Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güzgüdə özgə
Güzgüdə özgə (ing. A Stranger in the Mirror) — Sidni Şeldonun 1976-cı ildə yazdığı romandır.
Özgə Borak
Özgə Borak (türk. Özge Borak; 14 fevral 1982, İstanbul) — Türkiyə teatr və kino aktrisası. 14 fevral, 1982-ci ildə İstanbulda anadan olmuşdur. İstanbul Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir. 22 aprel 2012-ci ildə aktyor Ata Dəmirərlə ail qursa da 12 noyabr 2014-cü ildə boşanmışdırlar.
Özgə Gürəl
Özgə Gürəl (5 fevral 1987, İstanbul) — Türk aktrisa Özgə Gürəl 5 fevral 1987-ci ildə İstanbulda anadan olub. Silivrili ailənin qızıdır. Ana tərəfi Selanik qaçqını, ata tərəfi isə çərkəzdir. Litseyi bitirənə qədər Silivridə yaşayıb. Bəykənd Universiteti Beynəlxalq ticarət fakültəsindəki təhsilini yarımçıq tamamlayıb aktrisalıq daha sonra isə aktrisalıq idarəsi təhsili alıb. Qızım harada adlı teleserialda Zeynəb rolu ilə film dünyasına girmişdir. Daha sonra Rahat küçə və Möhtəşəm yüz il adlı teleseriallarda rol almışdır. 2014-cü ildə Mədcəzir teleserialında Ada rolunu oynamışdır. Daha sonra yenə 2014-cü ildə Gilas Mövsümü teleserialında baş rol olan Öykü rolunu oynamışdır. 2017-ci ildə Ulduzlar Şahidim teleserialında baş rolda oynamışdır.
Özgə Kırdar
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Özgə Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Özgə Kırdar Çəmbərci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
157 özgə həyat...
157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir. == Məzmun == Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.
Gecə yarısının özgə tərəfi
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — Sidni Şeldonun 1973-cü ildə yazdığı romandır.
Gecə yarısının özgə tərəfi (film, 1977)
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — 1977-ci ildə çəkilmiş ABŞ filmidir.
157 özgə həyat... (film)
157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir. == Məzmun == Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.
Özgə vaxt (film, 1996)
Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır. İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. 1)1997-ci ildə Bakıda Aktrisa Ayan Mirqasımovaya "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir. 2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür.
Özgə ömür (film, 1987)
Özgə ömür (rus. Другая жизнь) — 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal edilmiş film. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Nika" prizinə layiq görülmüşdür. 1) Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır.
OSCE
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Oze
Oze (fr. Auzet, oks. Auset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04017. 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 67.3%). Fəal olan 44 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Özge Kırdar Çemberci
Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı. Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir. 2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur. 2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Düzcə
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
İncə
İncə (Şəki)
Əzmə
Qoyun qara ciyəri – 354q, Quyruq - 65q, İstiot – 0,1q, Duz - zövqə görə. Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot vurulub hazır olunca tavada qovrulur.
Notr-Dam-de-l'Ozye
Notr-Dam-de-l'Ozye (fr. Notre-Dame-de-l'Osier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38278. Kommunanın 2012-ci il üçün əhalisi 480 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.
Cecə
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Sözcü
Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı. 2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur.
Ölkə
Ölkə — müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir. Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir. Məsələn, Britaniya imperiyası vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan — eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir. Bir ölkənin simvolları ölkənin ibarət olduğu hər hansı bir millətin və ya irqin mədəni, dini və ya siyasi simvolunu göstərir. Bayraqlarda, gerbdə və ya möhürlərdə görünə bilən bir çox simvol kateqoriyası var.
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Özdən
Özdən yaxud uzdən (türk.) — Qafqazda türk xalqları mühitində zümrə. Öz sözü və dən şəkilçisindən ibarətdir. Özdən — özündən, özü qərar verən, azad, əsilzadə deməkdir. Bu ad altında Şimali Qafqazda zadəgan zümrəsi, azad təbəqə, yaxud müvafiq davranış nəzərdə tutulur. Qaraçay-balkarlarda bəylərdən sonra gələn, öz torpaqları, asılı rəyyəti və mülkləri olan zümrəyə deyilir. Buradan da özdən adəti yaranır. Özdənlər həm də bir neçə dərəcəyə bölünür. Dağıstanda özdən adı altında sadəcə azad insan nəzərdə tutulur, azad icmalarda yaşayan, ya da hər hansı feodalın təbəçiliyində olanlara deyilir. Qumuqlarda bu söz daha çox uzdən kimi tələffüz olunur, və eyni mənanı ifadə edir. Osetiyada özdənlər deyəndə adətən knyazları və aldarları nəzərdə tuturdular.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.
Öznəl
Subyektiv, bir mühakiməni şəxsdən asılı olaraq qiymətləndirmək (qazanmaq) üçün deyilir. Təyin olunmuş (müəyyənləşdirilmiş) dəyər nöqteyi-nəzərindən baxdıqda, hər kəs üçün fərqli, insandan insana fərqlənən bir dəyərdir. Pozitiv elmlər insandan insana görə dəyişməyən dəyərlərin mövcudluğunu müdafiə edir. Subyektiv dəyərlərin isə obyektiv biliklərdən fərqli olaraq fərdi biliklər vasitəsilə əldə edildiyini bildirirlər. Müasir dövrün pozitiv elm nəzəriyyələri həm obyektiv, həm də subyektiv məlumatları bilik kimi qəbul edirlər.
Ölkə və ərazi üzrə Covid-19 pandemiyası
Bu məqalədə 2019-cu il koronavirus xəstəliyinə (COVID-19) səbəb olan və COVID-19 pandemiyasına görə məsul olan ağır kəskin respirator sindrom koronavirusu 2 (SARS-CoV-2) ilə təsirlənən ərazilərdə vəziyyət ümumiləşdirilmiş və sənədləşdirilmişdir. COVID-19-a yoluxan ilk insan faktı 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin paytaxtı Uhanda aşkar edilib. Bu səhifədə təqdim olunan rəqəmlər bildirilən hallara və ölümlərə əsaslanır. Bəzi yüksək gəlirli ölkələrdə ümumi təxmin edilən halların və ölümlərin bildirilmiş hallara və ölümlərə nisbəti aşağıdır və 1-ə yaxındır, bəzi ölkələrdə isə 10 və hətta 100-dən çox ola bilər. COVID-19 nəzarət üsullarının tətbiqi geniş şəkildə dəyişir. Ölkələr üzrə ümumi təsdiqlənmiş halları və hər milyon nəfərə düşən ümumi təsdiqlənmiş halları göstərən dünya xəritələri. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. Məlumatlar "Our World" tərəfindən rəsmi mənbələrə əsaslanaraq təsdiq oluna bilən rəqəmlərdən hazırlanıb.
AXCE
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri. Ensiklopediya Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF).
Düzce
Düzcə — Türkiyənin Düzcə ilinin inzibati mərkəzi. 1999-cu ildə Bolu ilindən ayrılaraq, il statusu qazandı.
Elçe
Elçe (isp. Elche) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 326,07 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 230822 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 21 km uzaqlıqda yerləşir.
Jozye
Jozye (fr. Jausiers, oks. Jausièr) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04096. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1068 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 626 nəfər (15-64 yaş arasında) arasında 471 nəfər iqtisadi cəhətdən, 155 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,2%, 1999-cu ildə 73.9%). Fəal olan 471 nəfərdən 451 nəfər (240 kişi və 211 qadın), 20 nəfər işsiz (11 kişi və 9 qadın) idi.
Keçə
Keçə — döyülüb basmaqla (sixmaqla) hazırlanan sıx yun materialdır. Əsasən türk xalqları arasında geniş yayılıb. Keçə gözəl mədəniyyət nümunəsi olmaqla yanaşı, əvvəllər məişətdə geniş istifadə olunub: alaçıq qurmaqda, at çulu, palan düzəltməkdə çox geniş istifadə etmişdir. == Keçə sənəti Azərbaycanda == Azərbaycan xalqının mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin "Kitabi Dədə Qorqud" dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsində, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır. Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar "həllac" və ya "atıcı" adlanırdı. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Oqre
Oqre (latış. Ogre‎) — Latviyanın Vidzeme diyarında Dauqava çayının sahilində yerləşən şəhər.
Oiçi
Oiçi no Kata (お市の方, 1547, Naqoya – 14 iyun 1583, Kitanoşo qəsri[d]) və ya Odani no Kata (小谷の方) – Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur. == Həyatı == Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur. 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir. Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür. 1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir. 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir.