SİDQ

is. [ ər. ] Sədaqət, səmimilik, ürək təmizliyi.
□ Sidqlə, sidq ilə – bax sidqi-ürəkdən.
Bitibdir dağda lalə; Oxşar gül üzdə xalə; Sidqinən sevən ürək; Axır çatar vüsalə. (Bayatı).
Artıran söz qədrini sidq ilə qədrin artırar; Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Füzuli.

Sidqi-ürəkdən (ürəklə), sidqi-dildən (dillə) – səmimiyyətlə. Sidqi-ürəkdən təşəkkür etmək.
Sidqi-dildən qulluq etmək… – Mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara – xoş gəldin – deyirdim. C.Məmmədquluzadə.
[Kətxuda:] Hərgah doğrudan Əmi sidqi-ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir. N.Nərimanov.
[Mirzə Cəmil:] Nə qədər canım sağdır, nəfəsim gedib-gəlir, ağama sidqi-dillə qulluq eləyəcəyəm. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİDQ səmimilik — saflıq
SİDİKLİK
SİDR

Digər lüğətlərdə