Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simgur
Simgur — Göyçay rayonu ərazisində dağ; Simgur — Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 676 m.
Sigur Rós
Sigur Ros — İslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb. == "Von" və "Von brigði" == Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi. == Ágætis byrjun == 1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı. == Rímur == 2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı.
Fred Kilqur
Fred Kilqur (ing.
Şinqu çayı
Şinqu (port. Xingú) — Cənubi Amerika ərazisindən axan, Amazon çayının sağ qolunu təşkil edən çay. Çayın uzunluğu 1980 km, hövzəsinin sahəsi 513 min. km² təşkil edir. Çay bütünlüklə Braziliya ərazisindən axır. Çay Kulueni adı ilə Matu-Qrasu dağlıq ərazilərindən götürərək, Amazon düzənliyinə keçir. Çayın əsas qolu İriri çayıdır. Sonradan çay Altamira şəhəri ərazisindən axır. Çay Portu-di-Mos şəhəri ərazisində Amazona tökükür. Burada o uzunluğu 160 km, eni isə 8–12 km olan estuari yaradır.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Sitrus
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Sidur
Sidur (sidur, ivr. ‏סידור‏‎ ‎- İudaizmdə dua kitabı. "Sidur" sözünün mənşəyi ( ivr. ‏סדור‏‎ ‎ "Seder" ( ivr. ‏סדר‏‎ ivr. ‏סדר‏‎ ‎ (bax. Pasxa ) - "qayda" (qayda; dua ardıcıllığı - gündəlik və müxtəlif hallarda) sözü ilə əlaqələndirilir Sidurlar ənənələrə görə fərqlənir: Sefarad, Aşkenazi yəhudiləri, Dağ yəhudiləri, Hasidic və s, eləcə də təyinata görə hər gün üçün (xüsusi günlərdə, bayramlarda), böyük bayram dövr üçünxüsusi sidurlar ( mahzor) ) Roş-Ha-Şananın birinci günündən Yom Küpürün sonuna qədər). Diasporda və ya diaspor üçün yayımlanan müasir sidurlarda iki və ya üç paralel mətn daha çox çap olunur - İbrani və ya Arami dillərində dua, bölgədə yayılmış Yəhudilərin dilinə tərcümə ( İngilis, Rus və s.) . ), bəzən isə duaların mətnlərinin həmin dilin yazı şəklində transkripsiyası. Həm tərcüməni, həm transkripsiyanı, həm də səsliliyi özündə cəmləşdirən bəzi sidur növləri üçün hecaların tələffüzünü və İbrani dilində oxumağı öyrənməyə başlaya bilərsiniz.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir.Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi. Səlibçilər şəhəri "villa palmarum" adlandırırdılar.
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. == Quruluşu == Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Suğur
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Sığır
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Şütür
Şütür-Azərbaycanın erkən şəhərlərindən biri.Goranboy bölgəsində yerləşirdi. Qədim mənbələrdən məlum olur ki, Şütür V – VI əsrlərdə şəhər kimi mövcud olmuş və müxtəlif vaxtlarda Şatar, Şatal, Şətəl kimi adlanmışdır. 1231-ci ildə monqollar Gəncəyə, Beyləqana və Şəmkirə basqın edərkən, Şütür şəhərini yerlə yeksan etmişlər. Şütür şəhərinin əsrlər boyu mövcud olduğu ərazi indi "qala yeri", yaxınlıqdakı kənd isə "sevinc, şənlik, səadət" mənasında Şadlı adlanır. Vaxtilə çox inkişaf etmiş bu şəhər qədim Gəncə və Bərdə şəhərləri arasındakı karvan yolunun üstündə yerləşirdi. Alban salnaməçisi Musa Kalankatlı özünün "Albaniya tarixi" kitabında qeyd etmişdir ki, Şatal Şəki, Şamaxı, Şabran və Şəmkirlə eyni səviyyədə idi. Şütür şəhəri qədim mənbələrdə Xanagahi-Şütür də adlanırdı. Bu da Şütür xanagahı deməkdir. Araz sahilindən Gəncəyə kimi оlan 34 fərsənglik yоl Хaar, Qark, Lənbəran, Bazarcıq, Bərdə, Cuqbuq, Dih-Isfahan, Хanəgah-Şütür kimi ticarət mərkəzləri və yaşayış məskənlərindən kеçirdi. Daha sоnra bu yоl Şəmkür, Yurd-Şadakban, Ağstafa, Yam və s.
Brayan Singer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Gingur (Puldəşt)
Gingur (fars. گينگور‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 498 nəfər yaşayır (87 ailə).
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. == Həyatı == Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi.Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi. Qara Sunqurun İraq Səlcuqlu əmirləri arasında böyük ehtiramı var idi.
Siqurd Erikson
Siqurd Erikson (26 mart 1888 – 18 fevral 1968) — isveç etnoqrafı. "Folk-Liv" (azərb. Xalq hәyatı‎), "Ethnologia Europaea" (azərb. Avropa etnologiyası‎), "Laos" kimi məşhur etnoqrafik jurnallarının təsisçisi. Avropa etnoqrafiyasında təsviri və nəzəri metodlar arasındakı uyğunsuzluğun aradan qaldırılmasına yönəlmiş məktəbin yaradıcısıdır. Avropa etnoqrafları birliyinin, Beynəlxalq Xalq İncəsənəti və Ənənələri Komissiyasının rəhbəri olmuşdur.
Siqurd Raqnarsson
Siqurd Gözündə-ilan— Raqnar Lodbrokun oğullarından biri. Danimarkanın ilk kralı. == Həyatı == Siqurd Raqnar Lodbrokun və Aslauqun oğlu idi. Göz bəbəyi öz quyruğunu yeyən ilana bənzədiyi üçün bu ləqəbi almışdır. Haqqında az məlumat vardır. Raqnarın ölümündən sonra Danimarka adaları onun payına düşmüşdü. Müqəddəs Roma imperiyası hökmdarı I Arnulf tərəfindən Leyven döyüşündə 891-ci ildə öldürülmüşdü. == Ailəsi == Nortumbriya kralı Aellanın edamından sonra onun qızı ilə evlənmişdi. Övladları: Aslauq Siqurdsdatter - Ringerikeli İti Helqi ilə evlənmişdi. I Hardeknut - Danimarkanın II kralı.
Sitrus bitkiləri
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. == Haqqında == Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. == Həyatı == Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Mirça Snequr
Mirça İvanoviç Snequr (mold. Mircea Snegur; 17 yanvar 1940, Trifaneştı[d], Rumıniya Krallığı[d] – 13 sentyabr 2023, Kişinyov) — Sovet, Moldova dövlət və siyasi xadimi, 1990-cı il sentyabrın 3-dən 1997-ci il yanvarın 15-dək Moldova Respublikasının 1-ci Prezidenti. Bundan əvvəl o, 1989–1990-cı illərdə Ali Sovetin Rəyasət Heyətinin sədri, 1990-cı il aprelin 27-dən sentyabrın 3-dək Ali Sovetin sədri vəzifələrində çalışıb. == Həyatı == Mirça Snequr 1956-cı ildə Florşetski rayonunun Frumuşika kəndində orta məktəbi bitirmişdir. 1961-ci ildə Kişinyov Kənd Təsərrüfatı İnstitutunu aqronom ixtisası üzrə bitirmişdir. 1961–1968-ci illərdə Floresti rayonunun Lunqa kəndində aqronom, kolxoz sədri işləyib, sonra MSSR Kənd Təsərrüfatı Nazirliyində də çalışıb. 1981-ci ildə Sov. İKP Edinet rayon komitəsinin birinci katibi olub. İşğal olunmuş Bessarabiya ərazisində Sovet Rusiyasına birləşmək üçün rumınlara qarşı mübarizə dayanmadı. 1985-ci ildən MSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub.