SXEM

[ yun. schema – şəkil, surət]
1. Bir şeyin sistemini, quruluşunu və ya hissələri arasındakı rabitəni təsvir edən sadə çertyoj. Telefon qurğusunun sxemi. Radioaparatın sxemi.
// Bir şeyin quruluşu, təşkili, planı. Başqa sxem üzrə qurulmuş təşkilat.
2. Bir əsərin, yazının və s.-nin əsas fikirlərinin ümumi şəkildə verilmiş şərhi, təsviri, xülasəsi. Pyesin sxemi. Məruzənin sxemi.
3. məc. Şablon fikir, bir şeyin çox bəsit və mücərrəd təsviri; basmaqəlib. Əsərdə canlı insanlar əvəzinə sxemlər verilmişdir.
– Cabbarlı Almaz simasında cansız bir sxem yox, bütün xüsusiyyətləri ilə meydana çıxan, sevibsevilən bir insan surəti yaratmışdır. M.Arif.

SFİNKS
SXEMATİ́K

Digər lüğətlərdə