Qədim assuriyalılar
Qədim assuriyalılar — e.ə. II–I minilliklərdə Şimali Mesopotamiyada yaşamış qədim xalq. Akkad dilində danışırdılar. Assuriya padşahlığının qurucularıdır.
"Assuriyalılar" etnonimi eyniadlı bölgə ilə bağlıdır. Bu, öz növbəsində regionun paytaxtı Aşşur şəhərinə gedib çıxır.
Qədim assuriyalılar etnos kimi II minillikdə formalaşmışdılar. Güman edilir ki, bu etnogenez akkaddilli amorilər, hurrilərin və subarların qalıqlarının iştirakı ilə baş tutmuşdur.
Tədqiqatçılar Şimali Mesopotamiyanın qədim əhalisini Qafqaz irqinin Assuriya tipinə aid edirlər. Bu insanların dərisi açıq, gözləri qəhvəyi, burnu bir qədər çıxıntılı, düz üzlü, qəhvəyi saçlı, nazik və ayrı qaşlıdır.