısı) peyki kosmosa göndərildi. == Xarici keçidlər == Дж.Ф. Смут - Анизотропия реликтового излучения: открытие и научное значение (Успехи Физических Наук (УФН) Т.177 2007, № 12, Нобелевская лекция по физики - 2006 Рус. яз.
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.Maddə 2. Təltif edən orqan "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətən müharibəsi iştirakçısı" medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, xarici və daxili çevrələrlə konturlanmış, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.