Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özlülük
Özlülük (viskozitet) axan maddələrin daxilində bir hissəciyin digərinə nisbətən hərəkətinə qarşı göstərdiyi müqavimət ilə səciyyələnən xassədir. O, həm də daxili sürtünmə üçün bir göstəricidir. Özlü axm mll 'km ının əsas qanunauyğunluğu Nyuton tərəfindən qoyulmuşdur: F = η S Δ v Δ y {\displaystyle F=\eta S{\frac {\Delta v}{\Delta y}}} burada: F maye və qazın laylarının bir-birinə nəzərən sürüşməsini şərtləndirən toxunan qüvvə, S-sürüşmə baş verən qatın sahəsi, Δv/Δy –axının sürət qradiyentidir.η-mütənasiblik əmsalı dinamiklik əmsalı adlanır. O mayenin sürüşməyə müqavimətini kəmiyyətcə idfadə edir. Onun əksi olan φ=1/ηaxıcılıq adlanır. Maye şəklində olan metallarda da özlülük adi mayelərdə olan xassələrə malik olur. Xüsusi özlülük xassəsinə malik olan material kimi heliumu göstərmək olar. 2,172 K –də helium yüksək axıcılıq göstərərək onun özülülüyü sıfra bərabər olur. Özlülük materialların vacib fiziki-kimyəvi xassələrindəndir. Qaz və mayelərin boru ilə axması zamanı bu xassə xüsusi rol oynayır.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. == Özlülük indeksinin qiymətləndirilməsi == Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. == Özlülük indeksinin təyini metodları == Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).
Motor yağlarının özlülüyü və özlülük indeksi
Özlülük - mühərrik yağının əsas fiziki-kimyəvi göstəricisi və eyni zamanda onun tətbiqini müəyyənləşdirən xassədir. Bu xassəyə aşağı və yüksək temperaturlarda özlülük və özlülük indeksi daxildir. == Növləri == Motor yağının özlülüyü mayenin daxili siyrilmə gücünün ölçüsüdür. Texnikada iki növ özlülük mövcuddur: Dinamik özlülük, Kinematik özlülük. == Özlülük indeksi == Motor yağının kinematik özlülüyünün 40 və 1000C temperaturlarda ölçülməsi ilə təyin edilir. Özlülük indeksinin ölçü həddləri yoxdur. Özlülük indeksi nə qədər yüksək olarsa, temperatur dəyişməsi zamanı motor yağının özlülüyü bir o qədər az dəyişər. Mühərrikdə motor yağının böyük temperatur intervallarında (qışda mənfi temperaturlardan tutmuş yayda - 220-2300C qədər) işləməsini nəzərə alaraq, motor yağının yüksək özlülük indeksinin olması tövsiyə olunur.Təmiz mineral yağların Ö.İ. 85-105, sintetik motor yağların isə 120 –dən çoxdur. http://znanieavto.ru/ == Motor yağlarının kinematik özlülüyü == Motor yağlarının kinematik özlülüyü - normal və yüksək temperaturlarda motor yağının axıcılığını xarakterizə edən anlamdır. === Kinematik özlülük === ГОСТ- 33 və ASTM D445 sınaq üsulları üzrə təyin edilir.
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhali milliyətcə qarışıqdır. Müxtəlif milliyətlərin nümayəndələri kənddə mehriban halda yaşayırlar. Bununla belə sayca Azərbaycan Türkləri əhalinin əsas kəsimini təşkil edir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. == Toponimikası == Güllük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur kəndindən köçüb gəlmiş ailələrin Güllük adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim "gül, çiçək olan ərazi" mənasındadır.
Ölülər
== Ədəbiyyat == Ölülər - irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının şah əsəri sayılır. Ölülər - Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi. Ölü canlar - Rus yazıçısı Nikolay Qoqolun poeması. == Filmlər, tamaşalar == Ölülər (film, 1987) - Ceyms Coysun eyniadlı hekayəsi əsasında bədii film. Ölülər (film, 1965) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında bədii film. Ölülər (tamaşa) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında teatr tamaşası.
Pülük
Pülük[redaktə | əsas redaktə] Sünnət - lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük - lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq - lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində - lat.
Güllük bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
Ölülər (dəqiqləşdirmə)
== Ədəbiyyat == Ölülər - irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının şah əsəri sayılır. Ölülər - Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi. Ölü canlar - Rus yazıçısı Nikolay Qoqolun poeması. == Filmlər, tamaşalar == Ölülər (film, 1987) - Ceyms Coysun eyniadlı hekayəsi əsasında bədii film. Ölülər (film, 1965) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında bədii film. Ölülər (tamaşa) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında teatr tamaşası.
Ölülər (opera)
Ölülər — Bəstəkar Vasif Adıgözəlovun görkəmli dramaturq Cəlil Məmmədquluzadənin eynadlı əsəri əsasında yaratdığı dördpərdəli opera. Operanın libretto müəllifləri Firudin Mehdiyev və Cahid Hilaloğlu (şeirlər Aslan Aslanovun), musiqi rəhbəri və dirijor Niyazi, rejissor Şəmsi Bədəlbəyli idi. Əsər 1963 –cü ildə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyuldu.
Ölülər (pyes)
Ölülər — Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya. == Əsərin tarixi və ilk səhnələşdirilməsi == Əsərin ilk oxunuşu 1913-cü ildə[mənbə göstərin] Şuşada[mənbə göstərin] keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi. 1916 il aprelin 29-da Bakıda[mənbə göstərin], Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Tamaşanın rejisoru H.Ərəblinski[mənbə göstərin] idi. İsgəndər rolunda M.Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi.[mənbə göstərin]Tamaşa çox böyük müvəffəqiyyət qazandı. Bakıda nəşr olunan «Açıq söz» qəzetinin 1 may 1916 il sayındakı "Ölülər" haqqında təəssürat məqaləsində deyilirdi: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Mola Nəsrəddinin əsəri – təhriri olan "Ölülər" draması tamaşa edilirdi". Sonra məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətbuat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi alqışlarla çağırdılar.
Ölülər Günü
Ölülər Günü (isp. Dia de Muertos) — Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayram. Adətə görə bu bayramın keçirildiyi günlərində ölü kostyumlarında rəngarəng karnaval təşkil olunur. Müasir dövrdə hər il noyabrın 1 və 2-də qeyd olunur.Bu bayramın tarixi ispanlara qədərki tarixi əhatə edir. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə adətən iyul-avqust aylarında keçirilərdi.Ölülər Günü, Hellovindən fərqli olaraq qorxutma məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır.
Ölülər dağı
Ölülər dağı (ərəb. منطقة جبل الموتى‎) — Misirin Mətruh mühafəzində, Böyük Səhranın qərbindəki Sivə oazisində kiçik qayalı təpə. Konusvari formaya və 50 metr hündürlüyə malikdir. Ərazi yamaclarında oyulmuş qəbirlər var deyə bu cür adlandırılmışdır.Nekropol Ptolemeylər sülaləsinə aiddir və onların çoxu yunan mənşəlidir. Buna baxmayaraq, burada Roma mənşəli və xristian məzarları da var. Bir çox məzarda tanrı Sobeki təsvir edən timsah yazıları var. Xalq ənənəsində məzarı Altkror dağına və Sivənin sonuncu padşahının xəzinələrinə aid edən kolonnadadan bəhs edilir. Nekropol qədim zamanlardan bəri talan edilmiş, həm də onlardan müharibələrdə yerli əhali tərəfindən qorunmaq üçün bir neçə dəfə istifadə edilmişdir. Birinci Dünya müharibəsi zamanı yazılar qoparılaraq oğurlanmışdır.
Ölülər kitabı
Ölülər kitabı - Qədim Misirdə ölümündən sonra axirət dünyasında mərhumun üzləşə biləcəyi maneələri, çətinlikləri asandlaşdırmaq və ya ölümdən sonrakı həyatının rahatlığı üçün qəbrüstü türbə və ya sərdabəyə həkk edilmiş Qədim Misir ayinlər, dualar və dini mətnlərindən ibarət bir külliyyatdır. Bu külliyyata 160-190 müxtəlif variyasiyalı, bir-birindən fərqli və müxtəlif həcmli (uzunuzadı poetik ayinlərdən tutmuş, birsətirli magik formullaradək) başlıqlar daxildirlər. Külliyyata bu adı misirşünas R. Lepsius tərəfindən verilmişdir. Əslində bu külliyyatı "Yenidən dirilmə" və ya "Yenidən peyda olma" adlandırılması daha düzgün olardı. belə ki, onun Misir dilindəki adı "Er nu peret em xeru" olub hərfi mənası "İşığa doğru qalxma (ayılma və ya dirilmə) haqqında başlıqlar" Bu əsərin tarixi çox qədim olub, hələ I sülalə fironu Semtin hakimiyyət dövrünə təsadüf edir. Təxminən 5000 ildən artıq yaşa malik külliyyata qərinələr boyu əlavələr edilməklə, üzü köçürülərək nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmışdır. Hər bir Qədim Misir sakini daim bu kitaba müraciət edərək; müddəalarını və göstərişlərini əsas tutaraq onu qoruyaraq yaşamışlar. Əbədi həyata və xoşbəxtliyə qovuşmaq üçün "Ölülər kitabı"nın ayinlərinə, dualarına və göstərişlərinə ümidlər bəstləmişlər. "Ölülər kitabı"nın ən yaxşı nümunəsi mədəniyyətin çiçəklənən dövrü – XVIII sülalə zamanında papirus üzərində yazılmış olan nüsxəsi sayılır. Məhz bu dövrdən etibarən sarkofaq və sərdabə külliyyatları papiruslara köçürülərək yeni mərhələyə qədəm qoymuş olur.
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. == Xarakteristika == "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
Bozqurdların ölümü
Bozqurdların ölümü, Nihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı, Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır. Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır. == Mövzu == Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır. Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır. Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə rəğmən kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. == Təsviri == Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var.Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, konjenital malformasiyalar, doğuş zamanı fəsadlar, məsələn, dölün göbək kordunun anomaliyaları, eləcə də uzunmüddətli əmək, neonatal infeksiya, ishal, malyariya, qızılca və malnutrisiyadır. Körpə ölümlərinin, qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi. Əgər əvvəllər hər 1000 doğuş üzrə 65 körpə ölümü baş verirdisə, həmin dövrdə bu rəqəm 29-a enmişdi.Uşaq ölümü uşağın beşinci ad gününədək uşaq ölümünü nəzərdə tutur və 5 yaşınadək uşaq ölümü göstəricisi ilə ölçülür.
Sardanapalın ölümü
"Sardanapalın ölümü" (fr. La Mort de Sardanapale) — fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş 5-metrlik tarixi motivli tablo == Tarixi == Rəsm əsəri 1827-1828 ci illərdə Luvrda sərgilənmişdir. Bu əsərə görə Ejen erotomaniya və qəddarlıq hərisliyində günahlandırılaraq şiddətli tənqid atəşinə tutulmuşdur. == Süjeti == Ejen Delakrua Bayron Corc Qardonun "Sardanapal" dramından götürmüşdür. Əsərdə o, Sardanapalın özünə qəsd etdiyi tax-tac yerinə dəb-dəbəli loja təsvir edilmişdir. Assuriya çarı haqqında əfsanəyə əsasən: o, ölkənin idarəsini özbaşına buraxan, əxlaqsızlığı ilə məşhur olan hökmdar olmuşdur. Onun zülmünə qarşı baş qldırmış üsyanı yatırda bilməməsi üzündən özünə qəsd edərək öldürmüşdür. Əsərdə onun öz atını, itini və qadınlarını öldürtməsi və var-dövlətini məhv etməsi təsvir edilmişdir. Bununla Ejen öz əməllərində xeyirhaq olmayanları xəbərdarlıq etmək istəmişdir. Əsərdə çar Sardanapal öz səltənətinin dağılmasına, yanıb külə dönməsinə baxmayaraq rahat simada, həzz almış kimi təsvir edilmişdir.
Sokratın ölümü
Sokratın Ölümü (Fransızca: La Mort de Socrate) 1787-ci ildə fransız rəssamı Jak-Lui David tərəfindən çəkilmiş kətan üzərində yağlı boyadır. Rəsm onun o onillikdəki bir çox əsərləri kimi klassik mövzuya diqqət yetirir, bu halda Platonun öz Fedonunda Sokratın edam hekayəsi. Bu hekayədə Sokrat Afina gənclərini korlamaqda və qəribə tanrıları tanıtmaqda günahkar bilinir və zəhərli baldıran içərək ölümə məhkum edilir. Sokrat fürsət düşəndə ​​qaçmaqdansa, öz ölümünü şagirdləri üçün son dərs kimi istifadə edir və bununla sakitliklə üzləşir. Fedon Sokratın ölümünü təsvir edir və eyni zamanda Platonun filosofun son günlərini təfərrüatlandıran dördüncü və sonuncu dialoqudur ki, bu da Euthyphro, Apology və Crito-da ətraflı təsvir edilmişdir.
Xo-Örlük
Xo-Ürlük, Xo-Örlük (kalm. Хо Өрлөг; 1580 – 4 yanvar 1644) — Kalmıkların birinci baş tayşısı, Kereitlərin qolu olan Turqut soyundan, Van xanın törəməsi, Zülzüqan-Örlükün oğlu və Buyqo-Örlükün nəvəsi. Kalmık dövlətinin yaradıcısı. == Həyatı == XVI əsrin ikinci yarısında kalmıklar, əsasən Oyrot deyilən tayfa ittifaqı (turqutlar, xoşutlar, dörbətlər) qazax torpaqlarına da yerləşmişlər, ancaq daha sonraları o torpaqlardan ya çıxardılmışlar ya da qazaxların basqısı altında yaşamaq məcburiyyətində qalmışdılar. XVI əsrin sonunda öz sınırlarını aşıb qazax torpaqlarına yerləşen kalmıklar, qazaxlara yenilmişlər və basqı altında qalmışdılar.1604-cü ildə Xo-Örlük İrtış çayının yuxarı axarında köç-düşlə məşğul olurdu. 1606-cı ildə Barabin çölündə turqutların və rusların toqquşması baş verdi. Tar dairəsi tamam boşaldı. 1608-ci ildə Xo-Örlükün elçiləri Tara şəhərinə gəlib rus hakimiyyəti ilə danışıq apardılar. Xo-Örlük 1613-cü ildə öz turqutlarını Yayıkın yuxarı axarına gətirdi.. 1618-ci ildə öz kəşfiyyatçılarını Xəzər dənizinin sahillərinə və Volqanın aşağı axarlarına göndərdi.
Küllük yaşayış yeri
Küllüklər yаşаyış yеri — Şərur rаyоnunun Kоsаcаn kəndindən şərqdə, hаzırdа mövcud оlаn su kаnаlının аlt tərəfində yеrləşir. Yаşаyış yеrinin sаhəsi düzənlik оlduğu üçün əkin sаhəsinə çеvrilmişdir. Hаzırdа аbidənin ərаzisində kül qаlıqlarına, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа pаrçаlаrınа rаstlаnır. Yаşаyış yеrinin ərаzisində аz miqdаrdа bişmiş kərpic pаrçаlаrı dа vardır. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrləri üçün хаrаktеrikdir. Аrхеоlоji tаpıntılаrа əsаsən yаşаyış yеrini XV-XVIII əsrlərə аid еtmək оlаr.
Ölülər (C. Coys)
"Ölülər" — irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının baş əsəri hesab olunur. Yazıçı povesti yazarkən (1907) cəmi 25 yaşı vardı. Ceyms Coys əsərdə ölülərlə dirilər arasında mövcud olan əlaqə probleminə toxunur. Əsərdə həm də insanların bir-birini anlamamasına, hər bir fərdin tənhalığı, yalqızlığı, digər fərdlər üçün anlaşılmayan sirli bir aləm olduğu məsələsi gündəmə gətirilir. == Məzmunu == "Ölülər" povesti avtobioqrafik əsərdir. Qabriel Konroy gənc yazıçı Ceyms Coysa çox oxşayır. Qreta Konroyun protitipi isə Coysun öz arvadıdır. Qabriel xalalarıgildəki baldan qayıdanda təsadüfən öyrənir ki, arvadı onu sevmir, heç vaxt da sevməyib; Qreta çox gənc yaşlarında tanış olduğu Maykl adlı oğlanı sevirmiş, indi də onu sevir. Maykl artıq həyatda yoxdur, çoxdan ölüb, lakin Qreta hələ də onu sevir. — Bunu biləndə Qabriel qəzəblənir, lakin sonra onun qəzəbini mərhəmət və qibtə əvəz edir: Mayklı sədaqətlə sevib, bu sevgini hamıdan gizlə saxlayan arvadına rəhmi gəlir, bir insan kimi ona rəğbəti də artır, öz ehtirasının qurbanı olmuş Maykla həsəd aparır.
Ölünün malikanəsi (roman)
Ölünün malikanəsi və ya Dead Man's Folly — Aqata Kristi tərəfindən ilk dəfə 1956-cı ilin oktyabrında nəşr edilmiş detektiv fantastika əsəridir. == Haqqında == Puaro yay şənliyinin bir hissəsi olaraq Cinayət Ovunu səhnələşdirən Ariadne Oliver tərəfindən Devondakı Nasse Evinə çağırılır . Nasse House-da xanım Oliver izah edir ki, onun Qətl Ovuna dair planlarının kiçik aspektləri evdəki insanların istəkləri ilə olduqca hiyləgər şəkildə dəyişdirilib, ta ki, əsl qətl onu təəccübləndirməyəcək. Varlı ser George Stubbs Nasse House-un sahibidir. Onun daha kiçik həyat yoldaşı gözəl Hatti Ledi Stubbsdır. O, yalnız gözəl paltarlara və zərgərlik əşyalarına maraq göstərir, ərinin katibi Miss Brewisdən başqa hamıya sadə görünür. O, Hattinin zahiri görkəmini görən, lakin işəgötürən Ser Corca qarşı hissləri üzündən özü ilə ziddiyyət təşkil edir. Hatti və Corcu əsrlər boyu mülkə sahib olan ailənin sonuncusu Emi Folliat təqdim etdi. Dul qalmış xanım Folliat müharibə zamanı iki oğlunu itirdi. Müharibədən sonrakı dövrdə ölüm rüsumları çox yüksək olduğu üçün o, ata-baba yurdunu və onu toxunulmaz saxlamaq üçün torpaqlarını satmalı oldu.
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Suluk
ToponimlərSuluk (Liviya)
Aylan Kürdinin ölümü
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır.Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir.Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir.Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır. Birləşmiş Krallığın Baş naziri Devid Kameron şəklin ona dərindən təsir etdiyini demiş və İngiltərə hökumətinin daha çox suriyalı qaçqın qəbul edəcəyini söyləmişdir.
Oculus VR
Oculus VR, Palmer Luckey, Brendan Iribe, Michael Antonov ve Nate Mitchell tərəfindən qurulan virtual reallıq texnologiyası və proqram təminatı şirkəti. Virtual reallıq qulaqlıqları və başlıqlı ekranlar istehsal edir. 2012-ci ilin iyul ayında Kaliforniyanın Irvine şəhərində qurulmuş və hazırda Menlo Park, California-da yerləşir . Şirkətin ilk məhsulu hələ inkişafda olan Oculus Riftdir. 2014-cü ilin mart ayında Meta Platforms, şirkəti 400 milyon dollar və 23,1 milyon dollar stokla toplam 2 milyard dollar ödəyərək satın aldı.Oculus 2015-ci ildə Sürreal Vizyonu satın aldı. Oculusun telepromosyon konsepsiyası olan məhsullar inkişaf etdirməsinin mümkün ola biləcəyini ifadə edən bir İngilis cəhdi, 3D yenidən qurma və qarışıq reallıqa fokuslanmışdır. Hal-hazırda Beat Games, Sanzaru Games və Ready at Dawn törəmə şirkətləri var. Şirkət, Samsung Galaxy ilə birlikdə 2015-ci ilin noyabr ayında Samsung Galaxy smartfonları üçün Samsung Gear VR-i inkişaf etdirdi.
Viburnum opulus
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. == Tarix == Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır.27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir.Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.İnsan Hüquqları üzrə Suriya Müşahidə Məntəqəsinə görə, döyüşlər zamanı 70 İŞİD və 20 YPG döyüşçüsü həlak olmuşdur.YPG mətbuat katiblərindən biri olan Redur Xəlil Türkiyəni terrorçuları dəstəkləmək ilə ittiham etmişdir, ancaq Türkiyə bu iddiaları yalanlamışdır. == Əhali == Suriya rejiminin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Türkiyənin iddialarına görə, Süluk qəsəbəsinin əhalisinin əksəriyyətini Suriya türkmanları təşkil edir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. == Hakimiyyətə gəlməsi == Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.