ƏMƏLLİ

sif.zərf Yaxşı, layiqli, ləyaqətli. Əməlli hədiyyə. Əməlli işləmək.
[Mozalanbəy:] Ancaq “Molla Nəsrəddin” qəzetinin yazısını gözüm əməlli seçmir. Ə.Haqverdiyev.
[Əcəb xalanın] nə gözü yaxşı görürdü, nə də qulağı əməlli eşidirdi. S.Hüseyn.

// Qaneedici, təminedici, məmnunedici, məqbul. Ondan əməlli bir cavab ala bilmədik.
[Səftərqulu:] Yoxsa yenə içmisən, a gedə? Əməlli danış, elə iş ola bilməz! N.Vəzirov.
[Yusif:] Və bir elə ittifaq düşməyib ki, mən [Şamdan bəyi] əməlli tanıyam. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏMƏLLİ layiqli — ləyaqətli
ƏMƏLİYYAT
ƏMƏLLİ-BAŞLI

Digər lüğətlərdə