Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ördəkli
Ördəkli (Zəngilan) — Zəngilan rayonunda kənd. Ördəkli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Ördəkli oymağı — Türkman elinin qolu. Ördəkli (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
Ördəkli (Amasiya)
Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq kimi göstərirlər Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir. Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər. Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır.
Ördəkli (Göyçə)
Ördəkli — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.133 Göyçə gölünün sahilində, poçt yolunun yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkli etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir[170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: е.
Ördəkli (Mərənd)
Ördəkli (fars. اردكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,892 nəfər yaşayır (986 ailə).
Ördəkli (Zəngilan)
Ördəkli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. Ördəkli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Hacısürınü (Hacı Hüseynli) olmuşdur. Yaşayış məntəqəsi əvvəllər indiki ərazidən 1,5 km şimalda Hacisurınü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan daha əlverişli sahəyə köçmüş və о vaxtdan Ördəkli adlanmışdır. Tədqiqatçilar kəndin belə adlanmasını orada ördəyin çox olması ilə əlaqələndirirlər. Oğuz tayfalarının tərkibində də ördəklilərin adi çəkilir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Körpəli
Körpəli (Armavir)
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Örpək
Örpək — qadın baş geyim növü. Zərif lif və tellərdən toxunan örpəklər materialına və ölçüsünə görə müxtəlif olmuşdur. Toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə hazırlanırdı. Azərbaycanda qədimdən istehsal olunan örpək son orta əsrlərdə xarici ölkələrə də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də yayılmışdı. Qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal mərkəzlərinə görə (Gəncə, Basqal, Şəki, Şamaxı və s.) bir-birindən seçilirdi. Örpəklər hər zaman qadın baş geyimləri içərisində xüsusi yer tutmuşdur. Əvvəllər örpəyi kustar üsulla toxuyurdular. Fabrikdə hazırlanmış satınalma örpəklər isə XIX əsrin sonlarına doğru dəbə minmişdir. Zərif lif və ipək tellərdən toxunmuş örpəklər materiallarına və ölçülərinə görə müxtəlif olduqları kimi, rənglərinə, üzərindəki naxışların harmonik səciyyəsinə görə də bir-birindən seçilirdi.
Körpəli (Armavir)
Körpəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys (erm. Արշալույս; mənası – şəfəq) qoyulmuşdur. == Tarixi == Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənd əhalisi 1828-ci ilə qədər azərbaycanlılardan ibarət idi.
Çörəkli şorba
Çörəkli şorba - Şimali Avropa mətbəxinə xas olan xörək. Çörəkli şorba Danimarka, latış, İsveç, eston, fin milli mətbəxində mühüm yer tutur. Çörəkli şorbanın müxtəlif növləri vardır. Çörəkli şorbanı şərti olaraq meyvəli, pivəli, şokoladlı və sair şorbalara bölünür.
Mənim Çörəkli Dünyam (1991)
Böyük ürəkli (film, 2015)
Böyük ürəkli (hind: दिलवाले, Rom: Dilwale) — 18 dekabr 2015-ci ildə ekranlara çıxan Rohit Shetty tərəfindən çəkilmiş hind filmidir. Baş rollarda Şah Rukh Khan, Kajol, Varun Dhavan və Kriti Sanon iştirak edirlər. Vinod Xannanın sağlığında iştirak etdiyi son filmidir. == Süjet xətti == Rac mafiya üzvüdür. Bir gün düşmən dəstəsindən biri onu izləyərkən onların dəstəsindən Meera adlı bir qızla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Rac Meeranın rəqib dəstənin liderinin qızı olduğunu biləndə işlər daha da pisləşir. Bir-birini çox sevən iki cütlüyün sevgisi indi rəqib dəstələrdə olduqları üçün çox çətin vəziyyətdədir. Hər şeyə baxmayaraq onlar bir-birlərinə olan sevgilərini mühafizə edə biləcəklərmi?
Şir ürəkli (film, 1990)
Şir ürəkli (ing. Lionheart) — 1990-cı ildə rejissor Şeldon Lettiç tərəfindən döyüş filmi janrında çəkilən ABŞ filmidir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. Lion Qotye (Jan-Klod Van Damm), Afrikanın Cibuti ərazisində yerləşən Fransız xarici legionunun 13-cü yarımbriqadasına məxsus əsgərlərdən biridir. Los-Ancelesdə yaşayan qardaşı qeyri-qanuni işlərlə məşğul olan zaman narkotik satıcıları tərəfindən döyülərək yandırılmış və xəstəxanada ağır şəraitdə yaşamağa davam edir. Günlərin birində qardaşı Fransuanın həyat yoldaşı Helen Lion üçün məktub göndərir. Lion qardaşını görmək üçün komandirindən icazə almaq istəyir. Lakin ona icazə verilmədiyindən, bölmədən fərarilik edir və yük daşıyan gəmi ilə qaçaq olaraq Nyu-York şəhərinə çatır. Lakin Los Ancelesə getmək üçün onun pula ehtiyacı vardır. Bu müddətdə küçələrdə və digər yerlərdə kiçik bəhslərlə döyüş hazırlayan Coşua ilə tanış olur.
Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir. Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir. Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir. Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır.
Mənim çörəkli dünyam (film, 1991)
Ordenli Azərbaycan
"Ordenli Azərbaycan" — Azərbaycan SSR-də buraxılmış kino jurnalı. Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film) Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli süjet) Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942) (sənədli film) М.З. Рзаева. Документальное кино Азербайджана, Б., 1971, стр. 87. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Avraam Orteli
Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527, Antverpen, Brabant hersoqluğu[d] – 28 iyun 1598[…] və ya 29 iyun 1598, Antverpen, Brabant hersoqluğu[d]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü. == Həyatı == Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi. == Nailiyyətləri == Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır.
Erekli (Bakalı)
Erekli (başq. Ерекле, rus. Зириклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, kənd sovetliyindən (Kiləy): 11 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95 %) üstünlük təşkil edir.
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
İosif Orbeli
İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887[…], Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961[…], Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru. İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur. Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir.
"Ordenli Azərbaycan" Kinojurnalı
"Ordenli Azərbaycan" — Azərbaycan SSR-də buraxılmış kino jurnalı. == Filmoqrafiya == Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film) Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli süjet) Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942) (sənədli film) == Mənbə == М.З. Рзаева. Документальное кино Азербайджана, Б., 1971, стр. 87. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Ordenli Azərbaycan (1938)
Oktyabr inqilabının 20 illiyinə ithaf edilmiş yubiley filmidir. Film tematik icmal prinsipi əsasında qurulmuşdur. Ekranda qarlı dağlar, şəlalələr, Göy-gölün mənzərəsi və onun ətrafı, üzüm və meyvə bağları, balıq ovu və s. görünür. Sonra kadrlar bizi keçmişə qaytarır. Müəlliflər inqilabdan əvvəlki xronikanı-neftçilərin ağır əməyini, kəndlilərin toxum səpmələrini və s. tarixi sənədləri nümayiş etdirirlər. Serqo Orconikidze Azərbaycanın sosializm quruculuğu işindəki uğurlarından danışır. Burada xalq təsərrüfatının bərpası, qəhrəman neftçilər, Bakı öz əksini tapmışdır. Filmdə böyük satirik, şair Mirzə Ələkbər Sabirin şerləri də səslənir.
Ordenli Azərbaycan (kinojurnal)
"Ordenli Azərbaycan" — Azərbaycan SSR-də buraxılmış kino jurnalı. Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film) Əmək və sülh mahnıları (film, 1952) (qısametrajlı sənədli süjet) Ordenli Azərbaycan № 30–31. Xüsusi buraxılış (film, 1942) (sənədli film) М.З. Рзаева. Документальное кино Азербайджана, Б., 1971, стр. 87. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Ordenli Azərbaycan (film, 1938)
Oktyabr inqilabının 20 illiyinə ithaf edilmiş yubiley filmidir. Film tematik icmal prinsipi əsasında qurulmuşdur. Ekranda qarlı dağlar, şəlalələr, Göy-gölün mənzərəsi və onun ətrafı, üzüm və meyvə bağları, balıq ovu və s. görünür. Sonra kadrlar bizi keçmişə qaytarır. Müəlliflər inqilabdan əvvəlki xronikanı-neftçilərin ağır əməyini, kəndlilərin toxum səpmələrini və s. tarixi sənədləri nümayiş etdirirlər. Serqo Orconikidze Azərbaycanın sosializm quruculuğu işindəki uğurlarından danışır. Burada xalq təsərrüfatının bərpası, qəhrəman neftçilər, Bakı öz əksini tapmışdır. Filmdə böyük satirik, şair Mirzə Ələkbər Sabirin şerləri də səslənir.