Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliverdi xan
Əliverdi xan (ən geci 10 may 1671, Dekkan sultanlıqları – 9 aprel 1756, Mürşüdabad[d]) — Benqal, Biharа və Orissanın 1740–1756-cı illərdə nəvvabı. Əliverdi xanın atası Şahqulu xan Mirzə Məhəmməd Mədəni, anası nəvvab Aqil xan Avşarın qızı idi. Avşar elindən çıxmışdılar. Onun əsl adı Mirzə Məhəmmədəli idi. Ailələri şiə məzhəbində idilər. Atası Övrəngzebin oğlu Əzəmşaha xidmət edirdi. Əzəmşah qardaşlarına da orduda rütbə vermişdi. Atalarının vəfatından sonra çox kasıbladılar. Mirzə Məhəmmədəli və qardaşı Mirzə Əhməd Orissanın söbədarı Şücaəddinin yanında xidmətə daxil oldular. Şücaəddin nəvvab postunu tutandan sonra qardaşların vəziyyəti düzəldi.
Kərimabad-i Əliverdi (Qürvə)
Kərimabad-i Əliverdi (fars. كريم آباد علي وردي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 274 nəfər yaşayır (70 ailə). Əhalisini kürdlər təşkil edir.
Əliverdili (Germi)
Əliverdili (fars. علي ورديلو‎) və ya Allahverdili — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).
Ağalar bəy Əliverdibəyov
Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov (15 oktyabr 1880, Pərioğlular, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 7 iyun 1953, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqişünası. == Həyatı == Ağalar bəy Ələkbər oğlu 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu. Uşaqlığı Şuşa şəhərində keçmişdi. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanln altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Nətavanın başçılıq etdiyi "Məclisi-üns"ün yığıncaqlarında fəal iştirak edirdilər. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu. Ağalarbəy Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olub. O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə Varşava İnşaat İnstitutunu bitirmişdi.
Elman Əliverdiyev
Əliverdiyev Elman İbnyəmin oğlu — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == Elman Əliverdiyev Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsini bitirmişdir (1965). "Bakelektroştamp" zavodunda baş mühəndis müavini (1976–1982), "Azərelektromaş" istehsalat birliyinin baş mühəndisi (1982–1986) işləmişdir. 1986-cı ildən "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktorudur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə elektronika sənayesində yüksək davamlı ştampların və press qəliblərinin hazırlanması, AİR 132, AİR 200, 4AM 280, 4AM 355 tipli elektrik mühərriklərinin, emallı mis məftillərin istehsalı sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Üç ixtiranın, səmərələşdirici təklifin müəllifidir. Beş sənaye nümunəsinə, o cümlədən vibrasiya ilə işləyən nasosların konstruksiyasına görə müəlliflik şəhadətnaməsi almışdır.
Kazım Əliverdibəyov
Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı – 19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010) == Həyatı == Kazım Ağalar bəy oglu Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakıda dünyaya göz açıb.1944-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacibəyli adna Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində oxuyub. Orta təhsilini bitirdikdən sonra konservatoriyanm Xor dirijorluq fakültəsinə daxil olub. 1957-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət olunub. 1959-cu ildə ali təhsilini başa vurub. Bir il sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademiyası Opera va Balet Teatrında davam etdirib. 1978-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 1981-ci ildə dosent, 1991-ci ildəsə professor elmi adına layiq görülüb. Kazım Əliverdibəyov 19 dekabr 2022-ci ildə vəfat edib. == Ailəsi == Musiqişünas Ağalar bəy Əliverdibəyovun oğludur. Skripkaçı Rasim Əliverdibəyovun, bəstəkar Nazim Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
Kərim Əliverdizadə
Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası – 16 mart 1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib. K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir. K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir. O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir. K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə istismarı avadanlıqlarının, o cümlədən mancanaq dəzgahlarının tip-ölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar. K.S. Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.
Nazim Əliverdibəyov
Nazim Ağalar oğlu Əliverdibəyov (24 avqust 1926, Bakı – 16 fevral 1986, Bakı) — Azərbaycan bəstəkarı. Nazim Əliverdibəyov 1926-cı ildə anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951–1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1964–1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur. Bəstəkar Üzeyir Hacıbəyovun dayısı oğludur. Musiqişünas Ağalar Əliverdibəyovun oğludur.
Qara bəy Əliverdilər
Qara bəy Əliverdilər (tam adı: Qara bəy Rəhim bəy oğlu Əliverdilər; 1879, Pərioğlular, Şuşa qəzası – 1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü. Rəhim bəyin ikinci oglu Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. ADR dönəmində parlament üzvü olmuşdu. Əliverdilər soyadı ilə məşhur idi. Qara bəyin Şövkət xanım adlı qızı vardı. Üzeyir bəy Hacıbəylinin dayısıdır. Qara bəy 1929-cu ildə vəfat etmişdir.
Vüqar Əliverdiyev
Vüqar Əfqan oğlu Əliverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ildə Vətən Müharibəsində iştirak etmişdir. 2008-ci ildə mayor Vüqar Əliverdiyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2016-cı ildə isə polkovnik Vüqar Əliverdiyev Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülmüşdür. 2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Vüqar Əliverdiyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Əliverdibəyovlar
Əliverdibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soy öz başlanğıcını Əliverdi bəy Hüseyn bəy oğlu Kəbirlidən götürür. Əliverdi bəy Kəbirli mahalının Pərioğlular obasında yaşam sürmüşdü. İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi.Onun törəmələri 1870-ci ildə Əliverdibəyov soyadını qəbul etdilər. Əliverdi bəy Hüseyn bəy oğlu — Mehdiqulu xanın Ağdam üzrə darğası. Ağalar bəy Əliverdibəyov (1880-1953) — musiqişünas. Nazim Əliverdibəyovun atası. Qara bəy Əliverdilər (1879-1929) — ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin üzvü. Nazim Əliverdibəyov (1926-1985) — Azərbaycan bəstəkarı. Kazım Əliverdibəyov (1934) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978).
Əliverdiuşağı (Xudafərin)
Əliverdiuşağı (fars. عليوردي اوشاقي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 720 nəfər yaşayır (160 ailə).
Məhəmməd əl-Əbivərdi
Əbülmüzəffər Məhəmməd ibn Əhməd bin Məhəmməd bin İshaq əl-Əbivərdi (?-1114) — İslam alimi, şair. O, Əbivərd şəhərində anadan olmuşdu. Təhsilini Əbdülqahir Cürcaninin yanında almışdı. Məhəmməd əl-Əbivərdi 1114-cü ildə İsfahan şəhərində vəfat edib.
Əli Ənvəri-Əbivərdi
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Alaverdi
Alaverdi — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1938–ci ildə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Akner kəndi ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yure) daimi əhalisi 13.343 nəfərdir.
Alaverdi kilsəsi
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Alaverdi monastırı
Alaverdi monastırı (gürc. ალავერდის მონასტერი), Alaverdi kafedral kilsəsi, Alaverdi kilsəsi – Şərqi Gürcüstanda, Kaxeti ölkəsindəki Axmeta şəhərindən 25 km məsafədə, Axmeta bələdiyyəsi ərazisində yerləşən və Gürcü pravoslav kilsəsinə aid olan gürcü monastır kompleksi. ХI əsrdə Kaxeti xorepiskopu III Kvirike (1010 – 1037/38-ci illərdə hakimiyyətdə olub) köhnə Müqəddəs Georgi kilsəsinin yerində tikdirmişdir. Bəzi hissələri VI əsrə aiddir. Kilsənin hündürlüyü 50 m-ə yaxındır, daxili məkanın hündürlüyü 42 m-dən yüksəkdir. Tbilisidəki Müqəddəs Üç Üqnum kilsəsinin tikilməsinə (1995-2004) qədər Gürcüstandakı ən hündür kilsə idi. Monastırda XV əsrə aid rəsimlər zamanəmizədək qorunub saxlanılıb. Alavedi kilsəsi UNESCO-nun "Beynəlxalq İrs" siyahısına daxil eidlmək üçün təqdim edilib. Monastırın əsası nə vaxtsa Antioxiyadan gəlmiş və o vaxtlar Ay məbədində ibadət edən bütpərəslərin dini mərkəzi olmuş kiçik Alaverdi kəndində məskunlaşmış suriyalı rahib İosif (Yoseb, Amba) Alaverdeli tərəfindən qoyulub. Müasir dövrdə monastır Gürcüstanda ildə bir dəfə keçirilən dini “Alaverdoba” bayramındındə, diqqət mərkəzinə çevrilir.
Bilverdi (Əhər)
Bilverdi - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Bedustan kəndistanında, Heris qəsəbəsindən 20,5 km qərbdədir.
Cinnamomum oliveri
Cinnamomum oliveri (lat. Cinnamomum oliveri) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü.
Dalbergia oliveri
Dalbergia oliveri (lat. Dalbergia oliveri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Garcinia oliveri
Garcinia oliveri (lat. Garcinia oliveri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Garcinia oliveri var. insularis Pierre ex Pit.
Garcinia oliveri var. insularis
Garcinia oliveri (lat. Garcinia oliveri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Garcinia oliveri var. insularis Pierre ex Pit.
Əlikəndi
Əli kəndi (Şot)
Əbivərd
Əbivərd — Türkmənistan ərazisində qədim şəhər. Sasanilər zamanında müasir Türkmənistan ərazisində qədim şəhər. Qaraqum səhrasında yerləşirdi. I Şah Abbas Səfəvinin özbəklərin Səfəvilərə qarşı hücumlarının qarşısını almaq üçün məhz əfşar tayfalarının başçılarını Xorasandan yuxarı, Özbəkistanla sərhəd olan əraziyə-Əbivərd və Dərgəzə gətirmişdi ki, əfşarlar özbəklərin tez-tez baş verən basqınlarının qarşısını alsınlar. Nadirin ata babası da həmin döyüşən dəstələrin tərkibində olmuşdur.Ədalət Tahirzadə özbəklərin növbəti hücumu zamanı (1704–1705) 16–17 yaşlı Nadirqulu, qardaşı İbrahim və anasının əsir düşdüyünü, 4 il sonra anasının oöldüyünü, qardaşıyla birgə əsirlikdən qaçıb Əbivərdə (Əbyurda) gəldiyini yazmışdır. Bu fikir G. Qarayeva və A. Hacıqədirlinin həmmüəllifi olduqları əsərdə də təkrarlanır. Ancaq mənbələrə əsasən əsərini yazan M. Süleymanov Nadirin əsir düşüb-düşməməsi ilə bağlı ziddiyyətli fikirlərin olduğunu deyir. O qeyd edir ki, ehtimal olunur ki, Nadirin qardaşı və anası ilə birlikdə əsir düşməsi məsələsi Con Hanvey tərəfindən elmi dövriyyəyə gətirilmiş, qərb və şərq tarixçiləri tərəfindən təkrarlanmışdır. Ancaq şərq mənbə və əsərlərində bu barədə məlumatlara rast gəlinmir. Nadirin uşaqlıq dövrü və gənclik illəri, eləcə də, onun özbəklərə əsir düşüb-düşməməsi ilə bağlı belə ziddiyyətli fikirlərin ortaya çıxmasının əsas səbəbi Nadirin həyatının həmin dövrü ilə bağlı mənbələrdə yetərincə məlumatın olmaması ilə bağlıdır.
Əlikəndi (Qaraqoyun)
Əlikəndi (fars. علي كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əlikəndi (Urmiya)
Əlikəndi (fars. علي كندي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (44 ailə).
Əlikəndi (Çaroymaq)
Əlikəndi (fars. علي كندي‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Əlikəndi (Şövt)
Əlikəndi (fars. علي كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məhəmməd Əlvəndi
Məhəmməd Əlvəndi (1872—1918) — aktyor. O, 1872-ci ildə Göyçay qəzasının Əlvənd kəndində qulluqçu ailəsində doğulub. Ziyalılarla sıx ünsiyyətdə olan Məhəmməd bəy Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Mütaliəyə ciddi maraq göstərib. Gənc yaşlarından Bakıya gələn Məhəmməd bəy Əlvəndi müxtəlif hüquq işləri idarəsmdə çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş yayılması üçün Hüseyn Ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən "Nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib. Səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış Məhəmməd bəy Əlvəndi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Heydər bəy və Hacı Qara, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" məzhəkəsində Əşrəf bəy və Rüstəm, Səkinə Axundzadənin "Bəxtsiz bala" təbdilində Xəlil bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Mürtəzaqulu xan və Sadıq xan, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" vodevilində Hümbət bəy, Yusif Ziya Talıbzadənin "Ərmənusə" və "Xalid ibn Valid" pyeslərində Marks və Mixa, Nəriman Nərimanovun "Nadir şah" faciəsində Şah Təhmas rollarını oynayıb. Aktyor eyni zamanda tərcümə əsərlərindən Jan Batist Molyerin "Zorən təbib" (Təbib İlyas), Lanskoyun "Qəzavat" (Qriqoryev), Şəmsəddin Saminin "Dəmirçi Gavə", (Qəhtan), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Ərəb), Nikolay Qoqolun "Evlənmə" (Podkolosin), Henrix Heynenin "Əl Mənsur" (Həsən), Fridrix Şillerin "Qaçaqlar" (Herman), Mirzə Məhəmməd Axundzadənin iqtibas etdiyi "Səd ibn Vəqqas" ("Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda səhnəyə çıxıb.
Əlvəndi (Bostanabad)
Əlvəndi (fars. الوندي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 72 nəfər yaşayır (12 ailə).
Əlvəndi (Qəzvin)
Əlvəndi (fars. الوندی‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 70 nəfər yaşayır (16 ailə).