Kökü ağ kəlməsidir. Onun mənalarından biri “o tərəf-bu tərəfə əyilmə” deməkdir. Ağsamaq - ayağın şikəstliyi ilə bağlı olaraq, yeriş zamanı adamın əyilməsidir. Söz belə yaranıb: ağ şəkilçisindən –sa şəkilçisi vasitəsilə ağsa (susamaq qəlibi üzrə) feili, ondan isə daraq modeli əsasında ağsaq sifəti əmələ gəlib. Ağnamaq isə arxası üstə uzanaraq gah sağa, gah da sola əyilməklə bağlıdır. Axsamaq və topal (bu, ağsamaqla müqayisədə daha ağır şikəstlik hesab olunur) sözləri yalnız ayağın xəstəliyi ilə, çolaq isə təkcə qolla əlaqədardır.