Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şxer
Şxer (rus. шхеры, ing. scarrys) — keçmişdə buz örtüyü olan yerlərdə dənizlərin və göllərin sahilboyunda yerləşən kiçik, alçaq qayalıq adadır. Şxerlər adətən kristallik süxurlardan ibarət olur, səthində buzlaqların izləri (cizgilər və s.) olur. Bəzi dənizin və ya gölün sahillərində çoxlu miqdarda şxer yerləşir və xeyli fərqli olan sahil əmələ gətirir ki, buna şxer tipli sahil deyilir.
Minin şxeri
Minin şxeri — şxerlərdən ibarət olan arxipelaq. Kiçik adalar qrupu Kara dənizi ərazisində, Taymır yarımadasından bir qədər aralıda, Pyasin çayının mənsəbində yerləşir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Adalar 1740-cı ildə kəşf edilmişdir. Minin isə adaları «Kamennıe» adlandır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şxerlər tundra ilə örtülüdür. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir.
Şexer
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Aşina Şeer
Aşina Şeer (taxt adı Tubu xaqan 都布可汗; 609 – 655, Çanqan) — Göytürk şahzadəsi, Qərbi Göytürk xaqanlığı taxtına iddiaçı. == Həyatı == 609-cu ildə doğulmuşdu. Atası Çula xaqan idi. 11 yaşında artıq To şad titulu ilə Qobi çölündə töleslər və seyantoları idarə edirdi. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra özünü Tubu xaqan adı ilə Qərbi Göytürk hakimi elan etsə də, nə nuşibilər, nə də tulular onun hakimiyyətini qəbul etmədi. Bir müddət sonra 634-cü ildə Seyanto xanlığının hökmdarı İncu Bilgə xaqana qarşı yürüşə başlayan Şeer Şərqi Göytürk xaqanlığını diriltmək və İllig xaqanın qisasını almaq istəyirdi. Bununla belə İşbara Teriş xaqan onu dəstəkləmədiyi üçün bu plan da iflasa uğradı və Şeer Qaoçanqa sığındı. Bu dəfə də İşbara Teriş xaqandan öz qısasını almaq istəyən Şeer 635-ci ildə Tan sülaləsinə sığındı. Sərkərdəlik verilən Şeer tezliklə imperatorun kiçik bacısı ilə də evləndi. 640-cı ildə Qaoçanq hökmdarı Ku Ventay (麴文泰) Qərbi Göytürklərlə ittifaqa girməsi Tan sülaləsi üçün yararlı bəhanə oldu.
Entoni Şer
Anthony Sher (14 iyun 1949, Keyptaun – 2 dekabr 2021, Stratford-Apon-Eyvon[d], Qərbi Mildlend[d]) ― İngilis teatr, kino və serial aktyorudur. == Filmoqrafiya == === Kino === 1981: Mark Gertler: Fragments of a Biography 1985: Shadey 1989: Erik the Viking 1993: Genghis Cohn 1995: The Young Poisoner's Handbook 1996: Alive and Kicking 1996: Mr.
Eden Şer
Eden Rebekka Şer (26 dekabr 1991-ci ildə anadan olub) — Amerikalı aktrisa, Sitcom serialı The Middle (2009–2018) filmindəki Sue Heck rolu və Disney Channel animasiya dram fantazi filmi olan Ulduz Şər Qüvvələrinə qarşı (2015–2019) serialındakı Ulduz Kəpənək rolu ilə məşhurdur. O, "Orta" filmindəki performansına görə 2013-cü ildə Komediya Serialında Ən Yaxşı Köməkçi Aktrisa üçün Tənqidçilərin Seçdiyi Televiziya Mükafatını qazandı. == Erkən həyat == Şer Kaliforniyanın Los Anceles şəhərində anadan olub. O, məktəb müəllimi olan anası tərəfindən yəhudi olara böyüdü. O, aktyorluq karyerasına səkkiz yaşında məktəb tamaşalarında, yerli teatr tamaşalarında iştirak etməklə və ibtidai məktəb xorunda oxumaqla başlayıb. Jay Leno ilə The Tonight Show- da Jaywalking seqmentində görünməsindən sonra onun aktyorluğa marağı alovlandı. == Karyera == Aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində televiziya seriallarında bir sıra rollar oynadı, lakin seriallar ya ləğv olundu, ya da personajı silindiyi üçün bunların çoxu qısa müddətli oldu. 2006-cı ildə Showtime komediya-dram serialı Weeds -də əsas personajlardan biri Alexander Gouldın məktəbli sevgilisi Gretchen rolunu oynadı. Elə həmin ilin sonunda o, ilk mövsümündə 11 seriyası ləğv edilmiş Sons & Daughters serialında Carrie Fenton rolunu oynadı. 2007-ci ildə Şer Fox dram seriyası The OC- nin son mövsümündə Harbour High-da oxuyan tələbə rolunu oynadı.
Şer (departament)
Şer (fr. Cher) — Fransa departamentlərindən biri, Mərkəz - Luara vadisi regionunun departamenti. Sıra nömrəsi — 18. İnzibati mərkəzi — Burj şəhəridir . Əhalisi — 319 600 nəfər (departamentlər arasında 73-cü yer, məlumatlar 2010). Ərazisi — 7235 km². Departamentin ərazisində Oron, Sodr, Yevr və Şer çayları axır. Şer, 1790 Mart ayında qurulan ilk 83 departametnlərindən biridir. Keçmiş Berri əyalətinin ərazisində yerləşir. Шер, департамент // Brokhauz və Efronun ensiklopedik lüğəti : в 86 т.
Şer (müğənni)
Cher (ing. Cher; 20 may 1946[…], El-Sentro[d], Kaliforniya) — erməni əsilli ABŞ müğənnisi, prodüseri və aktrisası. Əsl adı "Şerilin Sarkisyan Lapyer Bono Ollmen (ing. Cherilyn Sarkisian LaPiere Bono Allman) kimi səslənir. Şerilin Sarkisyan 20 may 1946-cı ildə Kaliforniya ştatında anadan olmuşdur. Anası ABŞ aktrisası, müğənnisi və modeli Corciniya Holt, atası isə erməni əsilli Con (Karapet) Sarkisyan sürücü idi. İlk dəfə Şerilin musiqi karyerasına 17 yaşdan başlamışdır. 1965-ci ildə ifaçı Sonni Bono lə tanış olur və «I Got You Babe» adlı mahnısı ilə populyarlıq qazanır. Həmin illərdən başlayaraq filmlərə çəkilmiş və Qızı Qlobus, Oskar kimi mükafatlara layiq görülmüşdür. Şerilin Sonnidən ayrıldıqdan sonra Qreq Ollmenlə ailə həyatı qurmuş və ondan 1976-cı ildə Ellayc Blu Ollmen adlı övladı dünyaya gəlmişdi.
Şer Ami
Şer Ami (fr. Cher Ami tərcümədə — "Əziz dost" deməkdir) — 1918-ci ildə ABŞ siqnal korpusu ilə birlikdə ABŞ-dən Fransaya köçürülmüş hərbi poçt göyərçinidir. Birinci Dünya müharibəsinin son bir ilində Qərb cəbhəsində, göyərçin çoxlu uçuşlar edərək xüsusi əhəmiyyətli mesajları çatdırırdı. Meuse-Argonne hücumu zamanı ordunun əsas hissəsindən düşmənin bölərək ayrı saldığı 77-ci piyada diviziyasının itirilmiş batalyonunun 194 əsgərini xilas etməklə məşhurlaşmışdı. 3 oktyabr 1918-ci ildə mayor (ing. Charles White Whittlesey) və 500-dən çox insan kiçik irəliləyiş etmiş, ancaq qidasız və məhdud sayda silah-sursatla mühasirəyə düşmüşdülər. 4 oktyabrda onlar, cəbhənin digər tərəfindən göyərçinlə qeyri dəqiq koordinatlarını göndərdilər. Tabor müttəfiqlərin atəşinə tutuldu. Elə ilk gündə amerikanlıların çoxu öldürüldü və yaralandı. Amerika ordusunun olduğu yerə mesaj daşıyan iki poçt göyərçini göndərildi, lakin hər ikisi öldürüldü.
Şer Loyd
Şer Loyd (ing.
Luar və Şer
Luar və Şer (fr. Loir-et-Cher) — Fransa qərbində yerləşən, Mərkəz - Luara vadisi regionun departamentlərindən biri. Sıra nömrəsi — 41. İnzibati mərkəzi — Blua. == Coğrafiyası == Sahəsi — 6343 km². (Fransada 31-ci yer) Departamentə 3 rayon, 30 kanton və 291 kommun daxildir və həmçinin Er və Luar, Luar, Şer, Endr, Endr və Luara və Sarta departamentləri ilə sərhəddir. Departamentdə Luar və Şer çayları axır. == Tarixi == Luaravə Şer — 1790-cı ilin martında Fransız İnqilabı dövründə yaradılan ilk 83 departamentən biridir. Keçmiş Orleane və Turen əyalətlərinin ərazisində yerləşir. Adı Luar və Şer çaylarından gəlir.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mnemonik (sxem)
`Mnemonik (sxem) (ing. mnemonic, ru. мнемоническая схема) — mürəkkəb və ya uzun sözlər yığınının yadda saxlanılmasını asanlaşdırmaq üçün istifadə olunan söz, qafiyə və ya başqa obraz. Mnemonik vasitələr hesablama texnikasında geniş istifadə olunur. Məsələn, proqramlaşdırma dilləri (maşın dilləri yox) simvolik dillər kimi tanınır, çünki onlarda deyimlər və əməlləri göstərmək üçün qısa mnemonik sözlərdən istifadə olunur: "ADD" (addition), "def " (define). Eyni yolla yığılan komandalara əsaslanan əməliyyat sistemlərində və tətbiqi proqramlarda komandaları göstərmək üçün mnemonikadan istifadə olunur. Məsələn, MS-DOS əməliyyat sistemində kataloqun faylarının siyahısına baxmaq üçün "dir" (directory) sözü işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sxem lövhəsi
Sxem lövhəsi (circuit board) – üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından (məsələn, epoksid və ya fenol tərkibli qətrandan) hazırlanmış lövhə. Müasir sxem lövhələrində komponentləri birləşdirmək üçün mis folqadan istifadə edilir. O, lövhənin bir və ya hər iki üzündə, ən yeni modellərdə isə bir neçə qatda yerləşdirilə bilər. Çap lövhələrində (printed circuit board) mis folqalardan ibarət birləşmələr qabaqcadan çap prosesində fotolitoqrafiya üsulu ilə vurulur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnteqral sxem
İnteqral sxemlər (ing. integrated circuit (IC); ru. интегральная схема; tr. tümleşik devrem) – elektronikada: bir silisium kristalı və ya başqa material üzərində hazırlanmış mikrosxemlər, məsələn, tranzistorlar və registrlar toplusu. Adətən, silisium yarımkeçirici materialın bir kristalında elektron sxemlər toplusudur. Bu sərbəst birləşmələrdən hazırlanmış diskret sxemlərdən daha kiçik hazırlana bilər. İnteqral sxemlər demək olar ki, bütün elektron avadanlıqlarda bu gün istifadə olunur. Müasir cəmiyyətin ayrılmaz hissələri olan kompüterlər, mobil telefonlar və digər elektron məişət texnikalarının istehsalı inteqral sxemlərin sayəsində ucuz başa gəlir. Dırnaq ölçüsündə olan hissədə bir neçə milyard tranzistor və digər elektron birləşmələrə malik olan inteqral sxemlər çox kompakt hazırlana bilər. Texnologiyanın inkişafı sayəsində sxemdə hər bir keçirinin eni daha kiçik hazırlana bilər;2008-ci ildə bu ölçü 100 nanometr aşağı düşdü, növbəti illərdə bu rəqəmin onlarla nanometr olacağı gözlənilir.
La-Ser
La-Ser (fr. La Serre, oks. La Sèrra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12269. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şərqdə, Rodezdən isə 55 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 88 yaşda (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.5%, 1999-cu ildə 65.8%).
Ser (kanton)
Ser (fr. Serres) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0522. Ser kantonuna cəmi 12 kommuna daxildir, onlardan ən əsası Ser kommunasıdır. 2007-ci ildə əhalinin sayı 2 571 nəfər təşkil edirdi.
Şər problemi
Pislik və ya şər problemi — din fəlsəfəsində mütləq yaxşı olan bir Tanrı varlığının necə uyğunlaşması məsələsidir. Epikür əvvəlcə problemi məntiqi bir düsturla təqdim etmişdir və o vaxtdan bəri demək olar ki, hər kəsin, fəlsəfə ilə əlaqəsi olmayan insanlardan tutmuş filosoflara qədər düşüncələrini məşğul etməkdədir. M. Ş. II. 18-ci əsrdə yaşamış bir kilsə atası Laktantyusun (e.ə 360) nəqlinə görə, Epikür pislik problemini bir dilemma şəklində ifadə etmişdir: Allah ya pisliyi aradan qaldırmaq istəyir, ya da yox; ya da ola bilər, amma istəmir; ya nə çıxarmaq istəmir, nə də çıxara bilmir; ya da hər ikisini də çıxarmaq istəyir və çıxara bilər. Əgər məhv etmək istəyirsə və edə bilmirsə, O, hər şeyə qadir deyil; bu, Allahın xarakterinə ziddir; ləğv edə bilər, amma ləğv etmək istəmirsə, zərərlidir; bu da Allaha uyğun deyil; nə aradan qaldırmaq istəsə, nə də edə bilməzsə, o da zərərli və hər şeyə qadir deyil; bu vəziyyətdə o Allah deyil; əgər hər ikisi aradan qaldırmaq istəyirsə və yalnız Allaha uyğun olanı edə bilərsə, pisliyin mənbəyi nədir? Yoxsa onları niyə aradan qaldırmır? Epikür problemin başqa bir təqdimatı əsrlər sonra Devid Yum tərəfindən Dinlə Dialoqlarında Filonun dili ilə edildi: Allah pisliyin qarşısını almaq istəyir və buna qadir deyil? Sonra zəifdir. Yoxsa pisliyi dayandıra bilmir? Buna görə də yaxşı niyyətdə deyil. Həm güclü, həm də yaxşı olsaydı, bu qədər pislik necə mövcud idi?
Ser Sandford
Ser-Sandford (ing. Mount Sir Sandford) - Kolumbiya dağlarının ən yüksək zirvəsidir, Britaniya Kolumbiyasının on dördüncü ən yüksək zirvəsidir (Peakbagger.com -a görə on səkkizinci). Kinbasket su anbarının Qızıl qol qolunun cənub-qərbində Selkerk dağlarının Big Bend silsiləsinin Sir Sandford alt silsiləsində yerləşir. Mütləq hündürlüyü 3519 metr, nisbi hündürlüyü 2707 metrdir. İlk dəfə bu zirvəyə 1912-ci ildə Howard Palmer, E. V. D. Holvay, Rudolf Aemmer, Edvard Fyuz qalxmışdır.. Zirvə Kanada dəmir yolu şəbəkəsini yaradan və onun ərazisində saat qurşaqlarını tətbiq edən görkəmli mühəndis Ser Sandford Fleminqin adını daşıyır. "Peakware.com". www.peakware.com (ingilis). İstifadə tarixi: 2022-09-20.
Sər (Şəbüstər)
Sər (fars. سار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,504 nəfər yaşayır (371 ailə).
Sent-İler (İzer)
Sent-İler (fr. Saint-Hilaire) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38395. Kommunanın 2012-ci il üçün əhalisi 1465 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 647 ilə 2 060 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Ser (Yuxarı Alplar)
Ser (fr. Serres, oks. Sèrres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05166. 2008-ci ildə əhalinin sayı 1334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 708 nəfər (15-64 yaş) arasında 505 nəfər iqtisadi cəhətdən fəal, 203 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 66.2%). Fəal olan 505 nəfərdən 429 nəfər (227 kişi və 202 qadın), 76 nəfər işsiz (33 kişi və 43 qadın) idi.
Sər-i Pul
Sər-i Pul — Əfqanıstanın şimalında şəhər.
Xeyir və Şər
Xeyir və Şər — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmiş cizgi filmi. Xeyir və Şər — Tofiq Bakıxanovun şair Nizami Gəncəvinin "Xəmsə"si əsasında yaratdığı bir pərdəli balet. Xeyir və Şər — Oqtay Rəcəbovun şair Nizami Gəncəvinin "Yeddi Gözəl" poeması motivləri əsasında yaratdığı opera.
Aker
Aker (q.misir ȝkr — "yer") — Qədim Misir tanrısı. Misir mifologiyasında yerin tanrısı və ölülərin himayədarı, ən qədim tanrılardan biri. Qədim Misir tarixinin gedişində "Aker"in rolu bir neçə dəfə dəyişikliyə məruz qalıb. Padşahlıqdan əvvəlki Misirdə o, bir nomun yer tanrısı idi. Erkən padşahlıq dövründə isə o, Geb tanrısının mücəssəməsi (tanrı Banın ruhu) hesab olunurdu. Daha sonra o, yeraltı dünyasının tanrılarından biri və Apofislə gündəlik döyüşündə Ranın köməkçilərindən biri oldu. Bu tanrı həm də "yerin ruhları" – ilanların himayədarı kimi Akeru (Akerin cəmi) adlanır. Bəzən iki başlı aslan şəklində təsvir olunur (daha az — sfenks). Dünənlə sabahın, qərblə şərqin birləşməsini simvolizə edirdi. O, böyük tanrılar dairəsinə aid deyildi, onun ibadət yeri yox idi.
Axen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Axet
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.
Axey
Axeylər və ya axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. == Sənətçi haqqında == 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Jyer
Jyer (fr. Gières) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d’Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38179. Kommunanın 2012-ci il üçün əhalisi 6200 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 205 ilə 660 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 6 km şərqdə yerləşir.
KXDR
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir. == Coğrafiyası == Ölkənin ərazisi 122.762 km²-dir . Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir.
İder
İder — Monqolustan ərazisindən axan çay. Ölkənin şimal-qərbindən hissəsindən axır. Öz başlanğıcını Xanqay dağlarından götürür. Çayın uzunluğu 452 km-dir. Selenqa çayının əsas qollarından birini təşkil edir. Oktyabr-noyabr aylarından aprelin ortalarına qədər donur. Ən iri qolları — Çuluutın-Qol və Teqşiyn-Qol.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Aşxen
Aşxen (erm. Աշխէն; bilinmir, Alaniya – bilinmir?) — Ermənistan Kraliçası və Ermənistan Kralı III Trdatla olan evliliyi sayəsində Arşakuni sülaləsinin üzvü. == Ailə və mənşəyi == Aşxen sarmat mənşəli bir monarx idi. O, adı açıqlanmayan qadın tərəfindən Aşxadar kimi tanınan alanların kralı Aşxadarın qızı idi və bilinən övladıdır. Aşxen 260-280-ci illər arasında naməlum bir tarixdə anadan olub və Alan Krallığında böyüyüb. III Trdat ilə evlənməzdən öncə onun erkən həyatı haqqında çox az şey məlumdur. Aşxen adı qadın erməni adıdır. Adı "qara" və ya "mavi-qara" mənasını verən "axsen" "boz" və ya "zend axsaena" sözündən gəlir. Bu ad həmçinin "xset" və ya "zend xsaeta" "odlu qırmızı" sözündən də gələ bilər. Aşxen Aşxadar adından yarana bilər.
Frer
Frer və ya frater (lat., frater, qardaş), Roma Katolik Kilsəsinin dilənçi ordenlərindən birinin üzvüdür. Roma Katolik kilsəsindən kənarda, məsələn, Anqlikan kilsəsi daxilində də fraterlər var. İlk dəfə XII və ya XIII əsrdə istifadə edilmis bu termin, köhnə monastır ordenlərinin sabitlik andı ilə rəsmiləşdirilmiş vahid bir monastıra sədaqətindən daha yüksək bir başçının yurisdiksiyası altında geniş şəkildə icra edilən mendikantların səyahətçi apostol xarakterini fərqləndirir. Bir fraterin müqəddəs dini vəzifəsi ola bilər və ya o, təyin olunmamış bir dini orden qardaşı da ola bilər. Ən əhəmiyyətli fraterlər ordenləri Dominikan, Fransiskan, Avqustin və Karmelit ordenləridir .
Azər Quliyev (əsgər)
Azər Süleymanov (əsgər)
Azər Tağıyev (əsgər)
Azər Əliyev (əsgər)
Azər Qasımov (əsgər)
Azər Əliyev (əsgər, 2002)
Azər Tağıyev (əsgər, 1999)
Azər Əliyev (əsgər, 1999)
Azər Əliyev (əsgər, 2001)