Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andranik Ozanyan
Andranik Ozanyan (erm. Անդրանիկ Թորոսի Օզանյան; 25 fevral 1865 – 31 avqust 1927, Fresno, Kaliforniya) — Ermənistanın milli qəhrəmanı. 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır. == İlk illər == Osmanlı imperiyasında anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "birqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır.
Nubar Ozanyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Nubar Ozanyan dəstəsi
Nubar Ozanyan dəstəsi (erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ, ərəb. طابور الشهيد نوبار اوزانيان‎) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır. Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır. Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır. 14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir. Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur.