Mənalarından biri qədim mənbələrdə “döyünmək” kimi açıqlanıb. Həmin məna indi istehza ilə dediyimiz “filankəsdən ötrü gözüm atır” cümləsində özünü saxlaya bilib. Deməli, ürəyim atır idiomundakı atmaq sözünün tullamaq anlamı ilə heç bir əlaqəsi yoxdur, döyünmək (биться) sözünün sinonimidir. Frazeoloji vahidlər, adətən, kəlmələrin qədim mənalarını əks etdirməyə xidmət göstərir (müqayisə et; yolun düşsə ifadəsindəki düşmək sözü tuş olmaq tərkibi feili ilə bağlıdır, düşmək sözü ilə heç bir əlaqəsi yoxdur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)