Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələhi
Ələhi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Eyni adlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən qərbdə, Ordubad-Nürgüt avtombil yolunun yaxınlığında, Gilançayın sol sahilində, Qapıcıq dağının ətəyindədir. Natamam orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ələhi Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, toponim qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır və kəndin coğrafi movqeyi ilə bağlıdır. Kəndin ərazisində eyniadlı bulaq da var.. == Əhalisi == Əhalisi 141 nəfərdir. Əhali bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. == Mədəniyyəti == Bist bələdiyyəsinin tərkibinə daxildir.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. == Yaşayışı == Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Ələhi bulağı
Ələhi bulağı — Azərbaycanın Ordubad rayonu ərazisində, Ələhi kəndindən 500 m. cənub-qərbdə bulaq. Ələhi bulağı Gilənçay dərəsində yerləşir. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Gürcüstanın "Barjomi" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Ələhi körpüsü
Ələhi körpüsü — Ordubad rayonunun Ələhi kəndinin yuxarı hissəsində, qərb tərəfdə Ələhi çayı üzərində tarix-memarlıq abidəsi. İkiaşırımlı, çatmatağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Qaba şəkildə yоnulmuş bоz dağ daşından inşa edilib. Ölçüsü: uzunluğu 30 m, eni 3 m, hündürlüyü 6,5 m. Körpünün qərb оturacağı qaya üzərində hörülüb. Hazırda kənd əhalisinin istifadəsindədir. XVIII-XIX əsrlərə aiddir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.
Ələhi yolu
Ələhi yolu — Ordubad rayonunun Ələhi kəndinin qərb tərəfində, çayın sağ sahilində arxeoloji abidə. Körpüdən çıxdıqdan sonra yol həm cənuba, həm də şimala doğru uzanır. Dağların yamacı boyunca uzanan yolu aşınmadan qorumaq üçün iri qaya parçalarından hörülmüş divarlar çəkilmişdir. Divarların ətrafından Orta əsrlərə aid şirsiz keramika parçaları aşkar olunmuşdur. Ələhi körpüsü yaxınlığında olan yolun salınmasını VII-XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 99.
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləhət (film, 1988)
== Məzmunu == Film zavodların havaya buraxdığı zəhərdən bəhs edir.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. == Qafqazda vali vəzifəsində == 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي‎) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
Əsrlərə görə Ay tutulmaları
Bu məqalədə əsrlər üzrə qruplaşdırılmış Ay tutulmalarının statistikası verilmişdir. Tetradlar, vaxt və digər faktlar haqqında ətraflı məlumatı əlaqəli istinadlarda tapa bilərsiniz. == Ümumi statistika == Eramızdan əvvəl 20-ci əsrdən 30-cu əsrə qədər olan beş minillikdə cəmi 12.064 Ay tutulması baş verib. Bu dövrdə ən uzun qismən Ay tutulması 8 fevral 2669-cu ildə baş verəcək və 3:30:02 davam edəcək. Ən uzun tam tutulma 31 may 318-ci ildə baş verib və 01:46:36 davam edib.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.
Hərbi Yardım Təminatı Məsləhət Qrupu
Hərbi Yardım Təminatı Məsləhət Qrupu (ing. Military Assistance Advisory Group), həmçinin HYTMQ və ya MAAG — adi silahlı qüvvələrin təliminə kömək etmək və hərbi yardımı asanlaşdırmaq məqsədilə digər ölkələrə göndərilən ABŞ hərbi məsləhətçiləri üçün təyinat. 1940–1970-ci illərdə, o cümlədən 1951-ci ildən sonra Yuqoslaviyada çoxsaylı HYTMQ-lar fəaliyyət göstərmişdir, lakin onlardan ən məşhurları Vyetnam müharibəsi zamanı və ondan əvvəl Cənub-Şərqi Asiyada fəaliyyət göstərənlər idi. Tipik olaraq, HYTMQ-lərin şəxsi heyəti ABŞ-nin ölkədəki diplomatik missiyasına bağlı olan və onun imtiyazlarından istifadə edən texniki işçilər hesab olunurdu. "Hərbi Yardım Təminatı Məsləhət Qruplarında xidmət edən şəxsi heyətin xüsusi statusu onların vəzifə yerinə yetirdikləri Birləşmiş Ştatlar səfirliyinin ayrılmaz hissəsi kimi mövqelərindən irəli gəlir". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Curtis, Glenn E., redaktorYugoslavia : a country study. Washington, D.C.: Federal Research Division, Library of Congress. 1992. Fleck, Dieter; Addy, Stuart. Handbook of the Law of Visiting Forces.
Keşləmə
Keşləmə - tələb olunma ehtimalı daha çox olan informasiyaların surətlərinin çıxarılması və xususi qovluqlarda yaddaşda saxlanması deməkdir.
Esege
Senecio esleri
Senecio esleri (lat. Senecio esleri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. == Həyatı == Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Əşlə
Əşlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Keşlədə dəmiryol qəzası
Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası.1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır. Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
Salehə Dilaşub Sultan
Salehə Dilaşub Sultan (v. 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. == Həyatı == Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər.
Eşlə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salehə Sultan (Əbdüləzizin qızı)
Fatma Salehə Sultan (d. 9 avqust 1862, İstanbul — ö. 1941, Qahirə) — 32. Osmanlı sultanı Əbdüləzizin Dürrünəv Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Salehə Sultan 9 avqust 1862 tarixində İstanbulda Dolmabağça sarayında dünyaya gəlmişdir. Böyük qardaşı Şahzadə Yusif İzzəddin Əfəndidir. 1876-cı ildə atasının devrilərək öldürülməsinin ardından Fəriyə sarayında nəzarət altında yaşadı. Ancaq V Muradın taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə azadlığa çıxdı. 20 aprel 1889 tarixində Ulduz Sarayında Qurdzadə Zülfüqar Əhməd Paşa ilə evləndirildi. Bu evlilikdən Kamilə xanım Sultan adlı qızı dünyaya gəldi.
Salehə Sultan (III Əhmədin qızı)
Salehə Sultan (d. 20 aprel 1715 - ö. 11 oktyabr 1778) - 23. Osmanlı padşahı III Əhmədin Hatəm Xanımdan doğulan qızıdır. == Həyatı == Saliha Sultan həyatı boyunca baş tutan evlilikləri ilə məşhurlaşmışdır. Evlilikləri ardıcıl olaraq aşağıdakı kimidir: 21 oktyabr 1727 tarixində Dəli Hüseyn Paşanın oğlu Sarı Mustafa Paşa ilə evlənmişdir. Bu evlilikdən bir oğlu və 4 qızı dünyaya gəlmişdir. 30 aprel 1740 tarixində Əli Paşa ilə evlənmişdir. Əli Paşa 1744-cü ilin aprel ayında vəfat etmiş və Salehə Sultan dul qalmışdır. Dekabr 1744 tarixində Xətibzadə Yəhya Paşa ilə evləndi.
Salehə Sultan (II Mahmudun qızı)
Salehə Sultan (16 iyun 1811, Konstantinopol – 19 fevral 1843, Konstantinopol) — 30. Osmanlı padşahı II Mahmudun və Aşubican Qadınəfəndinin qızı və Xəlil Rüfət Paşanın xanımı. == Həyatı == Salehə Sultan 1811-ci ildə İstanbulda dünyaya gəlmişdir. O, Xəlil Rüfət Paşa ilə 24 may 1834-cü ildə nikah bağlayır. 8 il, 8 ay, 12 gün davam edən bu evlilikdən Ayşə Sidiqə Sultan, Sultanzadə Cavid və Sultanzadə Əbdülhəmid dünyaya gəlir. Salehə Sultan 1843-cü ildə İstanbulda 32 yaşında ikən vəfat etmişdir.
Salehə Sultan (I Mahmudun anası)
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.