Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buludların üzərində ölüm
Buludların üzərində ölüm romanı Aqata Kristinin 1935-ci ildə qələmə almış olduğu detektiv əsərdir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası. == Personajlar == Erkül Puaro, həvəskar detektiv Ceyms Cepp, Skotland Yardın şef inspektoru, Erkül Puaronun dostu. Monsiyer Furne, Paris polisi Henri Mitçell, böyük bələdçi Albert Devis, bələdçi Mari Morisot, sələmçi zəngin qadın Anne Koridor, onun qızı Dr. Brayant, burun-boğaz-qulaq həkimi Ceyn Qrey, bərbər köməkçisi Norman Qeyl, diş həkimi Qrafinya Siseli Xorbari, Graf Xorbarinin arvadı Graf Stefan Xorbari, Qrafinya Siseli Xorbarinin əri Venesiya Kerr, bir ingilis lordunun qızı, Graf Xorbarinin qonşusu və məşuqəsi.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Çip üzərində sistem
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si" )) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür.Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər.Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir.Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . == Daxili komponentləri == Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.Proqramlaşdırıla bilən ÇüS-də əlavə olaraq proqramlaşdırılan məntiq matrisası (ing. PLC), proqramlaşdırıla bilən analoq-rəqəmsal ÇüS-də həmçinin proqramlaşdırılan analoq bloklar olur. Bloklar bir-biriləri ilə standart konstruksiyalı və ya istehsalçının özü tərəfindən yaratdığı şinlə (məsələn AMBA ARM şirkətinin istehsalı olan çiplərdə) birləşdirilir. Əgər çipin tərkibində yaddaşa birbaşa müraciət kontrolleri vardırsa, onun vasitəsi ilə məlumatları xarici yaddaşdan mərkəzi prosessoru adlayaraq birbaşa çipin yaddaşına yükləmək olur, bununla avadanlığın iş sürətini artırmaq olar.
Vulkan üzərində ev
== Məzmun == Filmin əsasını olmuş əhvalatlar təşkil edir, 1907–1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr təşkil edir. Bütün bu əhvalatlar ekranda qocaman qazma ustasının xatirələrində canlandırılır. == Film haqqında == Film aktyor Ələsgər Ələkbərovun kinoda ilk işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Quruluşçu operator: Aleksandr Qalperin Quruluşçu rəssam: Aleksandr S. Qonçarski İkinci operator: E. Nikulesku Fotoqraf-rəssam: E. Nikulesku Qrim rəssamı : Georgi Parisaşvili Rejissor assistenti: Qriqori Braginski, Mustafa Mərdanov Rejissor köməkçisi: A. Məmmədov, V. Troşkin === Rollarda === Ələsgər Ələkbərov — Həsən Salman Dadaşov — Abbas (Həsənin oğlu) Dmitri Kipiani — Georgi Aleksandr Şiray — rus fəhləsi Pavel Yesikovski — rus fəhləsi S. A. Makuxina — Sona Mikayıl Mikayılov == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970. "Kino" qəzeti. 9 iyul 1984-cü il.
Atom (çip üzərində sistem)
2012-ci ildə İntel şirkəti Atom prosessorlarını yeni çip üzərində sistem (SoC) formatında təqdim etdi. Yeni platforma kommunikator və planşet kompüterlər üçün nəzərdə tutulub. Həmdə, 13 sentyabr 2011-ci ildə Google şirkəti Android ƏS üçün Intel x86 arxitekturalı prosessorları üçün tərəfdaşlıq təklifi etmişdir.2015-ci ildə İntel şirkəti Atom ailəsi prosessorlarını üçün səviyyə bölgüsü tətbiq etməyə başlayır. Hal-hazırda onlar Core ailəsi prosessorlarını kimi 3 yerə bölünür. İndi Atom ailəsi prosessorları x3, x5, x7 markalanırlar: Atom x3 - baza səviyyəli, Atom x5 —orta səviyyəli, Atom x7 - ən məhsuldar prosessorlar sayılırlar. == Modellərin siyahısı == == Oxşar platformalar == Snapdragon от Qualcomm Tegra - Nvidia Exynos - Samsung Ax - Apple Atom - Intel OMAP - Texas Instruments MediaTek == İstinadlar == == Xarici keçidlər == Quad-Core Intel Atom CPUs Coming in 2013 // Tom's Hardware, 10.01.2012 Bay Trail.
Bulud üzərində rabitə xidmətləri
Bulud üzərində rabitə xidmətləri, telekommunikasiya tətbiqetmələri, kommutasiya və saxlama yerlərindən istifadə edərək təşkilat xaricində üçüncü tərəf şirkət tərəfindən internet üzərindən təqdim olunan, internet əsaslı səs və məlumat rabitə xidmətləridir. Bulud xidmətləri, əsasən İnternet infrastrukturu vasitəsilə idarə olunan və məlumat əldə edilən məlumat mərkəzlərinə aid xidmətlərə istinad edərək geniş bir termindir. Son vaxtlara qədər bu xidmətlər məlumat mərkəzlidir, lakin VoIP (İnternet protokolu üzərindən səs) inkişafı ilə səs bulud fenomeninin bir hissəsi oldu. Bulud telefoniyası (həmçinin ev sahibliyi telefonu olaraq da tanınır) xüsusi olaraq səs xidmətləri və daha doğrusu özəl filial mübadiləsi (PBX) kimi şərti iş telefon avadanlıqlarının üçüncü tərəf VoIP xidməti ilə əvəz edilməsinə aiddir. Buludlu rabitə təminatçıları, müştərilərinə "bulud" a daxil olmaq imkanı verən səsvermə və məlumat rabitə tətbiqetmələri və xidmətləri, provayderlərin sahib olduqları və qoruduqları serverlərdə yerləşdirir. Yalnız istifadə etdikləri xidmətlərə və ya tətbiqlərə görə ödədikləri üçün müştərilər daha şərti PBX sisteminin yerləşdirilməsi ilə əlaqəli baş ağrısı olmadan daha qənaətli, etibarlı və etibarlı bir rabitə mühitinə sahibdirlər. Şirkətlər xüsusiyyətlərini itirmədən bulud rabitə xidmətləri ilə xərcləri azalda bilər. Google və başqalarının bulud əsaslı provayderlər kimi müvəffəqiyyəti bir bulud əsaslı platformanın bir proqram əsaslı platforma qədər təsirli ola biləcəyini göstərdi, lakin daha aşağı qiymətə. Buluddan gələn səsli xidmətlər, ev sahibliyi edilən telefonunuzun dəyərini artırır, belə ki istifadəçilər, eyni zamanda VoIP üçün obyektlərə əsaslanan xidmət təminatçısına güvənmək əvəzinə bulud əsaslı bir təklifə müraciət edə bilərlər. Bu, seçimlərini yerli və ya regional daşıyıcılardan kənarda genişləndirir.
Buxta Üzərində Günəş (1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Bərəkətli torpaqlar üzərində (roman)
Bərəkətli torpaqlar üzərində — Orxan Kamalın 1954-cü ildə yazdığı roman. == Məzmun == Romanda pul qazanmaq ümidi ilə kəndi tərk edərək şəhərə köç edən üç dostun, yəni Yusif, kösə Həsən və pəhlivan Əlinin yaşadıqlarından bəhs edilir. Orxan Kamal roman haqqında, "Bu kitab öz bilgim və ədəb-ərkanım xaricində, pis iş şəraitində, bir tikə çörək üçün zəhər kimi ömür sürən insanların topladığı materiallarla yaradılmışdır. Müxtəlif kaptanları, ustaları, ustad köməkçilərini yığıb səhərə qədər oxudum, qulaq asdılar. "Bağışlayın" dedilər, "bu qədərdir. Bütün dedikləriniz doğrudur. Hətta yarımçıqdır. Çukurovanın bərəkətli torpaqlarında sizi insan edən şeylər olur. Roman 1979-cu ildə Erden Kıral (türk.) tərəfindən filmə uyğunlaşdırılmışdır.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Otun üzərində səhər yeməyi
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır. Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilib. Eduard Mane Çəmənlikdə səhər yeməyi əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etdi. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina etdi. İmtinanın əsas səbəbi kimi əsərlərin lazımi keyfiyyətdə olmaması göstərildi. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. Çəmənlikdə səhər yeməyi tablosu da bu salonda sərgilənməyə başladı.O dövrə qədər Dieqo Velaskes və Fransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.
Quşlu çeşmə üzərində qırxpillə
Quşlu çeşmə üzərində qırxpillə - Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində 16-18 əsrlərə aid Quşlu çeşmə kəhrizi üzərində inşa edilmiş tarixi abidə. == Tarixi == Onun inşasında əsasən yerli materiallardan və tuf daşlarından istifadə edilmişdir. Abidə kəhrizin yer səthinə çıxışının sonunda meyilli relyef şəra- itinin nəzərə alınması prinsipində inşa olunmuşdur. Abidənin hündürlüyü 2,2 m, eni 1,4 m, suyun çıxışının töküldüyü hovuzdan olan hündürlüyü 0,8 metrdir. Kəhrizin Quşlu çeşmə adlandırılması abidənin üzərində, suyun axdığı novun sağ və sol tərəfində daş üzərində həkk olunmuş quş rəsmlərinə görədir. Abidənin ətrafında aparılan bərpa işləri onun qarşı tərəfdən görünüşünü məhdudlaşdırmışdır.
Rona üzərində ulduzlu gecə
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir.Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır.Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi. Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi. == Mövzusu == Görünüş Ronenin şərq tərəfindəki çay sahilindəki bir küçədən, çayın qərb sahilindəki bir küncdən gəlir: şimaldan enən Rone Arlın tikildiyi qayaları bağlamaq üçün sağa dönür. Sent-Culyen və Sent-Trofim qüllələri solda, sağda isə şəhərətrafı bir məhəllədə Arl və Trinquetailleni bağlayan dəmir körpüdür. Bu, Lamartinin cənub-qərbinə doğru bir nöqtənin olduğunu izah edir. == Gecənin rəngləri == Gecə boya çəkmənin çətinliyi van Qoq-u maraqlandırdı. Ronanın üzərindəki ulduzlu gecə üçün seçdiyi nişan nöqtəsi, Ronasın parlaq mavi suyu boyunca Arldakı qaz işıqlarının əksini almağa imkan verdi. Ön planda çayın sahilində iki aşiq gəzir.
Vulkan Üzərində Ev (1929)
Reyxstaq üzərində Zəfər bayrağı
Reyxstaq üzərində Zəfər bayrağı — tarixi əhəmiyyətli İkinci dünya müharibəsində çəkilən foto. Şəkil Yevgeni Haldey tərəfindən 2 may 1945-ci ildə Berlin döyüşü zamanı çəkilib. Şəkil Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin simvoluna çevrilib. Sovet bayrağı Meliton Kantariya və Mixail Yeqorov tərəfindən Berlindəki Reyxstaq binasında ucaldılıb. Minlərlə tirajla nəşr olunan bu fotoşəkil İkinci Dünya Müharibəsinin ən diqqət çəkən fotoşəkilləri arasında idi. Şəkildəki əsgərlərin və şəkli çəkən əsgərin kimliyi illər sonra məlum olub. == Arxa plan == Berlin döyüşü İkinci Dünya Müharibəsinin Avropa Cəbhəsində sonuncu böyük hərbi əməliyyat idi. 1945-ci il aprelin 16-da Almaniya cəbhəsinə doğru irəliləyən Sovet Qırmızı Ordusu sutkada 30–40 km sürətlə Almaniyanın içərilərinə doğru irəliləyirdi. Berlin uğrunda döyüş 1945-ci il aprelin 20-dən mayın 2-dək davam etdi və müharibənin ən qanlı döyüşlərindən biri oldu. Reyxstaq binası 1894-cü ildə tikilib və dövrün ən möhtəşəm memarlıq əsərlərindən biri hesab olunur.
"Yaponiya üzərində qələbəyə görə" medalı
"Yaponiya üzərində qələbəyə görə — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 sentyabr 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Medal layihəsinin müəllifi rəssam Lukina M.L.-dir. == Təltif olunanlar == 1,8 milyon müharibə iştirakçısı bu medalla təltif edilmişdir.
Araz üzərində işıq (film, 1971)
Araz üzərində işıq filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1971-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən və açılışından bəhs edir. == Məzmun == Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Arazın ram edilməsindən, Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən, tikintidə çalışan fəhlə və mütəxəssislərin əməyindən, stansiyanın təntənəli açılışından bəhs edir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. == Tarixi == Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibəti ilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Buxta üzərində Günəş (film, 1969)
Buxta üzərində günəş qısametrajlı sənədli televiziya filmi rejissor Pərviz Cəfərov tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır. == Məzmun == Film Bakı limanının yaranması və inkişafı, onun texniki təchizatı, gələcəkdə burada görüləcək işlər haqqındadır.
Böyük Zab çayı üzərində döyüş
Böyük Zab çayı üzərində döyüş (ərəb. معركة الزاب‎) — 25 yanvar 750-ci ildə, Üçüncü fitnə əsnasında indiki İraqda, Böyük Zab çayının sahilində Əməvilər və Abbasilər arasında döyüş. Abbasilərin qələbəsi Əməvi xilafətinə son qoymuş və Abbasilər xilafətinin başlanğıcı olmuşdur. == Effektlər == II Mərvan döyüş meydanından qaçmış və Şam şəhərinə qayıtmışdır. Abbasilər ciddi müqavimətlə qarşılaşmadan şəhərə daxil oldular və II Mərvan Misirdəki Əbusir şəhərinə sığınmalı olmuşdur. Suriyadakı kiçik müqavimət göstərən qruplar bir neçə ay ərzində Abbasilər tərəfindən darmadağın edilmişdir. Böyük Zab çayı üzərindəki döyüşündən bir neçə ay sonra II Mərvan 1 və ya 5 avqust 750-ci ildə öldürülmüşdür. Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Сражение Марван и Абдаллах". vafrike.ru.
Polad Dirəklər Üzərində Şəhər (1975)
== Məzmun == Film Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur. Burada məşhur "Xəzər neftçiləri haqqında dastan" filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı. Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Süveyş kanalı üzərində elektrik xətti
Süveyş kanalı üzərində elektrik xətti — 1998-ci ildə Misirin Süveyş şəhərində tikilmiş və Süveyş kanalının üstündən keçən elektrik xətti. İki 500 kilovoltluq xətdən ibarətdir. Naviqasiya üçün təhlükəsizlik tələblərinə görə, naqillər 150 metr yüksəklikdə yerləşdirilməli olduğundan, xətt kanalın sahilində yerləşən 221 metr yüksəklikdəki iki dirəyə asılıb. Dirəklərin hər birində dörd asqı var: 3-ü keçiricilər üçün, biri isə izolyatorların məhv olması halında keçiriciləri saxlamaq üçün. == Bölgənin inkişafı == Elektrik xətti Əhməd Həmdi tuneli (1981-ci ildə tamamlanıb), Əl-Fərdan dəmiryol körpüsü və avtomobil körpüsü (2001-ci ildə tamamlanıb) ilə birlikdə Süveyş kanalının ətrafındakı ərazilərin inkişafına mühüm töhfə verən layihələrdən biridir. Qovşaq STFA Enerkom-Siemens Konsorsiumu tərəfindən inşa edilmişdir.
Təkərlər üzərində qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Tərtər çayı üzərində qədim körpü
Tərtər çayı üzərində qədim körpü — Azərbaycanın Bərdə şəhəri ərazisində yerləşən VI–VII əsrlərə aid körpü. == Tarixi == Tərtər çayının sağ sahilində yerləşən körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olmuşdur. Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatmışdır. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüşdür. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub. Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb. Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdur. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb. İndikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olmuşdur. Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib.
Daranaq
DARANAQ - Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində - "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Zərincə
Zərincə dağı — Zəngi çayının yanında yerləşir. Zərincə (Talin) — Talin rayonunda kənd.
Daymamaq (Vərziqan)
Daymamaq (fars. دايممق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 52 nəfər yaşayır (13 ailə).
Cordula dayana
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Dayana Kamilo
Dayana Kamilo (15 dekabr 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Dayana Kamilo Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. == Həyatı == Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Phyllorchis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Phyllorkis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Pleurothallis dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
Restrepia dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.