avtomatik destilə aparatı

ру автоматический перегонный аппарат en automatic still de Destillierautomat fr distillateur automatique es aparato automático de destilación it apparato automatico di distillazione
avtomatik daşıyan
avtomatik idarə
OBASTAN VİKİ
Enmə aparatı
Enmə aparatı — astronomik cismin səthinə düşən və burada dayanan kosmik gəmidir.
Holci aparatı
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlar Lakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Həzm aparatı
Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür: I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər. II. Ön bağırsaq Udlaq Qida borusu Mədə III. Orta ya nazik bağırsaq Onikibarmaq bağırsaq Acı bağırsaq Qalça bağırsaq IV. Arxa ya yoğun bağırsaq Kor bağırsaq Qalxan çənbər bağırsaq Köndələn cənbər bağırsaq Enən çənbər bağırsaq S-ə bənzər çənbər bağırsaq Düz bağırsaq V. Vəzilər Dilaltı vəzi Çənəaltı vəzi Qulaqaltı vəzi Qaraciyər: Öd kisəsi; Öd Mədəaltı vəzi Ağız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat.
Kassa aparatı
Kassa aparatı (it. cassa — yeşik) — Pul, qiymətli kağızları saxlamaq üçün yeşik, sandıq. Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır. Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur.
Kserokopiya aparatı
1948-ci ildə Haloid şirkətində "Model A" adlı ilk kserokopiya aparatı istehsal olunmuşdur. Haloid şirkəti 1959-cu ildə tam avtomatlaşdırılmış "Xerox 914" modelinin buraxılmasından sonra adını dəyişərək Xerox Corporation ilə əvəz etmişdir. R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
Nitq aparatı
Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir. Mərkəzi nitq aparatı baş beyində yerləşir. Mərkəzi nitq aparatı ibarətdir: Baş beyin qabığı (daha çox sol yarımkürə) Qabıqaltı düyünlər Otürücü yollar Beyin kökünün (uzunsov beynin) nüvəsi Tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlər Nitq reflekslər əsasında inkişaf edir. Beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə işirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı nitqin başa düşülməsini təmin edir.
Qolci aparatı
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlar Lakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Tənəffüs aparatı
Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigeni alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir. Mənşəcə həzm aparatı ilə , vəzifəcə qan-damar sistemi ilə sıx əlaqədardır. Tənəffüs aparatına qırtlaq (lat. larynx), nəfəs borusu (lat. trachea) və ağciyərlər (lat. pulmones) aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyun nahiyəsində yerləşir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Burun və ağız boşluqları udlaq ilə birlikdə yuxarı tənəffüs yolları adlanır.
Veber aparatı
Veber aparatı — balıqlarda mexanniki yerdəyişmə zamanı üzmə qovuğu (səs rezanatoru) divarlarının vibrasiyasını qəbul edən və daxili qulağa ötürən aparat. Veber aparatı üzmə qovuğunu daxili qulaqla əlaqələndirən , bir-birinə hərəki birləşmiş 4 cüt sümükdən ibarətdir. Veber aparatı olan balıqlar 13 -ədək, Veber aparatı olmayan olmayan balıqlar isə yalnız 2,5 -ədək tezlikli səsləri qəbul edə bilir.
Kipp aparatı
Kipp aparatı turşuların və qələvilərin məhlullarını bərk cisimlərlə reaksiya etməklə qazları almaq üçün istifadə olunan universal cihazdır.
Avtomatik bloklama
Avtomatik bloklama — qəzanın qarşısını almaq üçün obyektin iş rejiminin avtomatik dəyişdirilməsi; maşın, aparat və cihazların işini idarə edən zaman səhvə yol verməyən avtomatik quruluşlar məcmusu. Məsələn, avtomat dəzgah xəttində dəzgahlardan biri dayandıqda və ya onun iş rejimi pozulduqda avtomatik bloklama bütün xətti dayandırır. Avtomatik bloklama dəmiryol stansiyaları arasında qatarın hərəkətini avtomatik tənzimləyir. Avtomatik bloklamada stansiyalararası məsafə 1,000–3,000 metrlik blok-sahələrə bölünür və eyni istiqamətdə gedən qatarlar arasında minimal intervallar saxlanılır. Qatar blok-sahəyə daxil olduqda işıqforun yaşıl işığı avtomatik olaraq qadağanedici (qırmızı) işıqla əvəz edilir. Eyni zamanda arxa blok-sahədəki işıqda arxadan gələn qatarın sürücüsünü xəbərdar edən sarı işıq yanır. Hərəkət edən qatar ilə işıqfor arasında əlaqə rels elektrik dövrəsi (relslərdən keçən elektrik cərəyanı) ilə yaradılır. Azərbaycanda dəmiryol şəbəkəsində və Bakı metropolitenində avtomatik bloklama geniş tətbiq olunur. Герман Л.А., Калинин А.Л. Электроснабжение автоблокировки и электрической централизации. М., Транспорт, 1974 год, 168 страниц.
Avtomatik idarəetmə
Avtomatik silah
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Avtomatik stabilizator
Avtomatik stabilizator — dövlətin, firmaların və şəxslərin müdaxiləsi olmadan iqtisadi tsikllərin amplitudasının yumşaldılması üçün nəzərdə tutulmuş alətlər. Bu, iqtisadi sistemin əks əlaqə əlaqələri zəncirinin bir hissəsi olan bir növ süzgəcdir. Onlar idarə olunan proses zamanı mümkün, lakin proqnozlaşdırılması çətin olan kənarlaşmaları aradan qaldırır. Nəticədə bu cür kənarlaşmalar dövlətdən əhali üçün operativ, təcili, bəzən isə çox ağrılı qərarlar qəbul etməyi tələb edir. Bazar iqtisadiyyatında avtomatik stabilizatorlara misal olaraq işsizlik müavinətlərini göstərmək olar. Məşğulluğun kəskin azalması ilə istehlak tələbi azalır, bunun ardınca iqtisadiyyata investisiya və məcmu tələb azalır ki, bu da multiplikator effekti nəticəsində ÜDM və ev təsərrüfatlarının gəlirlərinin kəskin azalmasına səbəb olur. İşsizlik müavinətləri istehlak tələbinin və nəticədə istehsalın kəskin azalmasının qarşısını alır.
Avtomatik tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Avtomatik tüfəng
Avtomat — müharibə üçün istifadə olunan avtomatik atəş silahı. Avtomatlar dörd rejimdə olur: bloklaşdırılmış (atəş açılmır), tək-tək atəş, yarı avtomatik atəş (üç-üç və ya iki-iki atəş açılır) və tam avtomatik (dayanmadan atəş açılır). Avtomatlar dünyada kütləvi şəkildə İkinci Dünya müharibəsindən sonra yayılmışdır. İlk avtomatlar Rusiya İmperiyasında Vladimir Qriqoryeviç Fyodorov tərəfindən düzəldilmişdir (Fyodorov avtomatı). Avtomatlar pulyemyot tapançaları əvəz etmişlər. 1943-cü ildə dizayn edilmiş StG 44 döyüş meydanında geniş istifadə edilən ilk müasir piyada tüfəngi kimi tarix səhnəsində öz yerini tutdu. Adi tüfəng patronu əvəzinə patronun qısaldılmış variantı olan 7,92x33 Kurz güllələrini atmağa qadir olan StG 44 sürətli və yüksək atıcı silah idi. Yüksək gücü ilə nisbətən geniş ərazidə təsirli ola bilən StG 44, illər sonra piyadaların tüfəngləri ilə yenidən müstəqil şəkildə hərəkət etməsinə şərait yaratdı. Bənzər bir silah olaraq təyin oluna bilən M1 Carabine adlı qısa lüləli tüfəng ABŞ tərəfindən istehsal edilsə də, bu silah StG 44-ün uğurunu tutmaqdan uzaq idi. Çünki onun istifadə etdiyi güllə tapança gülləsindən bir qədər güclü idi.
Avtomatik tənzimləyici
Avtomatik tənzimləyici – texnoloji prosesin gedişini, yaxud aparat və qurğuların iş rejimini xarakterizə edən parametrləri avtomatik tənzimləyən qurğu və ya qurğular kompleksi. Prosesləri lazımi rejimdə saxlayan sadə quruluşlar (su saatlarındakı səviyyə tənzimləyicisi, fırlanma sürətini tənzimləyən rəqqaslar və s.) hələ qədim zamanlardan məlum idi. İ. İ. Polzunovun qazanda suyun səviyyəsini sabit saxlayan üzgəcli tənzimləyicisi (1765), C. Uattın buxar maşını valının fırlanmasını sabitləşdirmək üçün hazırladığı tənzimləyici (1784) sənayedə geniş tətbiq edilən ilk tənzimləyicilərdir. Avtomatik tənzimləyici həssas elementin (vericinin) köməyilə tənzimlənən kəmiyyəti, yaxud həyəcanlandırıcı təsiri ölçür, çevirici və ya hesablama qurğusu vasitəsilə obyektin tənzimlənən orqanına təsirlər hasil edir. Tənzimləyici təsir obyektin tənzimlənən (icra) orqanına birbaşa həssas elementdən (birbaşa təsirli tənzimləyici), ya da əvvəlcədən gücləndirildikdən sonra (dolayı təsirli tənzimləyici) verilə bilər. Avtomatik tənzimləyicinin tərkibində tənzimləmə prosesinin dayanıqlılığını və lazımi keyfiyyətini təmin edən kompensasiya qurğusu da ola bilər. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0. M. Horn, N. Dourdoumas: Regelungstechnik.
Avtomatik yükləyici
Avtomatik yükləyici, tank və ya top kimi vasitələrdə silahın yüklənməsi işini mexaniki olaraq həyata keçirdərək ekipaj qənaətini təmin edən bir mexanizmdir. Bu termin yalnız böyük çaplı silahların yüklənməsi zamanı şəxs və ya şəxslərin yerinə istifadə olunan mexanizmlər üçün tətbiq olunan bir anlayışdır. Bu termin avtomatik silahlar üçün istifadə edilmir.
Avtomatik doldurma
Avtotamamlama və ya avtodoldurma — tətbiqin istifadəçinin yazdığı sözün qalan hissəsini təxmin etdiyi xüsusiyyət. Android və iOS smartfonlarında buna "təxmin edilən mətn" deyilir. Qrafik istifadəçi interfeyslərində istifadəçilər adətən təklif edilən mətni qəbul etmək üçün tab düyməsini və ya bir neçəsi arasından birini seçmək üçün aşağı ox düyməsinə basa bilərlər. Avtomatik tamamlama mətn daxiletmə sahəsinə bir neçə simvol daxil edildikdən sonra istifadəçinin daxil etmək niyyətində olduğu sözü düzgün təxmin etdikdə insan-kompüter qarşılıqlı əlaqəsini sürətləndirir. O, məhdud sayda mümkün sözlər olan yerlərdə (məsələn əmr sətrində), daha ümumişlək sözlər istifadə olunduqda (məsələn, e-poçt yazarkən) və ya strukturlaşdırılmış və təxmin edilə bilən mətnin yazılmasında (mənbə kodu redaktorlarında olduğu kimi) daha yaxşı işləyir. İstifadəçilər sözləri bir neçə dəfə yazdıqdan sonra bir çox avtomatik tamamlama alqoritmləri həmin sözləri öyrənir və istifadəçinin öyrənilmiş vərdişləri əsasında alternativlər təklif edə bilir. Sözlərin təxmin edilməsi proqramının ilkin məqsədi fiziki qüsurlu insanlara yazma sürətini artırmaqda kömək etmək, həmçinin bir sözü və ya cümləni tamamlamaq üçün basılacaq düymələrin sayını azaltmağa kömək etmək idi. Sürətin artırılması zərurəti, nitq aparatlarından istifadə edən insanların şifahi nitqdən istifadə edən insanlardan 10%-dən az sürətlə nitq istehsal etməsi ilə yaranır. Lakin bu funksiya mətn yazan hər kəs, xüsusən də texniki və ya tibbi xarakter daşıyan uzun, çətin terminologiyadan tez-tez istifadə edən həkimlər kimi insanlar üçün çox faydalıdır. Avtomatik tamamlama və ya sözü tamamlama sözün ilk hərfi və ya hərfləri yazıldıqda proqramın bir və ya bir neçə mümkün sözü təxmin edə bilməsidir.
Avtomatik tamamlama

Fila (enmə aparatı)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Filay (endirilmə aparatı)

Periferik nitq aparatı
Periferik nitq aparatı 3 şöbədən ibarətdir: Nəfəs (tənəffüs) Səs Artikulyasiya. Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir. Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baş verir. Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daşıyır. Danışıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. Danışan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danışıq zamanı nəfəs vermədə qarın boşluğunun və qabırğalararası daxili əzələləri də iştirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir. Səs şöbəsi qırtlaq və səs tellərindən ibarətdir.