Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsgəran
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. == Tarixi == Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir.
Ağbulaq (Əsgəran)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qışlaq (Əsgəran)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Rev (Əsgəran)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur.Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır. Rev türk dillərində “astana”, “sığınacaq” mənasında izah edilir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şəlvə kəndinin əhalisinin sayı 113 nəfər təşkil edirdi.
Əsgəran (dəqiqləşdirmə)
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində şəhər. Əsgəran rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Əsgəran (İran) — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi.
Əsgəran (İran)
Əsgəran— İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,037 nəfər və 1,109 ailədən ibarət idi.
Əsgəran döyüşü
Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi. == Hadisələrin gedişatı == Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. == Döyüş == Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər.
Əsgəran qalası
Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir.
Əsgəran rayonu
Əsgəran rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir. Rayon 1930-cu ilin avqustunda yaradılanda Stepanakert rayonu kimi yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb.
Əsgəran toqquşması
Əsgəran toqquşması — 1988-ci il fevralın 22-23-də Əsgəran şəhərində baş vermiş toqquşma Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olan başlanğıc nöqtələrindən biri olmuşdur. Əsgəran toqquşmasının ardınca Sumqayıt hadisələri baş verir. == Toqquşma == 1988-ci il fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu daşıyan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul edirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbaycanlı sakinləri dinc nümayiş keçirirlər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci qətlə yetirirlər - Əli Hacıyev və Bəxtiyar Quliyev. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokrorunun birinci müavini F. Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyir. Bu toqquşmaların xəbəri fevralın 27-də Sumqayıt şəhərinin erməni sakinlərinə qarşı Sumqayıt talanına səbəb olur.
Ağdam-Əsgəran-Xankəndi yolu
Ağdam–Xankəndi avtomobil yolu və ya Ağdam-Əsgəran-Xankəndi yolu — Ağdam şəhərindən Xankəndi şəhərinə birbaşa avtomobil yolu. == Tarixi == 1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli Yevlax–Xocalı–Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam–Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilib və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib.Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir. Qarabağ münaqişəsindən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu Qarabağın inkişafında önəmli rol oynayıb. Hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. == Keçdiyi yaşayış məntəqələri == Yol Bakı–Yevlax–Ağdam–Xankəndi avtomobil yolunun bir hissəsidir. Əsgəran qəsəbəsi və Xocalı şəhəri yolun üzərində yerləşir. Ağdam rayonundakı ilk tunc dövrünə aid Qarahacı yaşayış yeri yolun sağ tərəfindədir.
Qarabağ müharibəsi tank memorialı (Əsgəran)
Qarabağ müharibəsi tank memorialı (erm. Արցախյան ազատամարտի տանկ-հուշարձան, Artsaxyan azatamarti tank-huşardzan) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Əsgəran qəsəbəsində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan tank memorialı. == Tarixi == Tank memorialı erməni separatçı qüvvələri tərəfindən 1992-ci ildə Şuşanın işğalının xatirəsinə ucaldılmışdır. Memorialı Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) yüksək vəzifəli şəxsləri və hərbi xadimləri ziyarət etmişdir. Tank memorialı hərbi silahlı qüvvələrin andiçmə mərasimi zamanı ucalmışdır. Mərasimdə Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Levon Mnatsakanyan və digər yüksək vəzifəli şəxslər iştirak etmişdir. == Təsviri == Memorial Əsgəran–Ağdam yolunun sol tərəfindəki kiçik bir təpədə ucaldılmışdır. Memorial üzərində "T-72" tankı olan daş postamentdən və ona bitişik parkdan ibarətdir. Həmin "T-72" tankı Ağdamın işğalında iştirak etmişdir.
Əsgərağa Gorani
Əsgər ağa Gorani (Əsgər ağa Haqvеrdi bəy oğlu Gorani; 3 may 1857, Yelizavetpol, Tiflis quberniyası – 9 mart 1910, Yelizavetpol) — yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalistdir. == Həyatı == Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb. === Ailəsi === Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə həyatı qurub.
Emil Əsgərli
Emil Əlihüseyn oğlu Əsgərli (30 yanvar 1982; Lənkəran, Azərbaycan SSR — 15 may 2014; Beyləqan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid. == Həyatı == Əsgərli Emil Əlihüseyn oğlu 30 yanvar 1982-ci ildə Lənkəran şəhərində anadan olub. 1988–1996-cı illərdə Şirvan şəhəri 10 saylı orta məktəbində təhsil alıb. == Xidmət illəri == 1996-ci ildə Cəmşid Naçıxanski adına hərbi litseyə daxil olub. 1996–1999-cu ildə Naxçıvanskını fərqlənmə ilə bitirib. 1999-cu ildə də Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə leytenant rütbəsi alıb. 2003-cü ildə Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin "N" saylı hərbi hissəsində taqım komandiri olub. Hələ 3 aylıq taqım komandiri olarkən , hərbi hissəyə yoxlama üçün gələn General-Polkovnik Səfər Əbiyev Əsgərli Emilin əsgərlərindən birini sual-cavab edir və əsgərin verdiyi cavablar Müdafiə Nazirini çox razı salır və əsgərin komandiri olan Əsgərli Emili Baş leytenant rütbəsi ilə mükafatlandırır. Əsgərli Emil 2004-cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin "N" saylı hərbi hissəsində bölük komandiri vəzifəsində öz hərbi fəaliyyətini davam etdirir.
Nurlan Əsgərli
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Pərvin Əsgərli
Pərvin Əsgərova (Əsgərli) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Pərvin Səfa qızı Əsgərova 1986-cı il noyabrın 23-də Ucar şəhərində anadan olub. Ucar şəhər 1 saylı orta məktəbi bitirib. Həmçinin Ucar şəhər musiqi məktəbində fortepiano sinfində oxuyub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakultəsinə qəbul olub. 2008-ci ildə bakalavr pilləsini bitirib. 2009-2012 ci ildə Beynəlxalq Jurnalistika kafedrasında “MDB ölkələrində ictimai televiziyanını hüquqi tənzimlənmsi” mövzusunda magistr dissertasiyasını yerinə yetirərərək magistr pilləsini qırmızı diplomla bitirib. Elə həmin il BDU-nun Jurnalistika fakuləsinin Radio və Televiziya kafedrasının doktorantura pilləsinə qəbul olub. Jurnalistika ixtisası üzrə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Milli mənəvi dəyərlərindən formalaşmasında televiziyanın rolu (AZTV,İTV,SPACE) dissertasiya işini araşdırıb. Elə ilk vaxtlardan aktiv tələbə kimi BDU-da Tələbə Gənclər təşkilatının (TGT) Jurnalistika fakultəsi üzrə sədr müavini kimi fəaliyyət göstərib.
Tural Əsgərli
Tural Ələmdar oğlu Əsgərli (20 aprel 1993, Kəngərli, Naxçıvan MR - 1 oktyabr 2020, Kəlbəcər), Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Əsgərli Tural 1993-cü il aprel ayının 20-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2010-2014 cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.Sunay və Sevgi adlı iki qızı yadigar qalıb. == Hərbi xidməti == Əsgərli Tural 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, taqım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülüb. 2018-ci ildən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin ön cəbhəsində bölük komandiri olaraq xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Əsgərli Tural 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günlərində 3 əsgəri ilə düşmənin 2 postunu ələ keçirib.
Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə). Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
İntiqam Əsgərli
İntiqam Bayram oğlu Əsgərli (16 avqust 1990, Kalinovka, Masallı rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997–2008-ci illərdə S. Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü.
Əlizadə Əsgərli
Əlizadə Bayram oğlu Əsgərli (8 may 1958, Sabirabad rayonu) — ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Əlizadə Bayram oğlu Əsgərli 8 may 1958-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Cavad kəndində dünyaya gəlib. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib. 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub. 2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib. 2002-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-2017-ci illərdə həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Əsgərli (Hurand)
Əsgərli (fars. عسگرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Süleyman Əsgəri
Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri. == Həyatı == 1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu.
İmam Əsgəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Əsgərxanlı
Əsgərxanlı (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. ‎Əsgərxanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Mövlana Himməti Əngurani
Mövlana Himməti Əngurani — Azərbaycanın 15 və 16-cı əsrdə yaşayan şair. Mahnişan şəhristanının Ənguran kəndində dünyaya gəlibdir. Şah İsmayıl Xətai dövrü ndə Şiə Məzhəbini təbliğ etmək üçün Osmanlı İmperiyasına səfər edib.
Əsbgəran (Ağmiyun dehistanı)
Əsbgəran (fars. اسبگران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (77 ailə).
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Kanada ərgəvanı
Qriffit ərgəvanı
Çin ərgəvanı
Əsgərxanlı (Cəbrayıl)
Əsgərxanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Əsgərxanlı kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Əsgərxanlı (Germi)
Əsgərxanlı (fars. اصغرخانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 201 nəfər yaşayır (44 ailə).