Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır.Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır. Bu işdə ilkin və ən əsas məqsəd ölkədə tamah niyyəti ilə törədilən bütün cinayətlərin qarşısının alınmasıdır.
Pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır.Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır. Bu işdə ilkin və ən əsas məqsəd ölkədə tamah niyyəti ilə törədilən bütün cinayətlərin qarşısının alınmasıdır.
Pəncərə yuyulması
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Yuyulma
Yuyulma (rus. размыв, ing. wash-out, erosion) – süxurların parçalanması və parçalanma materiallarının su axınları, buzlaq, külək və b. vasitəsilə daşınması prosesi.
Duzların hidrolizi
Duzların hidrolizi — zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, qələvi və ya neytral olur. == Duzların əmələ gəlməsi == Duzların əmələ gəlməsinə görə 4 qrupa bölünür: Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duz. Zəif turşu və zəif əsasdan əmələ gələn duz. == Duzların hidrolizi == Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzlar hidrolizə uğramır. Çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər alınmır. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya (pH=7) malik olur.
Quşların miqrasiyası
Quşların bol qida və yararlı reproduksiya şəraiti tapmaq üçün yerini dəyişməsinə miqrasiya deyilir. Miqrasiya əsasən yazda və payızda olur. Yaz miqrasiyasının səbəbi reproduksiya instinktinin oyanması, payız miqrasiyasının səbəbi isə qidanın azalması. == Miqrasiyanın istiqaməti və səbəbləri == Avropa və Asiya quşlarının miqrasiyasının iki əsas istiqaməti var: yazda cənubi-qərbdən şimalı-şərqə, payızda isə bunun əksinə olan miqrasiya. Ümumi istiqamət cənubdan-şimala və onun əksinədir. Qərbi Avropada nəsil verib, qışlamaq üçün Afrikaya köçən quşlar payızda düz cənuba istiqamət alıb uçurlar. Yaz-yayda Azərbaycan ərazisində havada cücülər çox olur, payızda soyuqlar düşəndə isə azalır. Bu vaxt qaranquş kimi quşlar qida tapmır. Ona görə də ilin qiş mövsümündə havada bol cücə olan Afrikaya köçməli olurlar. Ətraf mühitdə temperaturun dəyişməsi quşların qida bazasına və birbaşa özünə təsir edir.
Yolların sonu
Yolların sonu — türk şair, yazıçı, tarixçi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Nihal Atsızın 1946-cı ildə nəşr edilən şerlər kitabı.Nihal Atsızın bu kitabda bütün şerlərini toplamışdır. Kitabın adı Yolların sonu adlı şerdən gəlməkdədir. Kitab Barıman nəşriyyatında 1946-cı ildə çap edilmişdir.
Knipoviç xulları
Knipoviç xulları (lat. Knipowitschia) — Xulkimilər fəsiləsinə daxil olan balıq cinsi. Hind Okeanında yaşayan növləri dünyanın ən kiçik balıqlarıdır və uzunluğu 1 sm təşkil edir.
Ay tutulması
Yer də Ay kimi Günəşdən əks tərəfə doğru kölgə salır. Ay bədirlənmiş Ay fazasında (dolun ay) olduqda bu kölgəyə daxil olur. Ay tutulması baş verir. Ay tutulması o zaman baş verir ki, Ayın dolun Ay fazası onun orbitinin düyünlərindən birinə və ya yaxınlığına təsadüf etsin. Yerin saldığı kölgə konusunun uzunluğu Yerin Günəşə nəzərən məsafəsindən asılıdır. Yer Günəşdən orta məsafədə olduqda konusun uzunluğu 1.380000 km olur, perihelidə olduqda 1.359000 km, afelidə olduqda 1.400000 km olur. Yerin kölgəsinin eni 9733 km-dir. Ay tutulması onun qərb tərəfinin kölgəyə daxil olması ilə başlayır və həmin kənarın kölgədən çıxması ilə bitir. 3h 8 davam edir. Tam tutulma max.
Determinantların vurulması
n-tərtibli iki D 1 {\displaystyle D_{1}} və D 2 {\displaystyle D_{2}} determinantlarının verildiyini fərz edək: D 1 = | a 11 a 12 … a 1 j … a 1 n a 21 a 22 … a 2 j … a 2 n … … … … … … a i 1 a i 2 … a i j … a i n … … … … … … a n 1 a n 2 … a n j … a n n | {\displaystyle D_{1}={\begin{vmatrix}a_{11}&a_{12}&\ldots &a_{1j}&\ldots &a_{1n}\\a_{21}&a_{22}&\ldots &a_{2j}&\ldots &a_{2n}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\a_{i1}&a_{i2}&\ldots &a_{ij}&\ldots &a_{in}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\a_{n1}&a_{n2}&\ldots &a_{nj}&\ldots &a_{nn}\\\end{vmatrix}}} , D 2 = | b 11 b 12 … b 1 j … b 1 n b 21 b 22 … b 2 j … b 2 n … … … … … … b i 1 b i 2 … b i j … b i n … … … … … … b n 1 b n 2 … b n j … b n n | {\displaystyle D_{2}={\begin{vmatrix}b_{11}&b_{12}&\ldots &b_{1j}&\ldots &b_{1n}\\b_{21}&b_{22}&\ldots &b_{2j}&\ldots &b_{2n}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\b_{i1}&b_{i2}&\ldots &b_{ij}&\ldots &b_{in}\\\ldots &\ldots &\ldots &\ldots &\ldots &\ldots \\b_{n1}&b_{n2}&\ldots &b_{nj}&\ldots &b_{nn}\\\end{vmatrix}}} Məqsədimiz bu iki determinantın hasilini yeni bir -tərtibli determinant şəklində axtarmaqdır. Bunun üçün determinantların vurulma qaydası var ki, bu da aşağıdakı teoremə əsaslanır: TEOREM: n-tərtibli iki D 1 {\displaystyle D_{1}} və D 2 {\displaystyle D_{2}} determinantlarının hasili elə bir n {\displaystyle n} -tərtibli D {\displaystyle D} determinantına bərabərdir ki, D {\displaystyle D} -nin ixtiyari c i j {\displaystyle c_{ij}} elementi D 1 {\displaystyle D_{1}} -in i {\displaystyle i} -ci sətir elementləri ilə D 2 {\displaystyle D_{2}} -nin j {\displaystyle j} -ci sütununun uyğun elementlərinin hasilləri cəmindən ibarətdir, yəni: c i j = a i 1 b 1 j + a i 2 b 2 j + + a i n b n j , ( i , j = 1 , 2 , . . . , n ) . {\displaystyle c_{ij}=a_{i1}b_{1j}+a_{i2}b_{2j}++a_{in}b_{nj},(i,j=1,2,...,n).} (1) Burada c i j {\displaystyle c_{ij}} elementi hasil D {\displaystyle D} determinantının ixtiyari elementidir. Ədəbiyyat Maarif Əkbərov "Cəbr və Ədədlər nəzəriyyəsi" В. А. Ильин, Э. Г. Позняк Линейная алгебра, М.: Наука — Физматлит, 1999. Беклемишев Д. В. Курс аналитической геометрии и линейной алгебры. М.: Физматлит, 2000. Кострикин А. И. Введение в алгебру.
Günəş tutulması
Günəş tutulması — Günəş və Ay tutulmaları ən maraqlı təbiət hadisələrindəndir. Bu hadisələr qədim zamanlardan indiyə qədər bütün dövrlərdə insanları həmişə düşündürmüşdür. Hələ 3000 il bundan əvvəl Çin astronomları Günəş və Ау tutulmaları-nın baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ау tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini çox böyük dəqiqliklə təyin etməyə imkan verir.Ауın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir.Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə 05o09'-lik bu­caq əmələ gətirdiyindən hər təzə Ay fazası Günəş tutulması ilə nəticələnmir. Günəş tutulmasının baş verməsi üçün təzə Ay fazası Ay orbitinin düyünlərinə və ya ona yaxın yerlərə təsadüf etməlidir. Yəni Günəş tutulmasının gerçəkləşməsi üçün təzə ay fazasında Ay ekliptika müstəvisində və ya ondan kiçik bucaq məsafəsində olmalıdır.
Burun tutulması
Burun tutulması — burun keçidlərinin tıxanması nəticəsində yaranan vəziyyət. Ümumi səbəb qan damarlarının iltihabı nəticəsində burun boşluğunu əhatə edən membranların şişməsi.Əgər həddindən artıq selik boğazın arxasına axırsa (bu, postnazal sindrom və ya postnazal damcı sindromu adlanır), öskürək və ya boğaz ağrısı baş verə bilər. Bəzi araşdırmalar kifozun insanda inkişaf etməsini burun tutulması ilə əlaqələndirir. == Simptomları == Təxminən 85% hallarda burun tutulması burundan deyil, ağızdan nəfəs alma ilə nəticələnir.Burun tutulması müxtəlif səbəblərdən yarana bilər. Vəziyyət yüngül narahatlıqdan həyatı təhlükəyə qədər dəyişə bilər. Burun tutulması eşitmə və danışığa mane ola bilər. Əhəmiyyətli burun tutulması yuxuya mane olur, xoruldamağa səbəb ola bilər və yuxu apnesi və yuxarı tənəffüs yollarının müqavimət sindromu ilə əlaqələndirilə bilər. == Uşaqlarda burun tutulması == Yeni doğulmuş körpə burnundan nəfəs almağa üstünlük verir.. Uşaqlarda genişlənmiş adenoidlərdən yaranan burun tutulması oksigen səviyyəsinin çatışmamazlığı hipoksiya ilə xroniki yuxu apnesinə səbəb olur. Problem adətən adenoidləri və badamcıqları çıxarmaq üçün əməliyyatdan sonra həll olunur, lakin xroniki burun tutulması səbəbiylə üz-kəllə dəyişiklikləri səbəbindən problem daha sonra təkrarlana bilər.
Birili
Birili Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Bərkli
Bərkli - Talin rayonunda dağ adı. Monqol dilində börük parçalanmış daşlı yüksəklik sözündəndir. Bax: Bork. Toponimin türk dillərində bayrak bitgili qobu, yarğan sözündən ibarət ola bilməsi də mümkündür. == Həmçinin bax == Alagöz dağı == Ədəbiyayt == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960.
Mirili
Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir. Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Pirəli
Pirəli (Urmiya)
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çiçəkli
AzərbaycandaÇiçəkli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çiçəkli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çiçəkli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Çiçəkli (dağ) — Kəlbəcər rayonunda dağ.
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Ərikli
Ərikli — Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda yerləşən yaşayış məntəqəsi. Ərikli — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd.
Kağız pullar
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Yuyulma səthi
Yuyulma səthi – (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çökün¬tülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağıl¬ması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olma¬sını sübut edir.
Bellarin yarımadası
Bellarin yarımadası (ing. Bellarine) — Avstraliyanın Viktoriya ştatında, Melburn şəhərindən cənub-şərqdə yerləşən yarımada. Yarımada Port-Fillip, Corio Bay və Bass boğazı ilə əhatələnir. Morninqton yarımadası ilə birlikdə Port-Fillipi Bass boğqazından ayırır. XIX əsrdə yarımadada avropalıların məskən salmasaına qədər burada Wathaurong aborigenləri yaşayırdılar. Hazırda yarımada turistlər arasında məşhurdur. Hazırda burada 55 000 nəfər yaşayır. Region daha çox turistik bölgədir.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Cibikli
Aşağı Cibikli
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəntdə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Bu kəndə gəlib, ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olublar. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. == Tarixi == Qırılı Kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənd ərazisi bir çox məhəllələrdən ibarətdir: 1. Cağallı, 2. Cırdaxan, 3.
Çiraxlı
Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Çiraxlu formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin başqa adı Çıraxoğlukənd formasında da göstərilir. Toponim qədim sirak türk etnoniminin bir variantı olan çırak (çirax) etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer, sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Onu da deyək ki, Çiraxlı toponimi "Siraklı"nın fonetik formasıdır.