Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Monoxrom, təkrəng
Monoxrom və ya monoxromatik bir şəkil, obyekt və ya palitrası tək bir rəngdən (və ya eyni rəngli dəyərlərdən) ibarətdir. Yalnız boz çalarları istifadə edən şəkillər boz şkala (adətən rəqəmsal) və ya ağ-qara (adətən analoq) adlanır. Fizikada monoxromatik işıq dar bir dalğa uzunluğu olan elektromaqnit şüalanmaya aiddir ki, bu da fərqli anlayışdır.
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Ətrəng qurdpəncəsi
Ətrəng qırxbuğum
Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Sərəngi
Sərəngi (hind. सारंगी sārangī IAST) — Hind simli-kamanlı udkimilər tipində musiqi alətidir. Hind ənənəsinə uyğun olaraq, tata-vadya qrupunun aləti kimi təsnifatlaşdırılıb; hindustani ənənəli klassik musiqi çalğı təcrübəsində yayılıb. ( Hindistanın Şimali rayonları , Pakistan , Nepal ) Bölgələr üzrə bir neçə ənənəvi növü də vardır. Korpus Diapazon Alətin tonal diapazonu olduqca geniş—2 oktavaya qədərdir.
Ebrend
Spreng.
Kurt Sprengel; Kurt Şprengel (alm. Kurt Polykarp Joachim Sprengel‎; 3 avqust 1766 — 15 mart 1833) — alman botaniki, həkim və filoloq.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Südrəng nərgizgülü
Südrəng nərgizgülü (lat. Narcissus lacticolor) - nərgizgülü cinsinə aid bitki növü.
Sərbənd (Nəmin)
Sərbənd (fars. سربند‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (41 ailə).
Sərsəng (1975)
Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng SES
Sərsəng SES (tam adı: Sərsəng su-elektrik stansiyası) — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində Ağdərə rayonu ərazisində inşa edilmiş su-elektrik stansiyası. Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su-elektrik stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. Sərsəng Azərbaycanda bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 7 rayonunun (Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Sərtəng (Soyuqbulaq)
Sərtəng (fars. سرتنگ‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Alber Lebren
Alber Lebren (fr. Albert Lebrun; 29 avqust 1871, Mersi-le-O, Fransa – 6 mart 1950, Paris, Fransa) — 1932–1940-cı illərdə Fransa Respublikasının 15-ci prezidenti.
Aldo Serena
Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir. == Klub karyerası == Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino". Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur.
Françeska Lebren
Françeska Lebren (24 mart 1756[…], Manhaym – 14 may 1791[…], Berlin) — italyan əsilli alman müğənnisi, bəstəkarı və pianoçusu
Serena Uilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Serena Vilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Sereno Vatson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.
Sereno Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.
Sərənd (Heris)
Sərənd (fars. سرند‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının kəndlərindəndir. Sərənd 11 avqust 2012-ci il tarixində zəlzələdən zərər çəkmiş kəndlərdəndir. 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (115 ailə).
Valentina Serena
Valentina Serena — məşhur italiyalı voleybolçu. Bir dəfə CEV Qadınlar Çempionlar Liqasında çempion titulunu qazanmışdır. Serena karyerasına doğma vətəni İtaliyada başlamışdır. 12 il öz ölkəsində oynadıqdan sonra Türkiyəyə transfer olunmuşdur. Bir il "Ankaragücü"ndə oynamış, 2013-cü ildən 2014-ci ilə qədər isə Azərbaycanın "İqtisadçı" voleybol klubunda oynamışdır. 2014-cü ildən voleybolçu Rumıniyanın Stai creando Clubul Sportiv Municipal Buxarest klubunda oynayır.
Şeqren sindromu
Şeqren sindromu, quru sindrom – ən çox rast gəlinən autoimmun xəstəlikdir. İlk növbədə ağız (kserostomiya), gözyaşı (kseroftalmiya) vəzilərinin tədricən sekretor çatışmazlığı və sistem əlamətlərlə gedir. I-li və II-li olur. Anti-Ro/SS-A, və anti-La/SS-B I ŞS seroloji markerləridir. ANA (85–90%) və RF (50–60%) pozitiv olur, qızıl standard kiçik ağızsuyu vəzilərinin biopsiyasıdır. Şeqren sindromu uşaqlarda gözdə və ağızda quruluq, ağır diş kariyesi, parotiti olur. Qulaqyanı vəzilərin xoşxassəli residivləşən şişkinliyindən, epidemik parotitdən, limfomalar, sarkoidoz, vərəm və QİÇS – dən ayırmaq lazımdır.
Serena (Pokemon)
Pokémon (yap. ポケットモンスター, ing. Pokémon - Pocket Monster, azərb. Cib bədheybəti‎) — 1996-cı ildə Satoşi Taciri tərəfindən yaradılan medifranşizadır. Pokémonun ticarət markası "Nintendo" studiyasına məxsusdur. Pokémon haqqında ilk ideya 1989-cu ildə yaranmış və 1996-cı ildə ilk olaraq videooyun kimi istehsal edilmişdir. Pokémondan videooyunda, manqada və kart oyunlarında istifadə edilmişdir. Hal-hazırda 807 növ Pokémon növü və 18 tipi vardır. Pokémonun 20 mövsüm cizgi filmi, manqası, 700-dən çox seriyası olan anime və 45-dan çox videooyunu vardır.