Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. == Ədatların mənaca növləri == === Qüvvətləndirici ədatlar === 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
David Anaxt
David Anaxt və ya Məğlubedilməz David (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi. == Həyatı == David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir. == İrsi == 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir.
Əndab-i Cədid (Əhər)
Əndab-i Cədid (fars. انداب جديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (14 ailə).
Əndab-i Qədim (Əhər)
Əndab-i Qədim (fars. انداب قديم‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 282 nəfər yaşayır (65 ailə).
Salvia mendax
Salvia patens (lat. Salvia patens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Enant turşusu
Enant turşusu (heptan turşusu ) СH3(CH2)5СООН - birəsaslı doymuş karbon turşusudur. Bu yağlıtəhər rəngsiz maye xoşagəlməz qoxumuş yağ iyinə malikdir. Enant turşusunun duzları və anionları enantatlar adlanır. Enant turşusu suda az, lakin etanolda yaxşı həll olur. == İzomerləri == Enant turşusunun aşağıdakı izomerləri var: n-heptan turşusu СН3-СН2-СН2-СН2-СН2-СН2-COOH 5-metilheksanturşusu СН3-СН(СН3)-СН2-СН2-СН2-COOH 4-metilheksanturşusu СН3-СН2-СН(СН3)-СН2-СН2-COOH 3-metilheksanturşusu СН3-СН2-СН2-СН(СН3)-СН2-COOH 2- metilheksanturşusu СН3-СН2-СН2-СН2-СН(СН3)-COOH 3-etilpententurşusu СН3-СН2-СН(СН2-СН3)-СН2-COOH 2-etilpententurşusu СН3-СН2-СН2-СН(СН2-СН3)-COOH == Mənbə == Merck Index, 11th Edition, 4581 David J. Anneken, Sabine Both, Ralf Christoph, Georg Fieg, Udo Steinberner, Alfred Westfechtel "Fatty Acids" in Ullmann's Encyclopedia of Industrial Chemistry 2006, Wiley-VCH, Weinheim.
Domnall mak Exdax
I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr – 642) — Dal Riada kralı (629–642). == Həyatı == I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur. 629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur.
Ed mak Exdax
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Endau-Rompin Milli Parkı
Endau-Rompin Milli Parkı (malay Taman Negara Endau-Rompin) — Malayziyanın Tenasserin təpələrinin cənubunda yerləşən və tropik meşələrin qorunduğu milli park. Milli park Malayziyanın Pahanq ştatının cənubunu və Cohor ştatının şimal-şərqini əhatə edir, ümumi sahəsi 870 km2-dir. Milli park Qərbi Malayziyada Taman Neqara Milli Parkından sonra ikinci ən böyük milli parkdır. Burada həmçinin 26 km uzunluğunda cığır var. Endau-Rompin Malayziya hökuməti tərəfindən əsası qoyulmuş ikinci milli parkdır. Milli parkda dünyanın ən qədim tropik meşə kompleksi yerləşir və buradakı qaya quruluşlarının yaşı 248 milyon ildir. Malay yarımadasında nəsli kəsilmək üzrə olan şimal Sumatra kərgadanının ən böyük populyasiyası bu milli parkdadır. Cohor ştatının ən hündür ikinci nöqtəsi olan Qununq Besar dağı milli park ərazisində yerləşir. Musson dövründə — noyabr-mart aylarında milli park ictimaiyyətə bağlı olur. Bundan əlavə, sentyabr-oktyabr ayları balıqların cütləşmə dövrü olduğundan bu dövrdə milli parkda balıqçılıq qadağan edilir.