Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əli Bayramlı
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. == Tarixi == Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Əli Bayramlı (1971)
Əli Bayramlı (Kəlbəcər)
Mollabayramlı (Əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mollabayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Əli Bayramlı kəndi Zar kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əli Bayramlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 25-də işğaldan azad olunub. == Tarixi == Kənd sovet vaxtı Zar inzibati ərazi vahidində olmuşdur və inqilabçı Əli Bayramovun adı ilə Əli Bayramlı adlandırılmışdır. Sonralar tarixi adı bərpa edilmişdir və Mollabayramlı adlandırılmışdır. Kənd Bayram adlı bir dini təhsilli şəxsin şərəfinə belə adlanır. (Qarabağ xanı Mehdiqulu xanla birlikdə İranın Qum şəhərində dini təhsil almışdır (1822-dən sonra), rayonun təhsilli din xadimlərindən biri olmuşdur). Kəndin sakinləri bu kəndin cənubunda yerləşən qayaların altında yaşayırmışlar — Sərimsaxlı Qaraarxac çayının sahilində "Köhnə kənd" deyilən ərazidə yaşamışlar). Bu qayaların uçub-dağılmaq qorxusu var imiş.
Əli Bayramlı (Samux)
Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır. == Toponimikası == Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır; == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır. == Əhalisi == Əhalisinin sayı 1100 nəfərdir. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.
Əli Bayramlı (Zaqatala)
Dağlı (əvvəlki adı:Əli Bayramlı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Əzgilli, Qalal və Qarqay, Qass kəndləri ilə birlikdə Dağlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == 29 may 2015-ci ildə Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılmış və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Gürcüstanla sərhəddə yerləşir. Ərazisinin tam hissəsi düzən ərazidə yerləşir. Qismən düzən meşəliklə əhatə olunub. Yay aylarında havanın temperaturu 40–50 C-ə qədər artır. == Əhalisi == Əhalisi 3001 nəfərdir (2012) Kənd əhalisini əsasən saxurlar və digər millətlər təşkil edir. Əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Bundan başqa arıçılıq və tütünçülük sahələri də qismən inkişaf edib.
Əli Bayramlı (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Əli Bayramlı — Azərbaycanın Şirvan şəhərinin keçmiş adı. Əli Bayramlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Əli Bayramlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Əli Bayramlı (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Yeni Əlibayramlı — Azərbaycanın Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Filmlər Əli Bayramlı (film, 1966) — "Respublikamızın şəhərləri" seriyasından olan bu film energetiklər şəhəri Əli Bayramlının dünənindən, bu günündən və sabahından bəhs edir. Əli Bayramlı (film, 1971)(I) — Əli Bayramlı İstilik-Elektrik stansiyasının fəaliyyətindən bəhs edən film Əli Bayramlı (film, 1971)(II) — "Respublikamızın Şəhərləri" silsiləsindən olan bu film yeni sənaye şəhəri Əli Bayramlıya həsr edilmişdir. Digər Energetik Əli-Bayramlı FK — Futbol klubu.
Əli Bayramlı rayonu
Əli Bayramlı rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1930–1963-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Əli Bayramlı şəhəri olmuşdur. == Tarixi == Əli Bayramlı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 24 yanvar 1939-cu il tarixində Əli Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. Əli Bayramlı rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir. 4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş, ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir. 1961-cı il tarixli məlumata görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə (Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür, Kalinov, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər, Udullu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur. Əli Bayramlı rayonu 4 yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür. == Əhali == 1939-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 34.734 nəfər olmuşdur. Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi olmuşdur.
Əli Bayramlı şəhəri
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. == Tarixi == Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Bayramlı
Kəndlər və qəsəbələr Bayramlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bayramlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Bayramlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Bayramlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Bayramlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Bayramlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bayramlı (Şirvan) — Azərbaycanın Şirvan şəhərində qəsəbə.
Energetik Əli-Bayramlı FK
"Energetik" futbol klubu — və ya digər adı ilə Energetik Əli Bayramlı Futbol Klubu 1980-ci ildə Əli Bayramlıda (indiki Şirvan) yaranmış Azərbaycan futbol klubudur. 1980-ci ildə çempionluq və kubok qazanmış klub, 1997-ci ildə maliyyə problemləri səbəbiylə fəaliyyətini dayandırmış 2023-cü ildə fəaliyyətini bərpa etmişdir == Tarixi == Azərbaycanda indiyə qədər bir çox klub fəaliyyətini dayandırıb. Onlardan biri 1980-ci ildə Azərbaycan çempionu olmuş keçmiş Əli-Bayramlı, indiki Şirvan şəhərinin "Energetik" klubudur. Azərbaycan çempionatında iştirak edəndə, Azərbaycan Elektrik Stansiyası klubdakı bütün futbolçuları işə götürmüşdü. Onlar üçün güzəştə gedərək işdən azad edib, məşqlərə, oyunlara yollanmalarına icazə verirdilər. Maliyyə problemlərinin də olmaması səbəbi ilə çıxdığı ilk mövsümdəcə çempionluğu aldı "Energetik". 1980-cı ildə Azərbaycan çempionluğunu, daha sonra kuboku qazandı. Bununlada o ərazidə futbola maraq daha da artmağa başladı. 1992-ci ildə ilk Azərbaycan çempionatında Energetik klubu da iştirak etdi. İlk milli çempionatın başlamasından sonra klub Azərbaycanın əsas liqasında yüksək nəticə göstərdi.
Əli Bayramlı Pedaqoji Texnikumu
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır. 9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış, 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Neft-qaz işi.
Əli Bayramlı (film, 1971)(I)
Əli Bayramlı (film, 1971)(II)
Bayramlı (Bərdə)
Bayramlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər inzibati ərazi vahidində kənd. Əhalisi 150 (2009) nəfərdir. == Tarixi == Qarabağ düzündədir. Keçmişdə Bayramuşağı adlanan bu kənd otuzikilər tayfasının bayramuşağı oymağının burada məskunlaşması nəticəsində yaranmışdır.
Bayramlı (Tovuz)
Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir. == Əhalisi == === Şəhidləri === Yusifov Mehman Musa oğlu (1979–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Bayramlı (Şirvan)
Bayramlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılmış və şəhərin ərazi vahidləri siyahısına daxil edilmişdir. Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir. == Tarixi == Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı 2010-cu ilin mayında Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artmışdır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalmışdır.
Bayramlı (Şəmkir)
Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var. Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir.
Bayramlı bələdiyyəsi
Bayramlı bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Bayramlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə. Bayramlı bələdiyyəsi (Tovuz) — Tovuz rayonunda bələdiyyə.
Cavid Bayramlı
Cavid Əhliman oğlu Bayramlı (10 iyun 1994; Şahbuz rayonu, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Vətən müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olmuşdur. Nuray Bayramlı ilə ailəli idi, 1 övladı yadigar qaldı. Ali hərbi təhsil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında "leytenant" olaraq xidmətə başlamışdır. Qısa zamanda "kapitan" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Cavid Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibə bitdikdən sonra o, xidmətinə davam etmiş və iştirakına görə təltif edilmişdir. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmar Bayramlı
Elmar İsa oğlu Bayramlı (2 sentyabr 1998; Qazax rayonu, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Bayramlı 1998-ci il sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Elmar Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Bayramlı sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.11.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Bayramlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Bayramlı
Gözəl Bayramlı
Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus. == Həyatı == Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub. == Fəaliyyəti == Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi. 15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir. === Həbs edilməsi === Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.
Nadir Bayramlı
Nadir Bayramlı (Bayramlı Nadir Qaçay oğlu; d. 1962, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Nadir Bayramlı 1962-ci ildə 26 dekabr tarixində Azərbaycan respublikası, Füzuli rayonunun Qaraxanbəyli kəndində musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq yaşlarından musiqiyə olan həvəsi onu bu sənəti seçməyə istiqamətləndirdi. Artıq on iki, on üç yaşlarında özfəaliyyət səviyyısində bir sıra tədbirlərdə çıxış etmişdir. 1978-ci ildə artıq 16 yaşında ikən Nadir bəy Füzuli şəhərinə köçmüş və uzun müddət burada yaşamışdır. Füzulidə yaşadığı müddətdə bir sıra tanınmış sənət adamları ilə - xanəndələrlə tanış olaraq sənətin sirrlərini onlardan öyrənmişdir. 1981-ci ildə 19 yaşında hərbi xidmətə yola düşmüş 21 yaşında hərbi xidməti bitirib 1984 cü ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər musiqi texmikumunun solo oxuma-xanəndəlik sinfinə qəbul olmuşdur. 1988 - ci ildə təhsilini bitirdikdən sonra, Füzuli şəhər musiqi məktəbində muğam muəllimi kimi fəaliyyətə başlamışdır. 1990-ci ildə Bakı şəhərindən bir sıra görkəli xanəndələr və musiqiçilər tərəfindən dəvət alaraq Bakıya köçmüş və bundan sonrakı, sənət fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.
Ramin Bayramlı
Ramin Baba oğlu Bayramlı (20 noyabr 1979, Toxluca, Krasnoselsk rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İdarə Heyətinin sədri (2 dekabr 2019-cu il — 12 sentyabr 2021-ci il), Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının müəllimidir (3 fevral 2023-cü ildən). == Həyatı == Ramin Bayramlı 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib. Ailəlidir, 4 övladı var. == Əmək fəaliyyəti == 2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib. 2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb. 2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və Klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub.
Samir Bayramlı
Samir Bayramlı Musa oğlu - Azərbaycanlı aparıcı. == Həyatı == 17 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. == Fəaliyyəti == Professional televiziya fəaliyyətinə 2005-ci ildə başlayıb. İlk olaraq müxbir-aparıcı kimi, daha sonralar isə səhər verilişlərinin şəxsi rubrikalarının müəllifi və aparıcısı olan Samir 2007-2010-cu illərdə Azad Azərbaycan TVdə "Bizdən Sizə" adlı verilişin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə eyni zamanda dövrünün ən məşhur müsiqi yarışması olan "Yeni Ulduz"un aparıcısı olub. 2010-2011-ci illərdə Röya və Zamiq Hüseynovun iştirakı ilə "Doğma Diyar" layihəsinin aparıcısı kimi bütün Azərbaycanı dolaşıb. Bu layihədən sonra Azad Azərbaycan TVdə "Sən də Oyna" adlı məşhurların yarışdığı əyləncəli realiti verilişin aparıcısı olur. 2013-cü ildə dünyada ilk dəfə keçirilən 2013 Türkviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı proqramı üzrə aparıcı və Azərbaycan nümayəndə heyətinin rəsmi üzvü kimi çıxış edir. 2014-cü ildə yenə Azad Azərbaycan TVdə "Toydan Əvvəl"in aparıcısı olub.
Bayraklı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Bayramalı
Bayramalı — Türkmənistan Respublikasının Marı vilayətində etrap hüquqlu şəhər.
Bayraqlı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Əli Bayramov
Əli Bayramov (inqilabçı) (1889—1920) — Azərbaycan sosialisti. Əli Bayramov (sədr) (d. 1959) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri. Əli Bayramov (əsgər) (1999—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Bayram Bayramov
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd[d], Gəncə quberniyası – 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). == Həyatı == Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N. K. Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Əli Bayramov (inqilabçı)
Əli Bayram oğlu Bayramov (1889, Lahıc, Şamaxı qəzası – 23 mart 1920) — Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda fəal mübarizə aparmış siyasi xadim. == Həyatı == Bayramov Əli Bayram oğlu 1889-cu ildə Şamaxı qəzasının Lahıc kəndində anadan olmuşdur. 1912-ci ildə Bakı gəmiçilik məktəbini bitirmişdir. 1920-ci il aprelin 7-də öldürülmüşdür. Birinci Fəxri Xiyabanda dəfn olunub. == Ailəsi == Əli Bayramov Ceyran xanımla ailə həyatı qurur. İki övladı doğulur. Sonralar Əli Bayramovun qətlini əlində bayraq eləyən bolşeviklər az sonra onun yoldaşı Ceyran Bayramovanı Sibirə sürgün edirlər. İki övladı Ukraynaya gedib çıxır. Sürgündən geri dönən Ceyran xanım ailəvi dostluq etdikləri Ağabala Yusifzadənin oğlu Məmmədağanın köməkliyi ilə övladlarının yerini öyrənir və onları Azərbaycana qaytarır.
Əli Bayramov (sahibkar)
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri (2007–2014). == Həyatı == Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur. Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir. 1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur. 2007-ci ildən Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur. Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib. == Ailəsi == Ailəlidir, üç övladı var.
Əli Bayramov (sədr)
Bayramov Əli Məhəmməd oğlu (1959, Şişqaya, Basarkeçər rayonu) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri (2007–2014). == Həyatı == Əli Bayramov 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində аnаdаn оlmuşdur. Dоğmа Şişqаyа kənd оrtа məktəbini bitirmiş və təhsilini dаvаm еtdirmək üçün Bаkı şəhərinə gəlmişdir. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə iqtisadçı ixtisasını bitirmişdir. 1984-cü ildən Dövlət Maddi Texniki Təchizat Komitəsində (Material Ehtiyatları Nazirliyi) müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildə 1 saylı Bakı Şərab Zavoduna direktor təyin olunmuşdur. 2007-ci ildən Əli Bayramov Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışmış və 21 may 2014-cü ildə vəzifəsindən azad olunmuşdur. Əli Bayramov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında İsmət Abasov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. Tədbirdən sonra Əli Bayramov anadan olduğu Şişqaya kəndinə gedib. == Ailəsi == Ailəlidir, üç övladı var.
Əli Bayramov (əsgər)
Əli Nadir oğlu Bayramov (24 mart 1999, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Bayramov 24 mart 1999-cu ildə Binəqədi rayonunda anadan olmuşdur. 2006-2016-cı illərdə Binəqədi rayon 179 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əli Bayramov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Əli Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Bayramov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 oktyabr 2020-ci ildə Binəqədi rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bayram Bayramov (Kəşfiyyatçı)
Bayram Bayramov (Bayram Sabir oğlu Bayramov; 1 yanvar 1968, Göyçə gölü hövzəsi[d] – 28 aprel 2014, Tümen vilayəti) — Azərbaycan kəşfiyyatçısı, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri. == Həyatı == Bayram Bayramov 1968-ci il yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur. 1986-cı ildə sovet ordusu sıralarına çağırılmış, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub H.Z.Tağıyev qəsəbəsində yerləşdirilmişdir). Ali təhsilini başa vurmaq üçün Minskə gedən B.Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir. 1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir. 1994-cü il mayın 8-də Azərbaycan-Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür. 2014-cü il aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur. == Ailəsi == Ailəli olan Bayram Bayramovun bir övladı var. == Döyüş yolu == Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir.
Bayram Bayramov (yazıçı)
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd[d], Gəncə quberniyası – 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). == Həyatı == Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N. K. Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Bayram Bayramov (dəqiqləşdirmə)
Bayram Bayramov — nasir, Azərbaycan xalq yazıçısı (1984). Bayram Bayramov (kəşfiyyatçı) — kəşfiyyatçı.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.