əhli-elm 2021

əhli-elm
əhli-dünya 2021
əhli-eşq
OBASTAN VİKİ
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Elm
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. 1907-ci ildə yaradılıb.
Elektron elm
Elektron elm — elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya kommunikasiya infrastrukturuna malik, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini nəzərdə tutan konsepsiyadır. Elmi fəaliyyət zamanı şəbəkə vasitəsilə çoxlu sayda məlumatları əldə etmək, yadda saxlamaq, emal etmək (yəni hesablamaq, məntiqi nəticə çıxarmaq, mülahizə irəli sürmək, analiz və sintez etmək, dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə, çap etmək, vizuallaşdırmaq, ötürmək və s. tələb olunur. Bütün bunları yerinə yetirmək üçün İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır. E-elmin əsasını telekommunikasiya, informasiya və hesablama resursları kimi üç əsas komponent təşkil edir. Əlaqələndirilmiş və tənzimlənən bu komponentlər birlikdə elə bir elektron infrastruktur formalaşdırır ki, nəticədə tədqiqat işinin xarakteri tamam dəyişir. Həmin infrastruktur, alimlərə onlayn rejimdə texniki resurslardan birlikdə və əlaqəli şəkildə istifadə etmək imkanı verir, hesablama resursları və verilənlər arxivi kimi əsas tədqiqat alətlərindən istifadəsini sadələşdirir. == Elektron elmin xüsusiyyətləri == elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür; ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır; elektron elmi kitabxanalar şəbəkəsi yaradılır; müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.
Elm (dəqiqləşdirmə)
Elm Elm (qəzet) Elm (nəşriyyat) — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Elm (nəşriyyat, SSRİ) — SSRİ-də nəşriyyat.
Elm (nəşriyyat)
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Elm (qəzet)
"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı. Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir. == Haqqında == Elm qəzeti 1984-cü ildə noyabrın 1-də Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb. Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır. Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Elm TV
Elm fəlsəfəsi
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. == Haqqında == 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: == Müstəqillik illərində elm == Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Elm nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. == Haqqında == Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Elm sahəsi
Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir. Elm sahəsi – bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Elm sosiologiyası
Elm sosiologiyası — elmi fəaliyyətin sosial şərtlərini müəyyənləşdirən sektoral sosioloji intizam. Elm sosiologiyası həm elmin bir ictimai institut kimi formalaşması proseslərini, həm də elmin sosial təşkilatı və sosial funksiyalarını nəzərdən keçirir. Tədqiqat qruplarının birgə fəaliyyətinin təşkili məsələlərinin öyrənilməsi mühüm rol oynayır. Elm sosiologiyasında ilk araşdırmalar 1930-cu illərdə başlamışdır. Bunların arasında Robert Mertonun (1910-2003) "XVII əsrdə İngiltərədə elm, texnika və cəmiyyət" (1938) və "Elm və ictimai prosedur" (1937) əsərləri vardır. == İstinadlar == == Ədəbiyyat == Гилберт Дж. Н., Малкей М. Открывая ящик Пандоры. Социальный анализ высказываний ученых = Opening Pandora's box: a sociological analysis of scientists' discourse. / Пер. с англ.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Rusiyada elm
Rusiyada elm — Rusiyada elm adamları tərəfindən hazırlanmış elmi istiqamətlər. Müasir elm XVIII əsrdən etibarən fəal şəkildə inkişaf etməyə başladı, o vaxtdan bəri Rusiyadan olan bir çox alim bir sıra əhəmiyyətli kəşflər etdi və dünya elminə əhəmiyyətli töhfələr verdi. Pyotr hakimiyyətindən əvvəl Rusiya nəzəri elm sahəsində Avropadan geri qaldı. Bunun səbəbi zəif mədəni əlaqələr, Bizansın kifayət qədər böyük təsiri, tərcümə edilmiş elmi əsərlərin məhdud yayılması, mədəni və sosial xüsusiyyətlərdir. İlk qədim rus riyazi əsəri 1136-cı ildə Novqorod keşişi Kirik tərəfindən yaradılmışdır. Daha sonra kosmoqrafiya, məntiq, hesab mövzusunda kitablar tərcümə edilərək paylandı. XVII əsrdə Rusiyada ilk universitetlər və özəl məktəblər meydana çıxdı: boyar F.M.Rtişev məktəbi (1648), Polotsk Simeon məktəbi (1665) və Slavyan-Yunan-Latın Akademiyası (1687). Elmdən fərqli olaraq texnologiya sahəsində Avropadan heç bir ciddi geriləmə yox idi. Elm, sosial bir qurum olaraq, Rusiyada I Pyotrun dövründə, Sibir və Amerikaya bir neçə ekspedisiya göndərdiyi zaman ortaya çıxdı, o cümlədən Vitus Bering və ilk rus tarixçi Vasili Tatişev. 1724-cü ildə bir çox məşhur Avropa alimlərinin dəvət olunduğu Sankt-Peterburq Elmlər Akademiyası açıldı.
Siyasi elm
Politologiya və ya siyasi elm — politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir. Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət.
Elm adamı
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.

Digər lüğətlərdə