Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Ramil
Ramil — kişi adı.
Ramil (arxangel)
Ramil (arami. רעמאנל‎, ivr. ‏רעמיאל‏‎, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir. == Düşmüş keşikçi == Enox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır: 1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur. == Mələk == Onun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil Abbasov
Ramil Sabir oğlu Abbasov (1 aprel 1989; Turaclı, Qax rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Abbasov 1989-cu il aprelin 1-də Qax rayonunun Turaclı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ramil Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Abbasov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı və karyerası == Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.
Ramil Ağayev
Ramil Ağayev (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Ramil Ağayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ramil Babayev
Ramil Babayev (aktyor)
Ramil Balabəyov
Ramil Balabəyov (tam adı: Ramil Ruslan oğlu Balabəyov; 21 fevral 2001; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Balabəyov 2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ramil Həsən
Ramil Sahib oğlu Həsən və ya Ramil Sahib oğlu Həsənov (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həsənov
Ramil Sahib oğlu Həsən və ya Ramil Sahib oğlu Həsənov (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həşimli
Ramil Həşimli (3 may 1978) — Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir. == Həyatı == Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001–2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003–2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.Evlidir, 3 övladı var.
Ramil Musayev
Ramil Aydın oğlu Musayev (6 may 1991; İsmayıllı, Azərbaycan SSR — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Musayev 1991-ci il mayın 6-da İsmayıllı şəhərində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Musayev oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Məmmədov
Ramil Məmmədov — aktyor, film səsləndirən, mətn oxuyan, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru (2010), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru (2013), Mövsümün ən perspektivli aktyoru (2015), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatınının laureatı (19 iyul 2016). == Həyatı == 30 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Suraxanı rayonu 114 saylı orta məktəbdə təhsil alıb. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və kino aktyoru” fakültəsini bitirib. 2010-cu ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2016-ci il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatına “Mövsümün ən perspektivli aktyoru” nominasiyası üzrə layiq görülmüşdür. == Teatrda əsas rolları == === Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı === Əsgər - (“Qurtuluş dastanı” İ.Piriyev) Müəllim - (“Vətəndən ağırdır vətənin yükü” H.Orucov) Rac - (“Qızıl ahu balası” Y.Şetinkina) Balaqədeş - (“Məhəbbət, şeytan, ağ ölüm” M.Haqverdiyev) Ağa Salman, Dərviş Məstəli şah, Hakimi şər - (“Mürafiə vəkillərinin hekayəti” M.F.Axundzadə) === Gənc Tamaşaçılar Teatrı === Qaraçı - (“Qaraca qız” S.S.Axundov, A.Şaiq) Dəmirçi - (“Şəngülüm, Şüngülüm, Məngülüm” M.Müşfiq) Müştəri - (“Aydın” C.Cabbarlı) Şəhər sakini - (“Romeo və Culyetta” U.Şekspir) Meymun - (“Hekayəti xırs quldurbasan” M.F.Axundzadə) Məzun - (“Mənim ağ göyərçinim” T.Vəliyeva) Nağaraçı - (“Buzovna kəndinin əhvalatları” Elçin) Quldur - (“Əlibaba və qırx quldur” Ərəb Xalq nağılı) Qara qüvvə - (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov) Şeyx - (“Şeyx Sənan H.Cavid) Qrey Lord - (“III Riçard” U.Şekspir) Baba - (“Qoğalın nağılı” Xalq nağılı) Şeyx Sədra - (“Şeyx Sənan”.
Ramil Nabran
Ramil Akif oğlu Şamilli (8 noyabr 1977, Bakı) — musiqiçi, Reper. == Həyat və Yaradıcılığı == Ramil Nabran. Ramil Şamilli Akif oğlu 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadece 2005-ci ildə Nabran repi ona uğur getirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb. Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. Ömrünün 34-cü baharında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu irsi istedad oğlu Ramilə də keçmişdir. Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub. 1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.
Ramil Paşayev
Ramil Şakir oğlu Paşayev (28 iyul 1994; Bərdə rayonu, Azərbaycan — 27 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Paşayev 1994-cü il iyulun 28-də Bərdə rayonunun Əyricə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramil Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Paşayev oktyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Qasımov
Ramil Famil oğlu Qasımov (1981) — azərbaycanlı cüdoçu. Ramil Adıgözəl oğlu Qasımov (1984) — azərbaycanlı opera müğənnisi.
Ramil Quliyev
Ramil Quliyev (sprinter) — Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter). Ramil Quliyev (baş gizir) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi. Ramil Quluyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ramil Ələkbərov
Ələkbərov Ramil Gülmalı oğlu — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Ramil Ələkbərov 16 yanvar 1979-cu ildə Şamaxıda anadan olub. Sabunçu rayonu 96 saylı orta məktəbdə (1986-1993), Bakı Özəl Türk Liseyində (1993-1997), Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. Müxtəlif vaxtlarda Samanyolu televiziyasının "Merhaba Yenigün", "Haber Kordinasyon Merkezi", "Sırlar dünyası" və "Şubat Soğuğu" seriallarında təcrübə keçib. 2003-2005-ci illərdə Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb. 2004-cü ildə "Mozalan: Biz və Zaman" Film festivalında "ən obyektiv jurnalist" və "Əkinçi" Jurnalist Cəmiyyətinin "Həsən bəy Zərdabi" adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. 2005-ci ildən İctimai Televiziyada redaktor vəzifəsində çalışır. == Filmoqrafiya == Azərbaycan kinosu: tarixin səhifələri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Kino muzeyi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Mir Teymur (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Göy dənizdən bir damla: Bəkir Çobanzadə (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Xocalı soyqırımı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Sevən və sevilən (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi Əzizim Fellini: Filmin filmi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Həyat varsa... (2012-2014, bədii serial) – ssenari müəllifi Əriyən ada (2013, qısametrajlı sənədli film) – redaktor Azərbaycan müəllimi. Babək Xubiyarov (2014, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi Ən güclü kimdir?
Ramil Quluyev
Ramil Elşən oğlu Quluyev (4 yanvar 1991, Bakı, Azərbaycan — 20 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Quliyev 1991-ci il yanvarın 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə şəhərin 35 nömrəli məktəbin məzunu olub. Bir bacısı var idi. O, Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının Menecment fakültəsinə 2011-ci ildə daxil olub və 2015-ci ildə oranı bitirib. == Hərbi xidmətləri == Ramil Quluyev 2015-ci ildə hərbi xidmətə başlamışdır. Aprel döyuşləri'ndə iştirak etmiş və iyul 2016-cı ildə tərxis olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ramil Quliyev Hadrutun azad edilməsində savaşıb. 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Qurbanov
Ramil Sudeyif oğlu Qurbanov (6 yanvar 1987; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Qurbanov 1987-ci il yanvarın 6-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ramil Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Qurbanov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Səfərov
Ramil Sahib oğlu Səfərov (25 avqust 1977, Şükürbəyli, Cəbrayıl rayonu) — azərbaycanlı hərbçi, polkovnik-leytenant. == Həyatı == Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb.
Ramil Usubov
Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi. O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb. == Həyatı == Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir. Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir. == Təltifləri == 24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur.
Ramil Yunisov
Ramil Qardaşxan oğlu Yunisov (26 may 1977; Yeni Mil, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yunisov 26 may 1977-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində Qardaşxan Yunisovun ailəsində anadan olmuşdur. 1983-1994-cü illərdə orta təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Ramil Yunisov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra artilleriya divizionunun tibb məntəqəsi sürücüsü vəzifəsində müddətdən artıq hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yunisov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yunisov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramil Yusifov
Ramil Mürşid oğlu Yusifov (24 aprel 1978, Ağbulaq, İsmayıllı rayonu – 4 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Yusifzadə
Ramil Adəm oğlu Yusifzadə və ya rəsmi sənədlərdə Yusif-zadə (22 may 1998; Bakı, Azərbaycan – 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir.
Aramid
Aramid — lif istiyə davamlı və güclü sintetik lifdir. Kosmik tədqiqat və hərbi məqsədlər üçün güllə keçirməyən geyimlərdə və ballistik kompozisiyalarda velosiped təkərlərindəki asbestin əvəzedicisi kimi istifadə edilə bilər. Aramid adı "aromatik poliamid" sözlərinin birləşməsindən yaranır. == Tarixi == Aromatik poliamid əvvəlcə DuPont tərəfindən 1960-cı illərin əvvəllərində HT-1, sonra isə Nomex kommersiya məqsədi ilə istifadə edilmişdir. 1973-cü ildə Kevlar adlandırıldı.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Əbabil
İslam ənənəsinə görə, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir.Bu quşların hansı növə aid olması məlum deyildir. Çünki, əbabil sözü "dəstə" (quş qatarı) mənasına gəlir. Quranda Fil surəsində istifadə olunan {طَيْرًا اَبَابِيلَ, oxunuş: tayran əbabil(ə)} ifadəsi isə aşağıdakı kimi izah olunur. “Tayr” uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür. “Əbabil” isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də “sürü” mənasını ifadə edərkən “əbabil” sözü işlənir.Lakin, ölkəmizdə qara uzunqanad (lat. Apus apus) növünü səhvən əbabil adlandıranlar var.
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Əzazil
Əzazil (Aramey: רמשנאל, ərəb: عزازل, İbranicə: עזאזל, Aze'ezel) İblisin mələk adı idi. Onu rədd edib Cənnətə düşməmişdən əvvəl o, Allaha yaxın bir "Karublar" idi. Əzazil, Allahın insanlara olan sevgisinə həsəd aparır və onları məhv etməyə çalışır. Bu, Allah Adəmi yaradan zaman onun səcdədən imtina etməsi ilə ifadə olunur. Cin yer üzündə yaşayarkən o, Allahın hakimi idi. Sürgündən sonra aldatma mələyi oldu. Ona ancaq “doğru yoldan” azdırdığı şəxsləri məhv etməyə icazə verilir. == Təfsir == Quranda adı çəkilməsə də, təfsirdə izah edilir ki, bu, İblisin yıxılmamışdan əvvəlki adıdır. Təbəri, Səhabe'ten-dən sitat gətirir:"İblis pislik etməzdən əvvəl mələklərdən idi, adı Əzazil idi və yer əhlindən idi və ən çalışqan və elmli mələklərdən idi, ona görə də onu qocalığa dəvət etmiş və "cinni" adlanan məhəllə. O, adı Əzəzil olan mələklərdən idi və yer əhlindən və onu yaradanlardan idi və onların arasında yer əhlinə mələklər arasında “cinni” deyilirdi.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. == Etimologiya == Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. == Yəhudilikdə == Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir.Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur. Əzrayıl altı ölüm mələyindən biridir.