SUSDURMAQ

icb.
1. Susmağa, dinməməyə, səsini kəsməyə məcbur etmək.
[Birinci rəqqasə:] Dur, getmə, səadət quşu, bir dur; Bas bağrına məşuqini, susdur! H.Cavid.
Məni susdursa zaman; Səni özüm sanaram; Səhər kimi oyansan; Günəş kimi yanaram. N.Xəzri.

2. məc. Bir şeyi təzahür etməyə, üzə çıxmağa qoymamaq; boğmaq. Kədərini susdurmaq.
[Muradın] kefini pozmamaq üçün marağımı susdurdum. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SUSDURMAQ SUSDURMAQ (danışmağa qoymamaq) ..Filan ayda, filan gündə; boğacaq nəfəsini; Susduracaq əbədi bir sükut içində; torpaq, su, hava kimi adi olan səsini (
SUSDURMA
SUSDURULMA

Digər lüğətlərdə