BAYRAMƏLİ

bax: Bayram və Əli; şad, şən Əli.
BAYRAMALI
BAYRAMQULU
OBASTAN VİKİ
Bayraməli Abbaszadə
Abbaszadə Bayraməli Abbas oğlu (1869, Sərab, Şərqi Azərbaycan ostanı və ya Cənubi Azərbaycan – 4 iyun 1926, Bakı) — görkəmli mollanəsrəddinçi şair, "Qızıl qələmlər" ədəbi cəmiyyətinin üzvü (1919). == Həyatı == Bayraməli Abbaszadə 1869-cu ildə Cənubi Azərbaycanın Sərab mahalının Dünni kəndində rəncbər ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd mollaxanasında almış, ilk satirik şerini "Mirzə Gülzar", "Gülzari-Sərabi" imzaları ilə yazmışdır. Sərabdan Bakıya ilk gəlişi XX əsrin əvvəllərinə təsadüf edir. Burada "Qafqaz Merkurisi" körpüsündə liman fəhləsi işləmişdir. İlk publisistik yazısını "Molla Nəsrəddin" səhifələrində "Hambal" ləqəbi ilə çap etdirmişdir (1906). Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatında iştirak etmək üçün Təbrizə getmişdir. Səttar xanın məşrutə hərəkatına qoşulması onun bir şair kimi formalaşmasına ciddi təsir göstərmişdir. Təbriz dövri mətbuatında "Azərbaycan" (1906), "Əncümən" (1907), "Mücahid" (1907), "Azad" (1907), "İttihad" (1908), "Naleyi-millət" (1908), "Müsavat" (1908), "İstiqlal" (1909), "Buqələmun" (1909) və s. qəzet və jurnallarda cəsur səttarxançıları tərənnüm, məşrutə hərəkatını ləkələyən ikiüzlü, satqın, xarici və daxili düşmənləri ifşa edən şerlərini dərc etdirmişdir.
Bayraməli qışlağı
Bayraməli qışlağı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Bayraməli qışlağı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq. Bayraməli qışlağı (Gədəbəy) — Gədəbəy rayonunun Miskinli kəndinə yaxın olan yer.
Xəstə Bayraməli
Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu‎; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair. Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib. Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur. Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub.
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Bayraməliqışlağı
Bayraməli qışlağı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Bayraməli qışlağı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq. Bayraməli qışlağı (Gədəbəy) — Gədəbəy rayonunun Miskinli kəndinə yaxın olan yer.
Məryəm Bayraməlibəyova
Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri. Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü.
Məryəm xanım Bayraməlibəyova

Teymur bəy Bayraməlibəyov
Teymur Məmməd bəy oğlu Bayraməlibəyov (22 avqust 1862, Yeddioymaq, Lənkəran qəzası – 2 sentyabr 1937, Bakı) — tarixçi-etnoqraf, pedaqoq, maaarifçi. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu. Teymur bəy 1862-ci il avqustun 22-də Lənkəran qəzasının Yeddioymaq kəndində anadan olmuşdur. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra — 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir. Azərbaycanın ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir. İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210–1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir.
İlqar Bayraməliyev