Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlikli
Məlikli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Tofiq Məlikli — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), filologiya elmləri doktoru (1994)Kəndlər Məlikli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Məlikli (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Məlikli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Məlikli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Məlikli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Aşıq Məlikli — Azərbaycanın Cəbrayıl rayonunda kənd.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Əmirli
Əmirli (Bərdə)
Ərikli
Ərikli — Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda yerləşən yaşayış məntəqəsi. Ərikli — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd.
Əzizli
Əzizli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əzizli (Ərdəbil) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. Əzizli (Göyçə) — Göyçə mahalında kənd. Əzizli (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
Əmzik
Əmzik xüsusilə ağlayan körpələri sakitləşdirmək üçün istifadə edilən bir vasitədir. Mənşə etibarı ilə Azərbaycan dilindəki əmmək/əmizdirmək felindən yaradılmış isimdir. == Tarix == Min illər əvvəl Misirdə daxili bal ilə doldurulmuş kiçik gil fiqurlar körpələri sakitləşdirmək üçün istifadə olunurdu. Bu fiqurlar bu gün istifadə edilən əmzik və butulkaların əcdadları hesab edilir. Baş barmağı əmmə çənə strukturunu poza biləcəyi üçün 1949-cu ildə ortodont Vilhelm Balters və diş həkimi Adolf Müller çənə strukturuna müvafiq gələn ilk təbii əmzik istehsal etmişdirlər. == Strukturu == Əmzik döş giləsini təqlid edən bir struktura malikdir. Bu gün silikon və rezindən hazırlanan əmziklər damaqlı və damaqsız olmaq etibarı ilə iki növdə olurlar. Silikon əmziklər xüsusilə diş çıxarmayan körpələr üçün tövsiyə olunurlar, çünki onlar diş təsirinə davamlı deyildirlər. Silikon əmziklər asanlıqla qırılmırlar. Diş zərbələrinə davamlı olan rezin əmziklər isə ağız suyunu özünə çəkdiyi üçün bir müddət sonra deformasiyaya uğrayırlar.
Aşıq Məlikli
Aşıq Məlikli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşıq Məlikli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 9 noyabr 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == == Tarixi == 1918-ci il avqustun sonlarında ermənilər səhər tezdən qəflətən Aşıq Məlikli kəndinə də hücum etmiş, kəndi atəşə tutmuşdular. Kəndin bir sakini ölmüş, üçü yaralanmışdı. Kənddən qaçanların bütün varidatını ermənilər talamış, sonra isə kəndə od vurmuşdular.
Məlikli (Ağdam)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. == Tarixi == 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780-1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Məlikli (Qəbələ)
Məlikli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Məlikli Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə məlikli camaatı yaşayır. Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə olunur. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Məlikli oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Məlikli (Zəngilan)
Məlikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Məlikli kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi məlikli nəsli saldığına görə belə adlandırlmişdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Məlikli (Şot)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli (Şövt)
Məlikli (fars. ملك لو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məlikli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tofiq Məlikli
Tofiq Məlikli (tam adı: Tofiq Davud oğlu Məlikov; 31 avqust 1942, Kirovabad) — Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünası, tərcüməçisi, kulturoloqu, yazarı. İçtimai xadim. Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2011). Moskva Dövlət Linqvistika Universitetinin professoru. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti (1991) == Həyatı == Tofiq Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991-1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmiş, 1994-2015-ci illərdə Moskva Dövlət Linqivistka Universitetində açdığı “Türk dili və mədəniyyəti mərkəzi”nin rəhbəri olmuşdur. 1998-ci ildə professor elmi adı almış T.Məlikli hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur.
Bəxtiyar Əzizli
Bəxtiyar Kamal oğlu Əzizli — Azərbaycanlı sahibkar, “TOBOIL” və “Neftgen” şirkətlərinin təsisçisi və icraçı direktoru, “Baxmedia” layihəsinin rəhbəri. == Həyatı == Bəxtiyar Kamal oğlu Əzizli 19 aprel 1984-cü ildə Bakıda doğulmuşdur. == Təhsili == Bəxtiyar Əzizli 1990-2000-ci illərdə orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Beynəlxalq Universiteti “Nəqliyyatın daşınması və idarəetmənin təşkili” fakültəsinə qəbul olmuş, 2004-cü ildə həmin təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir. == Karyera == 2009-cu ildə “TOSOİL” Şirkətlər Qrupunda növbə rəisi vəzifəsində işləyib. O, 2010-cu ildə həmin şirkətin Təsərrüfat şöbəsinin müdiri, daha sonra xəzinədarı olub. 2016-cı ildə neft sektorunda ixtisaslaşan “TOBOİL” və “Neftgen” şirkətlərini təsis edib. 2020-ci ildə “Baxmedia” şirkətini yaradıb.
Eldəniz Əzizli
Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanın yunan-roma güləşçisi. Üçqat dünya və ikiqat Avropa çempionu. == Karyerası == Eldəniz Əzizli güləşlə 2000-ci ildən məşğul olmağa başlayıb. 2007, 2008 və 2009-cu illərdə kadetlər arasında, 2010 və 2011-ci illərdə isə yeniyetmələr arasında Avropa çempionu olub. 2010 və 2012-ci illərdə yeniyetmələr arasında dünya çempionu adını qazanıb. 2013-cü ildə Kazanda təşkil olunmuş Ümumdünya Yay Universiadasında üçüncü olub.2018-ci ildə 55 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub. == Şəxsi həyatı == Eldəniz Əzizli futbol mütəxəssisi Şahin Diniyevin bacısı oğlu, yazıçı və publisist Akif Şahverdiyevin isə kürəkənidir.
Elnur Əzizli
Elnur Şahin oğlu Əzizli (d. 25 sentyabr 2000; Biləsuvar rayonu — ö. 9 noyabr 2020; Şuşa şəhəri) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qulam Əzimli
Qulam Əzimli — Azərbaycanda elmi psixologiyanın inkişafında böyük xidmətləri olan elm xadimi Professor Q.E.Əzimli 1931-ci ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. O, 1954-cü ildə indiki BDU-nun filologiya fakultəsinin məntiq-psixologiya şöbəsini bitirmişdir. 1954-cü ildən 1955-ci ilə kimi, İmişli rayonun 1 saylı orta məktəbində müəllim, 1955-ci ildən 1962-ci ilin avqust ayına kimi İmişli rayonunda komsomol, partiya və hökumət orqanlarında rəhbər vəzifələrdə işləmişdir. Q.E.Əzimli 1970-ci ildə psixologiya ixtisası üzrə nəmizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. 1990-cı ildə professor elmi adına layiq görülmüşdür. 1987-ci ildən 1992-ci ilə kimi ADPU-nun yaş və pedaqoji psixologiya kafedrasının müdiri, 1991-ci ildən 1997-ci ilə kimi pedaqoi fakültənin (qiyabi şöbə üzrə) dekanı vəzifəsində işləmişdir. O, 75-dən çox dərs vəsaiti, proqram, jurnal məqalələri və tezislərin müəllifi, 12-dən artıq monoqrafiya, kitab, kitabça və proqramların elmi redaktoru olmuşdur. Onun elmi yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da görkəmli psixoloqların diqqətini cəlb etmişdir. Q.E.Əzimli keçmiş SSRİ məkanında (Moskva, Tbilisi, Yerevan və s.) keçirilən qurultay, konfrans və simpoziumlardakı məruzələri ilə respublikamızı layiqincə təmsil etmişdir. 20 ildən artıq bir vaxtda folklor materiallarında və klassik irsimizdə milli etnik hissləri tədqiq etmiş, nəzəri və praktik əhəmiyyətli nəticələr əldə etmişdir.
Sabir Əzizli
Sabir Hikmət oğlu Əzizli (14 noyabr 1998; İmişli, Azərbaycan — 29 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Sabir Əzizli 14 noyabr 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlamışdır. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam etmişdir və döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Solmaz Əmirli
Solmaz Əmirli (9 iyun 1948, Kürdəmir) — Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri. == Həyatı == Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərmişdir. 1983–2003-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır. Bu illərdə Solmaz Əmirli "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olmuşdur. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici "Ünsiyyət" proqramının müəllifi və aparıcısı olmuşdur. Efirdə olduğu 17 ildə proqram geniş dinləyici auditoriyası qazanmışdı.
Tacəddin Əzizli
Tacəddin Sahəddin oğlu Əzizli (7 avqust 1994, Sarvan, Salyan rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacəddin Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb. == Hərbi xidməti == Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Tacəddin Əzizliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Mezitli
Mezitli (türk. Mezitli) — Mersin ilinin ilçəsi.
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.