Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şiqa prefekturası
Şiqa prefekturası (yap. 滋賀県 Shiga ken) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Şiqo (personaj)
Şiqo (ing. Shego) – "Kim Possibl" serialının düşmən personajlarından biridir. = =Xarakteristika = = Dünyanı ələ keçərməyə çalışan personajlardan biridir. Həkim Drakkenin yaxın dostu olmasına baxmayaraq ondan dərrakəlidir. Zarafat etməyi çox sevir. Çox uzun və qara saçlı, yaşıl gözlüdür. Yaşıl paltar geyinir. Əlləri ilə plazma bombalari ata bilər. Onun dörd qardaşı vardır: Hiqo, Miqo, əkiz Viqo. Onlar "Team Go" adlı qrup yaradırlar.
Kiyoşi Şiqa
Kiyoşi Şiqa (志賀 潔, Şiqa Kiyoşi, 7 fevral 1871, Senday, Miyaqi – 25 yanvar 1957, Tokio[d], Yaponiya) və ya Kiyoşi Sato – Yaponiya bakterioloqu. == Həyatı == Kiyoşi Şiqa 1871-ci ildə Yaponiyanın Senday hanında doğulmuşdur. 1896-cı ild Tokio Universitetinin tibb fakültəsinin bakteriologiya bölməsindən məzun olmuşdur. O, Şibasaburo Kitazatonun başçılığı altında Yoluxucu Xəstəliklər İnstitutunda və Karantina Bürosunda işləyərkən 1897-ci ildə dizenteriyanın törədicisi olan Shigella dysenteriae bakteriyasını kəşf etmişdir. İki dəfə Almaniyaya səyahət edərək serologiya, immunologiya və vərəm üzrə dərslər almış, Paul Erlixin tələbəsi olmuşdur. 1906-cı ildə doktorat dərəcəsi almışdır.Yaponiyaya qayıtdıqdan sonra 1915-ci ildə Kitazato İnstitutunun yaradılmasında iştirak etmiş və institutun bir bölməsinin başçısı olmuşdur. 1920-ci ildə Koreya general-qubernator xəstəxanasının direktoru seçilmişdir. 1920-ci ildə Keyo Universitetinin professoru olmuş, daha sonra Seul şəhərində yerləşən Keyco Universitetinin professoru (1925) və prezidenti (1929–1931) təyin olunmuşdur. Bu dövrdə Filippin, Hindistan, İtaliya, Britaniya və İsveç kimi ölkələri ziyarət etmişdir.1944-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Kitazato İnstitutunun fəxri üzvüdür.
Li Ka-şinq
Li Ka-şinq (çin. 李嘉誠爵士; d. 29 iyul 1928, Çaojou, Çin) — Çin milyonçusu, dünyanın ən zəngin adamlarından biri. "Cheung Kong Group" və "Hutchison Whampoa" şirkətlərinin sahibi. == Həyatı == Li Ka-şinq 29 iyul 1928-ci ildə Çinin Çaojou şəhərində kasıb müəllim ailəsində anadan olmuşdur. Valideynləri ilk olaraq ona Li Ka-li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honkonqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı olub. Belə ki, Çində müəllimlik peşəsi ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən də Şinqin atasına hər kəs hörmət edirmiş.
Yoşio Şiqa (kommunist)
Yoşio Şiqa (志賀 義雄, Şiqa Yoşio, 12 yanvar 1901, Hagi[d] – 6 mart 1989) – Yaponiya siyasətçisi. Yaponiya Kommunist Partiyasının üzvü idi. == Həyatı == Yoşio Şiqa 1901-ci ildə Yaponiyanın Fukuoka prefekturasında doğulmuşdur. Tokio Universitetində təhsil alarkən solçu Şincinkay qrupuna qatılmış və yenicə yaradılmış Yaponiya Kommunist Partiyasının üzvü olmuşdur. 1926-cı ildə sosiologiya şöbəsindən məzun olduqdan sonra Kyuiçi Tokuda ilə birlikdə Yaponiya Kommunist Partiyasını yenidən yaratmışdır. 1928-ci ildə kommunistlərin kütləvi həbs olunması hadisəsindən sonra 18 illik həbs cəzası almışdır. Həbs olunmuş bir çox kommunistdən fərqli olaraq idealogiyası inkar etməyi qəbul etməmişdir.İkinci dünya müharibəsindən sonra azadlığa çıxmış və Yaponiya Kommunist Partiyasının yenidən formalaşdırılmasında iştirak etmiş, partiyanın "Akahata" adlı mətbu orqanının baş redaktoru olmuşdur. 1946-cı ildə Yaponiya parlamentinə seçilmiş, lakin ABŞ rejiminin Qırmızı təmizləmə siyasəti nəticəsində 1950-ci ildə parlamentdən kənarlaşdırılmışdır. Həmin il partiya taktikalarının Kominform tənqidindən sonra gizlənmişdir.1955-ci ildə ictimai fəaliyyətinə davam etmiş, Nümayəndələr Palatasına daxil olmuş və Yaponiya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilmişdir. Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsinin ratifikasiyasını dəstəklədiyi üçün 1964-cü ildə partiyadan qovulmuşdur.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Siqh
Siqhizm (pənc. ਸਿੱਖੀ - «şagird») — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. == İstiqamətləri == Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ - Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır.
Siqi
Siqi (lat. Coregonus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Siqx
Siqhizm (pənc. ਸਿੱਖੀ - «şagird») — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. == İstiqamətləri == Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ - Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır.
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Co Saqq
Cozef "Co" Saqq (ing. Joseph "Joe" Sugg; İngiltərə, Uiltşir) — britaniyalı vloqçu. Zoella kimi bilinən, Zoi Saqq adlı YouTube vloqçusunun kiçik qardaşıdır.
Siqx dövləti
Siqx dövləti — 1764-сü ildə Cənubi Asiyada Pəncab ərazisində siqxlər tərəfindən təşkil edilmiş və 1799-cu ildə tam formalaşmış dövlət. Amritsar və Lahor kimi mərkəzləri var idi. Dövlət misalilərə bölünürdü, misalilərə misaldarlar rəhbərlik edirdi. Ümumi sayı 12 idi və hər birinin təxminən 70.000 süvarisi var idi. == Tarixi == 1764-cü ildə Pəncab ərazisində müstəqil Siqx dövləti təşkil edildi. Bu dövlət, feodal istismarçılarına qarşı xalq kütlələrinin yüz ildən bəri apardığı mübarizənin nəticəsində yaradılmışdı. Bunun nəticəsi olaraq siqx icması (xəlsə) mülki və hərbi işlər sahəsində ali hakimiyyət orqanı elan edildi. Hakimiyyətdən devrilmiş feodal zadəganların torpaqları müsadirə edilib icma mülkiyyəti elan olundu. Kəndlilərin vəziyyəti müvəqqəti olaraq yüngülləşdirildi. Xarici işğalçılara qarşı müvəffəqiyyətli ümumxalq mübarizəsi kütlələrin vətənpərvərlik şüurunun artmasına kömək etdi.
Siqə (termin)
Siqə — Ərəb dilində mənası "güvənilən"dir. Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəmiyyət kəsb edir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Zoi Saqq
Zoi Elizabet Saqq (ing. Zoe Elizabeth Sugg; İngiltərə, Lakok) — britaniyalı vloqçu. ThatcherJoe kimi bilinən, Co Saqq adlı YouTube vloqçusunun böyük bacısıdır.
Çan Siqe
Çan Siqe (16 fevral 1988, Sindao, Şantun) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Siqe Çini 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə və Komanda turnirində qızıl medalların sahibi olub. Daha sonra Çan Siqe Çini 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın sahibi olub.
Biql
Biql boğazı — Çili ilə Argentinada boğaz. Biql gəmisi — Krallıq donanması gəmisi. Biql (it cinsi) — ov itləri cinsi.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. == Etimologiyası == Coğrafi ad talış dilində di «kənd» və qo «yer» mənasındadır. Diqo Diqoov adından təhrifdir. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Fiqh
Fiqh (ərəb. فقه‎), kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir. İstilahi (şəriət baxımından) mənası: Quran və Hz.Məhəmmədin sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm. İslam hüququ (fıqh) 4 əsas qaynağa dayanır: Quran, Hədis, İcma, Qiyas. Bunların xaricində istihsan, ıstıhlah, ürf, məsləhət uygulamaları da var. Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh elmi ilə məşğul olanlara fəqih deyilirdi. == Tarixçə == İslamiyyətin ilk dövrlərində islam dini ilə bağlı bütün çalışma və mübahisələr fiqh intizamı altında qurulmuşdur.
Jinq Ninq
Jinq Ninq (d. 16 mart 2000) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Jinq Ninq, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb. == Karyerası == Jinq Ninq, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Fərdi yarışlarda Jinq Ninq, final görüşündə Türkiyə idmançısı Mələk Hu ilə üz-üzə gəldi və rəqibinə 0:4 hesabı ilə məğlub olaraq yarışların gümüş medalına layiq görüldü. Komanda yarışlarında isə o, Məryəm İmanova, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
SIG-Sauer P226
SIG-Sauer P226 - İsveçrə-Almaniya mənşəli tapança. SIG-Sauer şirkəti tərəfindən 1981-ci ildə konstruksiya edilib. ABŞ silahlı qüvvələri üçün nəzərdə tutulmuşdur. P226-nın daha kompakt bir modifikasiyasına SIG Sauer P228 deyilir və onun təkmilləşdirilməsi (E2 variantından başqa 9 × 19 mm olmayan patronları atəşə tutma ehtimalı baxımından) Sig Sauer P229 varisidir. == Tarixçə == SIG Sauer P226 tapançası 1981-ci ildə ABŞ ordusu üçün yeni 9 mm tapança üçün Amerika XM9 yarışmasında iştirak etmək üçün hazırlanmışdır. Əslində, bu İsveçrə silahlı qüvvələri üçün hazırlanan SIG Sauer P220 tapançası idi. 1984-cü il yarışının nəticələrinə görə yalnız P226 və İtaliyanın Beretta 92 tapançaları uyğun elan edildi. == Qurulması == Tapançanın avtomatikası qısa müddətdə gövdənin qaytarılması prinsipi ilə işləyir.
SIG-Sauer Pro
SIG-Sauer PRO - Almaniya və İsveçrə şirkətləri tərəfindən yaradılan yarım-avtomatik tapançalar seriyası. == Variantlar == SP 2340: .40 S&W və .357 SIG gilizləri ilə 1998 ci ildə istehsal olunmuş tapançanın orijinal variantı SP 2009: 1999-cı ildə istehsal olunmuş 9х19mm parabellum. gilizləri üçün nəzərdə tutulmuş variant SPC 2009: SP 2009-un qısaldılmış variantı. SP2009-9-BMS: SP 2009-un variantı ABŞ-də vətəndaşlar üçün nəzərdə tutulmuşdur SP 2022: SP 2009/2340-ın modifikasiyalı variantı 2002-ci ildə Fransa jandarmeriyasında işlənir. İşlənmə müddətdi 20 il nəzərdə tutulmuşdur SPC 2022: SP2022 nin kompakt variantı.
Birinci ingilis-siqx müharibəsi
Birinci ingilis-siqx müharibəsi (1845-1846) - Pəncabın Birtianiya tərəfindən ilhaqı ilə nəticələnən müharibə. == Müharibə ərəfəsində vəziyyət == 1839-cu ildə Rancit Siqx vəfat etdi. Praktiki olaraq onun knyazlığında parçalanma baş verdi. Onun qanuni varisi Xarak Siqxi bir neçə aya taxtdan saldılar. Daha sonra o da müəmmalı şəkildə atasının kremasiyasından qayıdarkən Lahor fortasında üzərinə arka düşərək öldü. Siqx dövləti uğrunda iki fraksiya: siqx Sindxanvali və hindli Doqra mübarizə aparırdı. Doqra 1841-ci ilin yanvarında Racit Siqxin qeyri-qanuni oğlu Şer Siqxi hakimiyyətə gətirdi. Sidxanvali Britaniyanın nüfuz dairəsi olan əraziləri sığınmaqla canını xilas etdi. Rancit Siqxin ölümündən sonra ordu 29 min nəfər və 192 topdan 1845-ci ildə 80.000 nəfərə qədər genişləndi. Ordu özü Xəlsə - siqx icması roluna iddia edirdi.
Liqr
Liqr (lat. Panthera leo × Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Erkək şir və dişi pələngin cütləşməsindən əmələ gələn hibrid yırtıcı heyvandır. Liqr özünün əksi olan hibrid tiqonda fərqlənir (Tiqonun atası pələng, anası şirdir. Ancaq liqrda əksinədir). Dünyanın ən məşhur liqri olan Herkules eyni zamanda dünyanın ən böyük və ən ağır pişiyidir (450 kq; uzunluğu-4 m). Liqrin görünüşü üstündə zolaq olan böyük şirə bənzəyir. Görünüşü ilə mağara şirinə bənzəyir. Erkək liqrin şirdən fərqli olaraq başında demək olar ki, saç yoxdur, yanlız bəzi hallar istisnadır.
Nitq
Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə. Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir. Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
İşıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir.Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380-780 nanometr dalğa uzunluğuna və yaxud 789-385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C.Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir). İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. == Məzmun == Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. == Haqqında == Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub.Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb. Filmin çəkilişləri Qarsda, Bakı şəhərində, Gədəbəy, Qazax, Kəlbəcər və başqa rayonlarında aparılıb.
Aşiq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Biqa dili
Biqa dili (ing. Biga language) — Raja Ampat adalarının ən böyük 4 adasından biri olan Misool sakinlərinin danışdığı dil. Avstroneziya dillərinə aiddir. 2001-ci ilin məlumatına görə bu dildə təqribən 300 nəfər danışır.
Biqa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Biqa yarımadası
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir. == Adın mənşəsi == Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü. Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır. == Sərhədləri == Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.
Biql (dəqiqləşdirmə)
Biql boğazı — Çili ilə Argentinada boğaz. Biql gəmisi — Krallıq donanması gəmisi. Biql (it cinsi) — ov itləri cinsi.
Biql boğazı
Biql boğazı — Odlu torpaq arxipelaqına daxil olan əsas adanı Oste Navarino adasından və bir necə xırda adalardan ayırır. Boğazın sahillərində Usuaya, Puerto-Vilyams və Puerto-Toro kimi yaşayış məntəqələri vardır. Bu limanlar Cənub yarım kürəsində ən ucqar yaşayış yerləridir. Boğazın adlanmasına gəldikdə isə bu ad Çarlz Darvinnin Cənubi Amerikaya səyahətə gəldiyi gəminin adıdır. Uzunluğu 240 km, eni isə çox dar olub 5–6 km təşkil edir. Magellan boğazı kimi sakit axınlara malikdir. Buranın gözəl mənzərələri turistləri bura cəlb edir. Sularında suitilər, pinqivinlər və ən əsas Magellan pinqivininə rast gəlmək olar. 1978-ci ildə Çili ilə Argentina arasında boğazın yerləşdiyi ərazi üstündə münaqişə yaranır. 1985-ci ildə isə Vatikannın səyi sayəsində məsələ həll edilir.
Biql gəmisi
Biql gəmisi – Çarlz Darvinin təkamül nəzəriyyəsini yaratmasına təməl olan araşdırma gəzintisinə çıxdığı ingilis Krallıq donanması gəmisi. Adını bir it cinsindən alan bu gəmi 10 toplu bir müharibə gəmisidir. 11 may 1820-ci il tarixində Temza çayındakı Vulviç limanında istehsalı başa çatdıralaraq ingilis Krallıq Dəniz Qüvvələrində xidmətə başlamışdır. Daha sonralar bir araşdırma gəmisi olaraq həvalə edilən gəmi ikincisində Çarlz Darvinin də olduğu üç araşdırma gəzintisində istifadə edilmişdir. Gəmi Çarlz Darvinin qatılmış olduğu ikinci gəzinti sayəsində dünya dənizçilik tarixinin ən məşhur dəniz vasitələrindən biri halına gəlmişdir. Çarlz Darvinin qatıldığı 24 oktyabr 1831-ci il tarixində başlayan ikinci elmi araşdırma gəzintisi Plimut limanından başlamış, Cənubi Amerikadakı araşdırmaların ardından Yeni Zelandiya üzərindən İngiltərə qayıdılması surəti ilə 2 oktyabr 1836 tarixində tamamlanmışdır. Odlu Torpağın cənubundakı Biql boğazı adını bu gəmidən almışdır.
Biqo dağı
Biqo dağı — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, 1980 m hündürlüklü dağdır. Biqo dağı Perçot dağından cənub-qərbdə, Biqo körfəzindən qərbdə yerləşmişdir. Lisiya silsiləsinin bir hissəsidir.Dağ 1908-10-cu illərdə Fransa Antarktik Ekspediyası zamanı kəşf olunmuşdur. Fransa Dəniz Liqasının üzvü, Jan-Martin Şarkonun yanında çalışan Kaleli Robert Biqonun adını daşıyır. == Yerləşməsi == Biqo dağı 65°46′ c. e. 64°17′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Bing
Bing — Microsoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur. 2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
GIGN
GIGN (fransızca: Groupe d'intervention de la Gendarmerie nationale) Fransa Milli Jandarmeriyasının xüsusi təyinatlılardan ibarət elit dəstəsidir. Bu dəstə indiyə qədər bir çox xüsusi əməliyyatlarda uğurla iştirak etmişdir.GIGN 1974-cü ildə baş verən Münxen qətliamından sonra yaradılmışdır. Təşkilatın baş qərargahı Paris şəhəri yaxınlığında Versal-Satoridə yerləşir. Əməliyyatların çox hissəsinin Fransa daxilində keçirilməsinə baxmayaraq, Fransa Silahlı Qüvvələrinin tərkib hissəsi kimi dünyanın istənilən yerində əməliyyat keçirə bilər. GIGN üzvləri indiyə qədər müxtəlif yerlərdə 1800-dən çox əməliyyatda iştirak etməklə, həmçinin 600-dən çox girov xilas etməklə dünyada terrorizmə qarşı mübarizə aparan ən təcrübəli birliklərdən hesab olunur. == Vəzifələri == Anti-terror əməliyyatları; Girovların xilas edilməsi; Silahlı şəxslərin zərərsizləşdirilməsi; Məhbus üsyanlarının qarşısının alınması; Cinayətkar və terroristlərin izlənilməsi; Hərbi xüsusi əməliyyatlar; Rəsmi dövlət nümayəndələrinin mühafizəsi; Müharibə baş verən ölkədə səfirliyin mühafizə olunması; Təlim.
Gilg
Ernst Friedrich Gilg' (alm. Ernst Friedrich Gilg‎; 12 yanvar 1867, Şlingen, Baden-Vürtemberq — 11 oktyabr 1933, Berlin) — alman botaniki. == Elmi əsərləri == Pharmazeutische Warenkunde, 4. Auflage 1911 Grundzüge der Botanik für Pharmazeuten, 6. Auflage 1921 Lehrbuch der Pharmakognosie, 3.
Gığı
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır.