Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Ərən
Ərən - türk xalq inancında Övliya deməkdir. İrən və ya Yirən də deyilir. Ərmiş olaraq da adlandırılar. Özünü Tanrıya və onun yoluna həsr etmiş, fövqəladə işlər bacaran və Tanrı tərəfindən qorunan, kömək edilən müqəddəs adam. Fövqəladə hissləri və bacarıqları vardır. İstədikləri zamanda istədikləri məkanda ola bilərlər. Tanrı onların dualarını qəbul edər. Dua etsələr bol yağış yağar və bərəkət gəlir. Dağ ətəklərində gəzər, dağlarda və mağaralarda yaşayırlar. Eliklərlə (dağ keçiləriylə) və geyiklərlə gəzərlər.
Ərəş
Yaşayış məntəqələri Ərəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Girdəsəng (Əhər)
Girdəsəng (fars. گرده سنگ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (13 ailə).
Gəlizə (Əhər)
Gəlizə (fars. گليزه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 216 nəfər yaşayır (40 ailə).
Kaşan (Əhər)
Kaşan (fars. كاشان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (17 ailə).
Külüdərə (Əhər)
Külüdərə (fars. كولي دره‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (18 ailə).
Kürbulaq (Əhər)
Kürbulaq (fars. كوربلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (31 ailə).
Kürədərə (Əhər)
Kürədərə (fars. كوره درق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (23 ailə).
Dəmirtəpə (Əhər)
Dəmirtəpə (fars. دميرتپه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Gamışabad (Əhər)
Gamışabad (fars. گميش اباد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (28 ailə).
Gavdil (Əhər)
Gavdil (fars. گاودل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (26 ailə).
Göllər (Əhər)
Göllər (fars. گل لر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (28 ailə).
Güncik (Əhər)
Güncik (fars. گونجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 751 nəfər yaşayır (152 ailə).
Hacıəlibəykəndi (Əhər)
Hacıəlibəykəndi (fars. حاجي علي بيگ كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Holan (Əhər)
Holan (fars. هلان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (12 ailə).
Kinab (Əhər)
Kinab (fars. كين اب‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (30 ailə).
Kosalar (Əhər)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (26 ailə).
Kürdlaqan (Əhər)
Kürdlaqan (fars. كردلقان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (38 ailə).
Kürdlər (Əhər)
Kürdlər (fars. كردلر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (131 ailə).
Kərəmli (Əhər)
Kərəmli (fars. كرملو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (22 ailə).
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Erker
Erker — köhnə türk evlərində yerdəki mərtəbənin üstündəki birinci və ya sonrakı mərtəbələrdə çölə çıxan qəfəsli otaq hissəsidir. Çölə çıxdığına görə altdan dəstəklənməyən erker, çökməyə qarşı binanın fasadında yerləşdirilmiş dayaqlar tərəfindən dəstəklənmişdir. Türk memarlığının əsasən ağac materiallara əsaslandığı dövrlərdə geniş şəkildə istifadə edilmiş və şəhərlərdəki türk məhəllələrində iz buraxmış bu üslub, daş və dəmir-beton konstruksiyaların geniş yayıldığı dövrlərdən etibarən yaddan çıxmışdır.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Frer
Frer və ya frater (lat., frater, qardaş), Roma Katolik Kilsəsinin dilənçi ordenlərindən birinin üzvüdür. Roma Katolik kilsəsindən kənarda, məsələn, Anqlikan kilsəsi daxilində də fraterlər var. İlk dəfə XII və ya XIII əsrdə istifadə edilmis bu termin, köhnə monastır ordenlərinin sabitlik andı ilə rəsmiləşdirilmiş vahid bir monastıra sədaqətindən daha yüksək bir başçının yurisdiksiyası altında geniş şəkildə icra edilən mendikantların səyahətçi apostol xarakterini fərqləndirir. Bir fraterin müqəddəs dini vəzifəsi ola bilər və ya o, təyin olunmamış bir dini orden qardaşı da ola bilər. Ən əhəmiyyətli fraterlər ordenləri Dominikan, Fransiskan, Avqustin və Karmelit ordenləridir .
Elisabet Şerer
Elisabet Şerer (30 İyul 1914 – 18 Aprel 2013) — Almaniyalı film aktrisası. O, 1942-ci il ilə 2009-cu il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
Eqer qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Eren Albayraq
Ərən Albayraq (orijinal adı: türk. Eren Albayrak. d. 23 iyun 1991; İstanbul, Türkiyə) — Türkiyəli futbolçudur. Hal-hazırda Super Liqa komandalarından olan Konyaspor komandasında oynayır. == Futbolçu karyerası == İlk dəfə Bursaspor komandasında oynayan Albayraq, 2006-cı ildə Bursasporda peşəkar futbolçu oldu və 23 sentyabr 2008-ci il tarixində Fənərbaxça ilə olan oynalınan Süper Liqa müsabiqəsində 80-cı dəqiqədə oyuna daxil olaraq ilk Süper Liqa matçında oynamış oldu. Daha sonra bəzən Süper Liqa matçlarında sonradan oyuna daxil olsa da, PAF-da komanda oyunçusu olaraq görülüb. Bursaspor komandasında Ərtoğrul Sağlamın müəllimlik etdiyi zamanlarda Məhəmməd Dəmir ilə bərabər A komandasına daxil edildi. Məhəmməd Dəmir ilə bərabər Bursaspor ilə mövsüm sonu bitəcək müqavilənin vaxtını artırmadıqları üçün, müqavilə bitdikdən sonra heyət xaricində qaldı. Liqanın son vaxtlarında, Qalatasaray komandasında sona qədər oynayacağı qəti qərarı olsa da, mövsümün sonunda o Trabzonspor komandasına transfer olmuşdur.
Eren Yeqa
Eren Yeqa (yap. エレン・イェーガー, Eren Yēgā), animenin altyazılı və dublyaj versiyalarında Eren Jaeger (Almanca: Jaeger/Jäger, "Ovçu") Hacime İsayamanın yaratdığı Attack on Titan manqa seriyasının baş qəhrəmanı və uydurma personajıdır. Eren anasını yeyən və divar Mariyanın (ing. Wall Maria; Wōru Maria (ウォール・マリア)) Şiqanşina rayonundakı şəhərini yerlə-yeksan edən titanlar (yap. 巨人) kimi tanınan nəhəng canlılardan qisas almağa and içən bir yeniyetmədir. Titanları məğlub etmək üçün Eren hərbi xidmətə yazılır və "Kəşfiyyat Birliyi"(ing. Survey Corps) -nə qoşulur. (Titanlarla divarların xaricində döyüşən və həmçinin onların nə ilə vuruşduğunu bilmək üçün Titanların fiziologiyasını öyrənən elit əsgərlər qrupu). Hekayə irəlilədikcə Eren daha sonra "Hücum Titanı" (yap. 進撃の巨人, Shingeki no Kyojin) kimi tanınan titan olmaq gücünü qazanır.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda Argentinanın CA Newell's Old Boys klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. .
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur. 23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256 km/saat) düyün sürətə qədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir.
Keti Eder
Keti Eder — Amerikalı fəal və sosial sahibkar, 50 Miles More, Kids Tales və The Future Coalition sosial layihələrinin təsisçisi və rəhbəri, sonuncunun icraçı direktoru. 2019-cu ilin dekabr ayında Eder Forbes 30 Under 30 Hüquq və Siyasət siyahısına daxil edilir. == Bioqrafiya == Eder Viskonsin ştatının Milouki şəhərində anadan olub və böyüyüb. Keti 2018-ci ildə Şorewud Liseyini bitirib və 2020-ci ilin payızında Stenford Universitetinə daxil olub. Ailədə beş uşağın ən kiçiyidir. == Fəaliyyəti == === Uşaq nağılları === Keti 13 yaşında olanda “Kids Tales” (“Uşaq nağılları”) qeyri-kommersiya təşkilatını təsis edir. Təşkilatın məqsədi məktəbdən kənar heç vaxt yazmamış uşaqlar üçün yaradıcı yazı seminarları keçirməkdir. Kids Tales seminarı zamanı uşaqlar hekayə yazır, daha sonra antologiya kimi real kitabda nəşr olunur. Kids Tales seminarlarında doqquz ölkədən 1500 uşaq iştirak edir. Kids Tales 400-dən çox yeniyetmə müəllimi cəlb etmiş və 90 antologiya nəşr etdirmişdir.