YUYULMAMIŞ

f.sif. Su və ya su və sabun ilə təmizlənməmiş; kirli, çirkli. Yuyulmamış qab. Yuyulmamış paltar. Yuyulmamış meyvə.
[Məşədi:] Allah kəssin müsəlmanın evinieşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir… Qaşıqlar sınıq, iki ildən yuyulmamış əl dəsmalı… Ə.Haqverdiyev.

◊ Yuyulmamış qaşıq kimi özünü ortaya atmaq – münasibətsiz, yersiz bir işə və ya söhbətə qarışmaq, ortalığa atılmaq.
Dildar yuyulmamış qaşıq kimi özünü ortaya atdı. Ə.Vəliyev.

YUYULMAQ
YUYULMUŞ

Digər lüğətlərdə