AXSAQ

Kökü kəlməsidir. Onun mənalarından biri “o tərəf-bu tərəfə əyilmə” de­mək­dir. Ağsamaq - ayağın şikəstliyi ilə bağlı olaraq, yeriş zamanı adamın əyil­mə­sidir. Söz belə yaranıb: şəkilçisindən –sa şəkilçisi vasitəsilə ağsa (susamaq qəlibi üzrə) feili, ondan isə daraq modeli əsasında ağsaq sifəti əmələ gəlib. Ağnamaq isə arxası üstə uzanaraq gah sağa, gah da sola əyilməklə bağlıdır. Axsamaqtopal (bu, ağsamaqla müqayisədə daha ağır şikəstlik hesab olunur) sözləri yalnız ayağın xəstəliyi ilə, çolaq isə təkcə qolla əlaqədardır. 

AXMAQ
AXŞAM
OBASTAN VİKİ
Axsaq toyuq
Axsaq toyuq - İrəvan quberniyasının Novobayazid qəzasında xaraba kənd adı == Tarixi və toponimi == Ayrımların Axsaqlı qolunun "Toyuq" adlı yerdə məskunlaşdığını bildirir. "Toyuq" formasını kəsb etmiş ad isə əslində türk dillərində tıyıq (tuyuq) "hər tərəfi bağlı yer" (yə'ni dörd tərəfi dağlarla əhatələnmiş dərə), "gölməçə" sözündən ibarətdir: XIX əsrin ortalarında Şamaxı qəzasında Kolanı tayfasının məskunlaşdığı yer (İndiki Dağ Kolanı kəndinin ərazisi) "Toyuqplov" adlanırdı ki, bu da türk dillərindəki tıyıq və bilab (bulaq adı) sözlərindən ibarət idi.

Digər lüğətlərdə