ASSURİ

сущ. ассириец, ассирийка; assurilər ассирийцы
ASSOSİASİYA
ASSURİŞÜNAS
OBASTAN VİKİ
Assuriya
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.
Assuriya dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Assuriya hökmdarları
== Qədim Assuriya == I Erişum e.ə 1974-1935 İkunum e.ə 1934-1921 I Sarqon e.ə 1920-1881 II Puzur-Aşur e.ə 1881-1873 Naram-Suen e.ə 1872-1818 II Erişum e.ə 1818-1809 I Şamşi-Adad e.ə 1809-1782 I Işme-Daqan e.ə 1782-1751 Mut-Aşkur e.ə 1750-1740 Rimuş e.ə 1739-1733 Asinum e.ə 1732 Aşur-duqul e.ə 1731-?
Assuriya təqvimi
Assuriya təqvimi e.ə. 4750-ci ildə başlayan ay əsaslı bir təqvimdir, Assuriyada inşa edilən ilk məbəddən ilham almışdır, xüsusilə Addi Alkhas, Jean Alkhas və Nimrod Simono tərəfindən təşkil edilən Aşşur jurnalı " Gilqameşdə "nəşr olunan bəzi məqalələr əsas alınmışdır. Yeni il yazın ilk günü ilə başlayır. Assuriya yeni ili hələ də hər il toplanaraq festivallarla qeyd olunmağa davam edir. 2017-ci il isə Assuriya təqvimində 6767-ci ilə təsadüf edir.
Assuriyalılar
Aysorlar, asorular, assuriyalılar – Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min - 3.3 milyon nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar. Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar. == Tarixi == Kökləri beş min il öncəyə dayanan aysorlar qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə bir çox ölkələrdə yaşayırlar.
Qədim Assuriya mədəniyyəti
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir. Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi.
Yeni Assuriya çarlığı
Yeni Assuriya çarlığı — qədim Mesopotamiya və Yaxın Şərqdə dövlət. Assuriya çarlığının mövcudluq dövrlərindən biridir, e.ə. 934-cü ildən e.ə. 609-cu ilə qədər davam etmişdir. Bu dövrdə Assuriya regional güc kimi mövqeyini möhkəmləndirdi, sərhədlərinin maksimum genişlənməsinə nail olmuşdur. Bir çox alim Yeni Assuriya çarlığını bəşər tarixində ilk "əsl" və ya başqa sözlə, "dünya" imperiyası hesab edir. Assuriya mədəniyyəti Əhəmənilər dövlətinə və Yeni Babil çarlığına əhəmiyyətli təsir göstərmişdir.
Assuriya–Urartu müharibəsi
Assuriya–Urartu müharibəsi — Urartu çarlığı ilə Yeni Assuriya çarlığı arasında baş tutmuş hərbi münaqişə. Müharibə təxminən e.ə. 714-cü ildə Assuriya çarı II Sarqonun Urartuya hücumu ilə başlamışdır. Sarqon Urartu ərazisinin dərinliklərində çoxsaylı hücumlara rəhbərlik etmiş, müharibədə çoxsaylı qələbələr qazanmışdır. Buna baxmayaraq, onun ölümündən sonra Urartu padşahları II Argişti və II Rusa bir çox uğurlu əks-hücumlara başlamış, Urartunun itirilmiş ərazilərini geri almış və Assuriyanın bir sıra ərazilərini zəbt etmişdilər. Hər halda, onların varisləri bir neçə dəfə böyükmiqyaslı məğlubiyyətə uğramış, nəticədə Urartu Assuriyanın müvəkkil dövləti olmuşdur. == Zəmin == Dəmir dövründə Urartu çarlığı e.ə. IX əsrin ortalarında regionda güclənməyə başlamışdır. Digər dövlətlərlə nisbətdə bir qədər yeni qurulmuş hesab edilən Urartu bir əsr ərzində sonradan Ermənistan yaylası kimi tanınan ərazilərin əksəriyyətini fəth etmişdir. Bununla belə, Assuriya çarı III Tiqlatpalasar yüksələn Urartu çarlığını öz imperiyasının təhlükəsizliyinə artan təhlükə hesab edirdi.
Assuriya dialekti
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Qədim assuriyalılar
Qədim assuriyalılar — e.ə. II–I minilliklərdə Şimali Mesopotamiyada yaşamış qədim xalq. Akkad dilində danışırdılar. Assuriya padşahlığının qurucularıdır. "Assuriyalılar" etnonimi eyniadlı bölgə ilə bağlıdır. Bu, öz növbəsində regionun paytaxtı Aşşur şəhərinə gedib çıxır. Qədim assuriyalılar etnos kimi II minillikdə formalaşmışdılar. Güman edilir ki, bu etnogenez akkaddilli amorilər, hurrilərin və subarların qalıqlarının iştirakı ilə baş tutmuşdur. Tədqiqatçılar Şimali Mesopotamiyanın qədim əhalisini Qafqaz irqinin Assuriya tipinə aid edirlər. Bu insanların dərisi açıq, gözləri qəhvəyi, burnu bir qədər çıxıntılı, düz üzlü, qəhvəyi saçlı, nazik və ayrı qaşlıdır.
Orta Assuriya imperiyası
Orta Assuriya imperiyası — Assuriya tarixinin e.ə. 1365-ci ildə I Assur-uballitin hakimiyyətə gəlməsindən e.ə. 912 ci ild əAssur-danın vəfat etməsinə qədərki dövrü əhatə edən üçüncü mərhələsi. Assuriya padşahlarının e.ə. XXV əsrdə mövcud olmasına və e.ə. XXI əsrdən etibarən Assuriya Anadoluda ticarət koloniyalarına nəzarət etməsinə baxmayaraq, Orta Assuriya imperiyası Assuriyanın bir imperiya olaraq ilk həqiqi yüksəliş dövrü idi. Cənubi Mesopotamiyada iqtisadi və hərbi təsirə malik idi və eramızdan əvvəl XIX əsrin sonlarından etibarən bəzən Qədim Assuriya imperiyası adlandırılan "Şəmsi-Ədəd imperiyası"nın tərkib hissəsi olmuşdur. İmperiya ardıcıl genişlənmə və tənəzzül dövrlərini yaşamışdır, lakin bütün dövr ərzində Mesopotamiyanın və çox vaxt bütün Qərbi Asiyanın dominant gücü olaraq qalmışdır.
Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi
Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi —Birinci Dünya müharibəsi zamanı və sonrasında Assuriyanın müstəqilliyi uğrunda apardığı mübarizədə aysor milliyyətçisi Firidun Atturaya tərəfindən yazılmış bəyannamə. Süryani dilində yazılmış və 1917-ci ilin aprelində tamamlanmışdır. Onun ideologiyası marksizm idi və Yaxın Şərqdə Assuriya xalqının özünün regional müstəqilliyini dəstəkləyirdi. Bəyannamənin məqsədlərindən biri Rusiya ilə ticarət və hərbi ittifaq yaratmaq idi.

Digər lüğətlərdə