1. Kağızdan, kartondan kəsilmiş ülgü.
// Ölçü, miqyas, ölçü vahidi.
□ Bir əndazədə – bir ölçüdə, bir qaydada.
[Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi.
2. Tənasüb, simmetriya, quruluş düzgünlüyü. Onun bədən əndazəsi yerli-yerindədir.
3. məc. Hədd, hüdud; norma. Hər şeyin əndazəsi olmalıdır. Əndazədən artıq. – Əndazə qoyaq, üç gün oturaq. ( Ata. sözü ).
Tükün əndazədən artıq görünür; Quyruğun gör necə yerlə sürünür.
□ Əndazədən çıxmaq – əndazəni aşmaq, həddini aşmaq.
Görsən tanımazsan yarımsaqqalı; Çıxıb əndazədən dövləti, malı.
[Sübhanverdizadə] hər hansı bir qonaqlıqda əndazədən çıxmaz və öz hörmətini gözlərdi.
Əndazəyə düşmək – lazımi şəklə düşmək.
Əndazəyə salmaq – yöndəmə, qaydaya salmaq, lazımi şəklə salmaq.