Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhlət
Əhlət (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Şaleat", suriyanlar "Kelat", ərəblər isə "Hilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Həlimət Məmmədova
Məmmədova Həlimət Məhəmməd qızı — Azərbaycan aktrisası. == Həyatı == Həlimət Məmmədova 27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1982-ci ildən Azərbaycan Dövlət Muğam Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan muğam tamaşalarında – "İsgəndərnamə"də Nüşabə, "Dədə Qorqud"da Burla Xatun, "Qarabağ" musiqili tamaşasında ana, Mikayıl Müşviqə həsr olunmuş tamaşada Dilbər, "Məhəbbət hekayəti"ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən "Zabul segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah" muğam tamaşalarında baş rollarda iştirak edib. 2002-ci ildə yaranmış "Savalan" qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərir. Qrupla bərabər Türkiyədə, Hollandiyada, Pakistanda, Amerikada keçirilən mistik musiqi festivallarında uğurla Azərbaycanı təmsil edib. Yuğ Teatrında "Üz tuturam Tanrıya" (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin "Olsun" (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin "Qapı" poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, "Biz ölən deyilik" kompozisiyası hazırlanıb.
Əhyət Mirzəyev
Əliyev
Əliyev — Azərbaycanda daha çox işlədilən soyad. === A === Adil ƏliyevAdil Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Adil Əliyev (zooloq) — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. Adil Əliyev (geoloq) — professor, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı.Aqil Əliyev — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. Arif Əliyev — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis. === B === Baba ƏliyevBaba Əliyev (rəssam) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982). Baba Əliyev (repressiya qurbanı) — Az.ÇK sədri .Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri.Bəhmən Əliyev — animator, rejissor, ssenari müəllifi. === C === Camaləddin Əliyev — qapıçı === E === Ehtiram Əliyev (d. 1972) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur ƏliyevElnur Əliyev (mayor) (1976—2016) — mayor, Aprel döyüşlərinin şəhidi.
Ölkələrin əhaliyə görə sıralanması
Bu, əhalisinə görə ölkələrin siyahısıdır. == Ölkələrin əhalisinə görə sıralanması == Qeyd: Bütün asılı ərazilər italiklə göstərilmişdir.
Mən Əliyəm (film, 2014)
Oscar mükafatlı Searching for Sugarmanın prodüserlərindən Məhəmməd Əlinin daha əvvəl nəşr olunmamış səsli gündəliklərindən, müxtəlif reportajlarından və ailəsi və yoldaşlarıyla olan xatirələrindən yığılan yeni bir sənədli.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sent-Heliyer
Sent Helier (bəzən Sent-Helyer deyə qeyd olunur; ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.) — şəhər və liman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri. Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir. Ərazisi — 10,6 кm².
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət,həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
Ermənilərin türk əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Əhlət ağacı (film, 2018)
Əhlət ağacı — Nuri Bilgə Ceylanın 2018-ci ildə çəkdiyi türk dram filmidir. Nuri Bilgə Ceylan filmin ssenarisini yoldaşı Ebru Ceylan və Akın Aksu ilə birlikdə yazdı. Film ilk dəfə 71-ci Kann Film Festivalında göstərildi. == Məzmun == Film doğulduğu qəsəbəyə dönüb yazdığı kitabı çap etdirmək üçün lazım olan pulu toplamağa çalışan və atasının borclarıyla qarşılaşan bir gəncin həyat hekayəsindən bəhs edir. Filmin adı ilk dəfə 2016-cı il sentyabrın axırlarında elan edildi. Filmin rejissoru Nuri Ceylan yeni filmi haqqında "Arte France Cinema"ya müsahibəsində demişdi: "İstəsək də, istəməsək də atamızdan müəyyən xüsusiyyətlər miras alırıq. Məsələn, onların zəifliklərini, vərdişlərini, davranışlarını və daha çoxunu. Hekayə bir oğulun istəməsə də, atasının taleyinə bənzər bir yola girməsini bir sürü acı təcrübə ilə anladır." Arte France Cinema filmə maddi dəstək verdi.Əhlət ağacı filmi Mədəniyyət və Turizm Nazirliyindən 2 milyon lirəlik yardım almasıyla nazirlik tərəfindən ən çox dəstək verilən film oldu.Filmin çəkilişlərinə 2016-cı ilin sentyabrında Çanaqqalanın Çan ilçəsində başlanmış, Çandakı çəkilişlər tamamlandıqdan sonra Torhəsən kəndi, Asmalı kəndi və Çanaqqalanın mərkəzində davam edilmişdir. Çəkilişlər 3.5 ay davam etdi.
Abbas Əliyev
Abbas Salam oğlu Əliyev (9 yanvar 1988, Ramana – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbas Əliyev 1988-ci il yanvarın 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olub. 1992–2003-cü illərdə R. Zorge adına 90 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbas Əliyev noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Abbas Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Adallo Əliyev
Adallo Əliyev (avar. Гӏалиязул Гӏадалло Мухӏаммадил вас; 15 fevral 1932 – 30 avqust 2015, Mahaçqala) — Avar şairi, yazıçı, publisist, Şamil Basayevin İçkeriya və Dağıstan xalqları qurultayında müavinlərindən biri. == Bioqrafiya == Avar şeirinin klassiki və Dağıstanda mövcud siyasi sistemin ən sərt tənqidçilərindən biri, dağıstanlıların millətçilikdən və İslamdan kənarlaşdırılması istiqamətində bir kurs aparan şəxs. Kaxib orta məktəbini bitirdikdən sonra (1949) Dağıstan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olur. Doğulduğu kənddə ibtidai sinif müəllimi işləyir. O, ağır bədən xəsarəti yerinə yetirmək ittihamı ilə 5 il həbs cəzasına məhkum edilir. Amnistiya ilə (Stalinin ölümü ilə əlaqədar) tezliklə sərbəst buraxılır. Məktəb yaşında şeir yazır və dərc olunmağa başlayır. Respublika "Baqlarab bayrax" ("Qırmızı Bayraq") qəzetində işləməyə dəvət edilir. 1957-ci ildə Maksim Qorki adın Ədəbiyyat İnstitutuna daxil olur.
Adil Əliyev
Adil Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Adil Əliyev (zooloq) — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru. Adil Əliyev (geoloq) — professor, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı.
Adəm Əliyev
Adəm İlqar oğlu Əliyev (19 noyabr 2000, Ağdam rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailəsi ilə birgə Kürdəmirə köçüb. Tofiq İsmayılov adına 1-saylı tam orta məktəbdə təhsil alıb. Kinqboks və karate ilə məşğul olub. 2019-cu ildə Bakıda əczaçılıq kursunu bitirib. == Hərbi xidməti == Adəm Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Gəncədə yerləşən "N"-saylı hərbi hissədə sonra isə Daşkəsəndə xidmət edib. Hərbi xidməti bitdikdən sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Adəm Əliyev 2020-ci ilin avqust ayından Daşkəsən rayonu Xoşbulaq kəndindəki "N"-saylı hərbi hissədə MAHXHQ kimi xidmətə davam edib.
Aleksandr Əliyev
Aleksandr Əliyev () — çeçen köklü ukraynalı futbolçu.
Alı Əliyev
Alı Allahverən oğlu Əliyev (1922, İkinci Şıxlı – 1998, Bakı) — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. == Həyatı və elmi fəaliyyəti == Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov. İKP MK nəzdində olan olan İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmiş, namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.
Amid Əliyev
Amid İbrahim oğlu Əliyev (3 dekabr 1999, Çaylı, Biləsuvar rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Arzu Əliyev
Əliyev Arzu Yaqub oğlu — Qarabağ müharibəsi şəhidi, ilk Oğuz şəhidi. == Həyatı == Əliyev Arzu Yaqub oğlu 1963-cü ilin avqust ayında Oğuz rayonu Padar (Oğuz) kəndində anadan olub. 1980-ci ildə həmin kəndin orta məktəbini bitirib, Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Əvvəlcə Sumqayıtda, sonra Şəkidə xidmət edib. 1990-cı ilin dekabrında Şəki daxili işlər şöbəsinin bir qrup əməkdaşı ilə birlikdə düşmən hücumunun qarşısının alınması məqsədilə döyüşlərə qatılıb15 dekabr 1990-cı ildə Əsgəran rayonunun Cəmilli kəndi ətrafında baş vermiş döyüşlərdə şəhid olub. == Təltifləri == Oğuz rayonu Padar (Oğuz) kəndi tam orta məktəbi Arzu Əliyev adını daşıyır.
Atəm Əliyev
Atəm Vaqif oğlu Əliyev (16 dekabr 1982, Abad, Ağdaş rayonu – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Atəm Əliyev 1982-ci il dekabrın 16-da Ağdaş rayonunun Abad kəndində anadan olub. Ailəli idi. 1989-1996-cı illərdə Abad kənd tam orta məktəbində, 1996-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Atəm Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Atəm Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 24-də Ağdaş rayonunun Abad kəndində dəfn olunub.
Aydın Əliyev
Aydın Əliyev (aktyor) — Azərbaycan aktyoru. Aydın Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi. Aydın Əliyev (general-polkovnik) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri.
Aypara Əliyev
Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 1959 – 25 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, qiyamçı Surət Hüseynovun mətbuat katibi və köməkçisi. == Həyatı == Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır.Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş. Bəzi mənbələrə görə, Əliyev işgəncələr nəticəsində həlak olmuşdur.
Ağa Əliyev
Ağaqurban Əliyev, Ağa Qurban oğlu Əliyev (1911 Göyçay-1997 Bakı) — xalq arasında Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Ağa Əliyev 1911-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, neft və qaz yataqları geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı Kaqanoviç NMİ-yə verilmiş və tezliklə baş geoloq vəzifəsinə təyin olunmuşdur. 1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə tapşırılmışdır. Onun apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Ağa Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan Neft Daşları, Gürgən-dəniz, Qum adası, Bahar və başqalarını göstərmək olar. Küryanı vilayətində isə Kürovdağ, Mişovdağ, Qalmas, Qarabağlı, Kürsəngə, Kəlaməddin və Abşeron yarımadasında Şabandaq, Qaradağ, Qaraçuxur neft və qaz yataqları kimi 20-yə yaxın zəngin neft və qaz yataqları açılmışdır. Neft Daşlarının kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca Günəşli, Çıraq, Azəri, Kəpəz kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur. Ağa Əliyev neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənmişdir.
Ağadadaş Əliyev
Ağadadaş Əliyev — Azərbaycan kimyaçısı, texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Ağadadaş Əliyev 1963-cü ildə Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsini bitirmiş, 1969-cu ildə namizədlik, 1985-ci ildə isə "Qeyri stasionar katalitik proseslərin modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor A.Əliyev kimyəvi kinetika və kataliz, kimya texnologiyasının proses və aparatları ixtisasları üzrə görkəmli alimdir. Professor A.Əliyevin elmi-tədqiqat işləri 678-ə qədər elmi əsərdə, o cümlədən 60 müəlliflik şəhadətnaməsində və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 45 fəlsəfə doktoru,4 elmlər doktoru hazırlanmışdır. Azərbaycan AMEA-nın həqiqi üzvüdür. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Qeyri–stasionar aktivliyə malik katalizatorların iştirakı ilə gedən proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və optimal layihələşdirilməsinin nəzəri əsasları yaradılmışdır. Alifatik spirtlərin, kiçik molekula çəkili olefin və parafin karbohidrogenlərin məqsədyönlü selektiv oksidləşməsi reaksiyaları üçün metalseolit katalizatorlarının seçilməsinin elmi əsasları işlənib hazırlanmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı-678 dir. Onlardan bəziləri: A.M.Aliyev, Z.A.Shabanova, U.M.Najaf-Guliyev.
Ağayusif Əliyev
Ağayusif Mübariz oğlu Əliyev (1 sentyabr 1992, Bağban, Ucar rayonu – 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Hadrutun azad edilməsində vuruşmuşdur. Ağayusif Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağayusif Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Baba Əliyev
Baba Əliyev (rəssam) — Azərbaycanın xalq rəssamı. Baba Əliyev (inqilabçı) — Az.ÇK sədri .Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. Baba Əliyev (icra başçısı) — Babək rayonu İcra hakimiyyətinin başçısı.
Babək Əliyev
Babək Əsgər oğlu Əliyev (1 oktyabr 1997; Ləkətağ, Culfa rayonu, Naxçıvan MR, Azərbaycan – 5 avqust 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi iştirakçısı. == Həyatı == Babək Əliyev 1997-ci il oktyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində anadan olmuşdu. O, 2016-cı ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi yüksək qiymətlərlə bitirərək həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Ali Hərbi məktəbdə oxuduğu illərdə hərb sənətinə daha dərindən yiyələnən Babək Əliyev nümunəvi kursant kimi “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif olunmuşdu. O üç bacının tək qardaşı və nişanlı idi. 2020-ci ildə Ali Hərbi Məktəbi başa vuran Babək leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən “N” hərbi hissədə xidmətə başlamışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytinantı olan Babək Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir. Vətən müharibəsində iştirakına görə Babək Əliyev baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi. Vətən müharibəsindən sonra 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərir.
Bahadur Əliyev
Bahadur Atabala oğlu Əliyev (24 fevral 1933, Sığıncaq, Masallı rayonu – 16 sentyabr 2002, Sumqayıt) — Azərbaycan aktyoru. == Həyatı == Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 2002-ci il sentyabrın 16-da günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir. == Filmoqrafiya == Alıcının sərgüzəşti (film, 1976) Arzu (film, 1972) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - rol: Eyvaz Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bakıda küləklər əsir (film, 1974) Bəyin oğurlanması (film, 1985) Bir cənub şəhərində (film, 1969) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Bizim küçənin oğlanları (film, 1973) Böyük dayaq (film, 1962) Buyruq və quyruq (film, 1972) Çarə (film, 1981) Cazibə qüvvəsi (film, 1964) Zirvə (film, 1964) Dağlarda döyüş (film, 1967) Dairə (film, 1985) Dərviş Parisi partladır (film, 1976) Əla kəsici (film, 1975) Əmək və qızılgül (film, 1962) Ən vacib müsahibə (film, 1971) Əsl dost (film, 1959) Evlənmək istəyirəm (film, 1983) Firəngiz (film, 1975) General (film, 1970) Gözbağlıcılar (film, 1973) Gözlə məni (film, 1980) Həyat bizi sınayır (film, 1972) İşgüzar səfər (film, 1982) İstintaq davam edir (film, 1966) İyirmialtılar (film, 1966) Jonqlyor (film, 1986) Kontor (film, 1978) Kölgələr sürünür (film, 1958) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qəribə əhvalat (film, 1960) Qoy dolanaq... (film, 1972) Leylək gözləyir (film, 1977) Maqarıç (film, 1973) Mən ki gözəl deyildim (film, 1968) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Möcüzələr adası (film, 1963) Mühazirə (film, 1986) Nizami (film, 1982) O qızı tapın (film, 1970) Ömrün ilk saatı (film, 1973) Onu bağışlamaq olarmı? (film, 1959) Onun böyük ürəyi (film, 1958) Özgə ömür (film, 1987) Rəqiblər Romeo mənim qonşumdur (film, 1963) Səhər (film, 1960) Sehrli xalat (film, 1964) Səmt küləyi (film, 1973) Şerəli və Aybərçin (film, 1989) Şir evdən getdi (film, 1977) Sevinc buxtası (film, 1977) Sizi dünyalar qədər sevirdim (film, 1985) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Skripkanın Sərgüzəşti (1972) Telefonçu qız (film, 1962) Təxribat (film, 1989) Torpaq. Dəniz. Od.
Bayram Əliyev
Bayram Əliyev (tam adı: Bayram Mədət oğlu Əliyev; 7 iyul 1950, Qızıldaş – 19 yanvar 1990, Bakı) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1950-ci il iyulun 7-də Ermənistan SSR Kalinino rayonunun Qızıldaş kəndində anadan olub. İlməzli orda kənd məktəbini, ardınca isə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. 2 nömrəli evtikmə kombinatında icraçı işləyib. Ailəli idi. 1990-cı ildə ata və anası təqaüdçü idi. == Qanlı Yanvar faciəsi == Necə və harada şəhid olması məlum deyil. Valideynləri Bayramı ölüxanadan tapmışdılar. Diaqnoz: döş qəfəsinin küt alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara.Yanvarın 21-də "Volçi vorot" (Qurd qapısı) qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, Xutor, 7-ci cərgə, ev 18a.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımı
Şərqi Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı qırğınları – erməni-daşnak silahlı quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar. == Tarixi == Birinci dünya müharibəsi (1914-1918) illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı çoxdan hazırlıq gördükləri Zeytun bölgəsində oldu. Onlar Türkiyədə hərbi səfərbərliyə qarşı çıxır, qeydiyyat üçün səfərbərlik məntəqələrinə gedən müsəlmanları qətlə yetirir, qarət edirdilər. Zeytundakı erməni "Hnçaq" komitəsinin yığıncağında "ingilislər İsgəndəruna çıxacaqları üçün Adana, Maraş işğal olununcaya qədər üsyanlarla səfərbərliyə mane olmaq, ingilislərin hərəkatını dəstəkləmək, jandarmaların silah və cəbhəxanalarını ələ keçirmək, hökumət məmurlarını və ailə üzvlərini öldürmək, teleqraf tellərini kəsmək" tövsiyə olunmuşdu. 1915-ci ilin fevralında hərəkətə başlayan 800 nəfərlik erməni quldur dəstəsi Maraşın teleqraf xəttini kəsmiş, hərbi qışlaya basqın etmiş və Təkkə monastırına sığınmış – 304 Şəmsəddin Məhəmməd Sahib-Divandı. 25 jandarma həlak olmuş, 34-ü yaralanmışdı. Bundan əlavə, Maraşın müxtəlif yerlərində çoxlu müsəlman öldürülmüşdü. Bölgədən orduya çağırılan ermənilərin hamısı fərarilik etmişdi. 1915 il fevralın 24-də Rusiyanın İngiltərədəki səfiri İngiltərə Xarici İşlər Nazirliyinə gedərək, zeytunlu bir erməninin Qafqaz canişini knyaz Voronsov-Daşkova müraciət edərək, türk ordularının əlaqə yollarını kəsmək üçün ermənilərin 15 minlik bir qüvvə topladıqlarını, ancaq silah və sursatın olmadığını söylədiyini bildirmişdi. İngilis və fransızların Antakya limanı vasitəsiylə yardım göndərə biləcəyi güman edilirdi.
Zəngəzur qəzasında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920).
ZƏNGƏZUR QIRĞINLARI (1918–20) — erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları. == Soyqırımları təsdiq edən arxiv materialları == Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir. == Türk-müsəlman əhaliyə qarşı erməni soyqırımları == 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 99.073), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi. Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi.
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1977–1983-cü illərdə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.Fəxri ad Azərbaycanın kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sistemi müəssisələrinin və birliklərinin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının bu sahədə azı 15 il işləmiş, istehsal tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsində, yeni xidmət növlərinin, əhaliyə xidmətin mütərəqqi forma və metodlarının tətbiq edilməsində xüsusilə fərqlənmiş, habelə yüksək ixtisaslı kadrlar hazırlanması işində böyük xidmətləri olan yüksək ixtisaslı işçilərə verilirdi.26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı təsis edilmişdir.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi."Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur.5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мәнзил-коммунал тәсәррүфаты вә әһалијә мәишәт хидмәти ишчиси) — Azərbaycan SSR-də mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.Fəxri ad mənzil-kommunal təsərrüfatı və məişət xidməti sistemi müəssisələrinin, birlik və idarələrinin, elmi-tədqiqat və digər təşkilatlarının bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə verilirdi."Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adı ləğv olunmuşdur.5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçisi" adı ilə verilmişdir.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==