Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. == Mövzu == Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir.
Kcell
«Kcell» — Qazaxıstanda mobil operator. 2G / GSM (900 MHz), 3G / UMTS (2100 MHz), 4G / LTE və LTE Advanced (800/1800/2100 MHz) standartlarına uyğun mobil xidmətlər təqdim edir. Kcell və Activ markaları altında xidmətlər göstərir. Şirkət 1998-ci ildə qurulmuşdur və əsasən korporativ seqmenti hədəf alan Kcell markası və kütləvi bazara yönəldilmiş Activ adı altında mobil xidmətlər göstərir. 2020-ci ilin sonuna Kcell-in abunəçi bazası təxminən 8 milyon nəfər idi. == Tarixi == Kcell şirkəti 30 sentyabr 1998-ci ildə qurulmuşdur. 7 fevral 1999 - Kcell markası istifadəyə verildi. 9 sentyabr 1999-cu ildə Activ markası təqdim edildi. 2004-cü ildə şirkətin abunəçi bazası 1,5 milyon nəfəri keçdi. 2007-ci ildə, dekabr ayında 6 milyonuncu abunəçi qoşuldu.
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. == Fon == Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. == Tərəfdaşlıq == Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
Ecell adası
Ecell adası (ing. Edgell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Ecell adası Baffin Torpağı ətrafında yerləşən çoxsaylı adalardan biridir. Ada Frobişer körfəzinin girişində, bir qədər böyük olan Rezolyoşen adasının şimalında yerləşir. Rezolyoşen, Ecell və Louer-Savic adaları tez-tez Rezolyoşen adaları qrupu olaraq adlandırılır. Adanın sahəsi 287 km², sahil xəttinin uzunluğu 148 km-dir.
Norman Encell
Norman Endjell — beynəlxalq sülhün bərqərar olması üçün əhəmiyyətli səy göstərmiş, Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. 1933-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1903-cü ildə "üç bayraq altında Vətənpərvərlik:siyasətdə rasionalizmin müdafiəsi" kitabını dərc etdi. 1909-cu ildə onun "Avropa illüziya sı" (müharibənin iqtisadi səbəbləri haqqında) kitabı dərc edilmişdir. Növbəti kitab olan "Böyük illüziya " daha məşhur oldu və 25 dildə tərcümə edilmişdi. Burda Endjell müharibə nəticəsində iqtisadi çiçəklənmə haqqında mifi ifşa edirdi. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı o Ramsey Makdonald və Ç.Trevelayanla Britaniya hökumətinin xarici siyasətinə ictimai nəzarət üçün demokratik nəzarət İttifaqını təşkil etdi. 1920-ci ildə Liberal partiyadan Leyboristlər Partiyasına keçdi. Mərkəzi Avropa uşaqlarına yardım məqsədilə "Aclığa qarşı" hərəkatın əsasını qoydu. Nasist Almasniyasının fəal əleyhdarı idi, Nevill Çemberlenin Hitlerlə barışıq sazişinə qarşı çıxırdı.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Məcəllə
Məcəllə (lat. codex — kitab) — bir və ya bir neçə sahənin sitemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi akt. Məcəllənin strukturu əsasən sahənin sitemini əks etdirir. Sahə haqqında qanunvericiliyin məcəllə ilə sistemləşdirilməsi sahə ilə bağlı müxtəlif normaların vahid normativ kompleksə salınma prosesidir. == Mənbə == Кодексы морали. Профессиональная этика Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine (rus.) Кодексы Республики Беларусь. Новые редакции. Архив Кодексы Украины. Комментированные кодексы. Arxivləşdirilib 2014-09-19 at the Wayback Machine Земельный кодекс Украины, с изменениями и дополнениями по состоянию на 22 марта 2010).
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Cəlal
Cəlal — ad. Cəlal Əliyev (siyasətçi) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor Cəlal Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəlal Vəzirov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlal Tələbani — İraq prezidenti (2005–2014).
Əcili
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Cəlal-Abad
Cəlalabad (qırğ. Жалал-Абад) — Qırğızıstanın Cəlalabad vilayətinin mərkəzi.
Cəlal Qaryağdı
Cəlal Məhərrəm oğlu Qaryağdı (2 iyun 1914, Şuşa – 1 yanvar 2001, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1960). == Həyatı == Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir.
Cəlal İslamov
Cəlal Ağahüseyn oğlu İslamov (3 iyul 2001; Çarxı, Xaçmaz rayonu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlal İslamov 3 iyul 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində Ağahüseyn İslamovun ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə N. Abudov adına Xaçmaz rayon Çarxı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Cəlal İslamov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etdi. Azərbaycan Ordusunun əsgəri olan Cəlal İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal İslamov 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlal Şəngör
Əli Mehmet Cəlal Şəngör (24 mart 1955, İstanbul) — türk geoloq. İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib. Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür. Fransa, İngiltərə, Avstriya və Amerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı. 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu.
Cəlal Əliyev
Cəlal Əlirza oğlu Əliyev (30 iyun 1928, Naxçıvan – 31 yanvar 2016, Bakı) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor, AMEA Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisinin I, II, III və IV çağırış üzvü. == Həyatı == Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Cəlal Əliyev ailəli və bir qız atası idi. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiat-coğrafiya üzrə orta, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə biologiya üzrə ali təhsil alıb. Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib. Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. Azərbaycan,Rus və ingilis dillərini bilirdi. == Əmək fəaliyyəti == 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Cəlal Abbasov
Cəlal Əşrəf oğlu Abbasov (d. 8 may 1957) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007), BMT Mükafatı laureatı (1998), Azərbaycan Gənclər İttifaqı Mükafatı laureatı (1990) [mənbə göstərin], "Humay" Milli mükafatı laureatı (2022). == Həyatı == 1957-ci il mayın 8-də Bakıda anadan olub. 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Bəstəkarlıq" fakültəsini (Q. Qarayevin sinfi), 1984-cü ildə "Bəstəkarlıq" kafedrasınin assistent-stajorluq kursunu bitirib. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri dəfələrlə ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, İndoneziya, Gənubi Koreya, Türkiyə, Norveç, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (o cümlədən, III "Sülhün səsi", IV (Şuşaya həsr olunmuş) — "If I could see you again…"), beş kantata (o cümlədən, "Bahar mərasimi" — Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk əsər), orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"("postlüdiya" janrının Azərbaycanda ilk nümunəsi), "Şən Bahar" ("Vesyolaya Vesna") uşaq operası (rusdilli uşaqlar üçün Novruz adət-ənənələrini nəql edən) və digərləri xüsusi diqqətə layiqdir. Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır ("bəstəkarlıq", "orkestrləşmə", "partitura qiraəti" fənləri).
Cəlal Abdullayev
Cəlal Abdullayev (azərb. Cəlal Mehdi oğlu Abdullayev‎; d. 30 dekabr 1930-cu il, Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi — ö. 20 may 2010-cu il, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), professor (1976), Əməkdar müəllim (2000). == Həyatı == Cəlal Abdullayev 30 dekabr 1930-cu il Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır. == Fəaliyyəti == Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir. Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
Cəlal Qasımov
Cəlal Qasımov (filoloq)
Cəlal Qurbanov
Cəlal Cavanşir oğlu Qurbanov (19 mart 1980, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Milli Güləş Federasiyasının prezidenti (2019–2021). == Həyatı == Qurbanov Cəlal Cavanşir oğlu 19 mart 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Yasamal rayonunda yerləşən 21 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirib, "Təfəkkür" Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2000-ci ildə həmin universiteti birinci kursunu müvəffəqiyyətlə bitirib Dövlət Neft Akademiyasından zəmanət götürərək, könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib. 2003-cü ildə ADNA-nın Neftin sənayesi və Ekologiyası ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2005-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına "İnzibati idarəetmə" fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almaq üçün qəbul olunmuş və 2008-ci ildə bitirmişdir. Sərbəst Güləş üzrə idman ustalığına namizəddir. 15 fevral 2021-ci ildə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti seçilib.
Cəlal Rüstəmov
Cəlal Talabani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Cəlal Tələbani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Cəlal Vəzirov
Cəlal Bədirxan oğlu Vəzirov (5 dekabr 1993, Qaralılar, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlal Vəzirov 5 dekabr 1993-cü ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Cəlal Vəzirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət etmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Cəlal Vəzirov də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cəlal Vəzirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal Vəzirov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlal Ünsizadə
Cəlaləddin Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1854, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1933, Ankara, Türkiyə) — Azərbaycan şairi, tərcüməçi, publisist, tərəqqipərvər müəllim, "Kəşkül" qəzetinin redaktoru (1883–1891). == Həyatı == Cəlalələddin (Cəlal) Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı.C.Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşmüşdü. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, "Kəşkül" adlı jurnal çıxarmaq istədiyini bildirmişdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı. Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi.
Kyell Abell
Kyell Abell (dan. Kjeld Abell; 25 avqust 1901[…] – 5 mart 1961[…], Kopenhagen) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı. == Həyatı == Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur. == İstinadlar == == Əlavə ədəbiyyat == The Cambridge Guide to Theatre. / ed. by Martin Banham. — Cambridge University Press, 1992.
Geocell
Geocell — Gürcüstanın öndə gedən telekommunikasiya şirkətidir. Geocell Teliasonera şirkəti ilə üzvdür. == Xarici keçidlər == Rəsmi saytı.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Cela
Cela (it. Gela) — İtaliyada, Siciliya muxtar vilayətinin cənubi-şərqində yerləşən şəhər. == Xarici linklər == (en) Piccolo, Salvatore. Gela. Ancient History Encyclopedia. December 20, 2017.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
C shell
C shell (csh və ya inkişaf etdirilmiş versiyası tcsh) — Bill Joy tərəfindən Kaliforniya Berkli Universitetində oxuyarkən yaradılmış, Unix shelldir. C shell istifadəçi tərəfindən daxilən edilən komandları emal edir. C shell komandaları fayldan da oxuyub, icra edə bilir.