Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Gödəkli
Gödəkli (Xaçmaz) —
Gözəlli
Gözəlli (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Gözəlli (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Köcəkli
Köcəkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əkinçilik və maldarlıq. Kənddə Köçəkli kənd məscidi dini icması fəaliyyət göstərir.
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir.
Ördəkli
Ördəkli (Zəngilan) — Zəngilan rayonunda kənd. Ördəkli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Ördəkli oymağı — Türkman elinin qolu. Ördəkli (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Ələkli
Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır.
Gödəkli (Məlikan)
Gödəkli (fars. گدكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,291 nəfər yaşayır (285 ailə).
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gödəkli (Sayınqala)
Gödəkli (fars. گدكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (48 ailə).
Gödəkli (Xaçmaz)
Gödəkli (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aleksandrovka kəndi Ködəkli kəndi adlandırılmışdır.
Gödəkli (Üçkilsə)
Gödəkli — Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1918-ci ildə dağdılmışdır.
Gödəkli bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gözəlli (Pərsabad)
Gözəlli (fars. گوزلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (50 ailə).
Gözəlli (Qoşaçay)
Gözəlli (fars. گوزلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (12 ailə).
Kənan Ömərli
Kənan Ömərli (tam adı: Kənan Elxan oğlu Ömərli; 8 mart, 1999; Göyçay, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan Ömərli 1999-cu il martın 8-də Göyçay rayonu Cəyirli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Kənan Ömərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Ömərli oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kənan Ömərli ölümündən sonra 3 - cü dərəcəli "Vətənə xidmət" ordeni,"Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edildi.
Məryəm Uzərli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Yuxarı Gödəkli
Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. Toponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.
Çörəkli şorba
Çörəkli şorba - Şimali Avropa mətbəxinə xas olan xörək. Çörəkli şorba Danimarka, latış, İsveç, eston, fin milli mətbəxində mühüm yer tutur. Çörəkli şorbanın müxtəlif növləri vardır. Çörəkli şorbanı şərti olaraq meyvəli, pivəli, şokoladlı və sair şorbalara bölünür.
Ördəkli (Amasiya)
Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq kimi göstərirlər Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir. Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər. Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır.
Ördəkli (Göyçə)
Ördəkli — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.133 Göyçə gölünün sahilində, poçt yolunun yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkli etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir[170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: е.
Ördəkli (Mərənd)
Ördəkli (fars. اردكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,892 nəfər yaşayır (986 ailə).
Ördəkli (Zəngilan)
Ördəkli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. Ördəkli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Hacısürınü (Hacı Hüseynli) olmuşdur. Yaşayış məntəqəsi əvvəllər indiki ərazidən 1,5 km şimalda Hacisurınü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan daha əlverişli sahəyə köçmüş və о vaxtdan Ördəkli adlanmışdır. Tədqiqatçilar kəndin belə adlanmasını orada ördəyin çox olması ilə əlaqələndirirlər. Oğuz tayfalarının tərkibində də ördəklilərin adi çəkilir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Cekli
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Erekli (Bakalı)
Erekli (başq. Ерекле, rus. Зириклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Kiləy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 22 km, kənd sovetliyindən (Kiləy): 11 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95 %) üstünlük təşkil edir.
Meryem Uzerli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Məryəm Uzerli
Məryəm Sahra Uzərli (türk. Meryem Sahrah Uzerli; 12 avqust 1983, Kassel, Hessen) — Möhtəşəm əsr serialında Hürrem Sultan rolu ilə tanınan türk əsilli almaniyalı aktrisa. Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb. İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 172 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm yüzil" serialında Qanuni Sultan Süleymanı Xalid Ergenç oynayarkən, Xürrəm rolunu canlandırmışdır. Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüzil serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atıcılıq, üzmə və basketbol idmanları ilə məşğul olub.
Roni Blekli
Roni Blekli (ing. Ronee Blakley, 24 avqust 1945, Aydaho, ABŞ) — ABŞ aktrisası, rejissoru, prodüseri, ssenaristi və müğənnisidir. Roni Blekli 1945-ci ildə ABŞ-nin Aydaho şəhərində Don Blekli və Kerolun ailəsində dünyay gəlmişdi. Onun atası mühəndis olmuşdur. Orta təhsili bitirdikdən sonra Stanford Universitetinin Culyard məktəbində təhsil almışdır.Bu məktəbdə mədəniyyət haqqında öyrənmişdir. 1970-ci illərdə bir sıra albomlar çıxarmışdır. 1975-ci ildə çəkilən qara komediya "Neşvill" filminə görə Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatına layiq görülmüşdür. Bu film onun ilk rol aldığı film olmuşdur. 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilən Qarağac küçəsində qarabasma filmində Marc Tompson rolunda oynamışdır. Bu film də ona böyük uğur gətirmişdir.
Sen-Bozeli
Sen-Bozeli (fr. Saint-Beauzély, oks. Sent Bausèli) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12213. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 520 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 325 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə bu 69.8%).