1. is. Tələsmə, bir işi teztələsik görməyə çalışma, səbirsizlik göstərmə.
□ Əcələ etmək – tələsmək.
Arıq atlı konka stansiyaya yaxınlaşmışdı, o minmək üçün əcələ edərkən ağır bir qol çiynindən yapışdı.
[Səfərəli:] Rica edirəm, əcələ ediniz.
2. zərf və sif. Tələsik, cəld, tez-tələsik.
…Bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq.
[Roza:] Neçin? Əcələ bir işinizmi var?
□ Əcələ ilə – tələsik, sürətlə, tez, cəld.
[Gülçöhrə:] Görürsən, mənim başıma nə işlər gətirirlər?… Mümkün var isə, gəl tez qaçaq (əcələ ilə dartınır).
Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər.