Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.
Əlfiya Avzalova
Əlfiya Avzalova (tam adı: Əlfiya Avzalova, tatar. Әлфия Афзал кызы Авзалова; 15 yanvar 1933, Aktanış[d], Tatarıstan MSSR – 15 iyun 2017, Kazan) — tatar əsilli Sovet və Rusiya müğənnisi, Tatarıstan Muxtar Sovet Sosialist Respublikası əməkdar artisti və xalq artisti, RSFSR-in əməkdar artisti, Tatar Filarmoniyasının solisti və Tatarıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Əlfiya Avzalova Tatarıstanın Aktanış rayonunda anadan olmuşdur. Anası vəfat etdikdən, ardınca is atası Böyük Vətən müharibəsində həlak olduqdan sonra yetim qalan Əlfiyanı xalası böyütmüşdür. 1957-ci ildə Tatar Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuş və Soltan Qabəşi, A.Klyuçarev, Mənsur Müzəffərov, Z.Həbibullinin və digər bir çox bəstəkarların əsərlərini ifa etmişdir. Onun repertuarına qədim və müasir folklor mahnılar daxil idi. Əlfiya Raisa Volkova ilə bir yerdə təhsil almış və sonralar Tatar Dövlət Filarmoniyasının bədii direktoru işləmişdir. Ansamblda bir il işlədikdən sonra Əlfiya Avzalova musiqi məktəbinə daxil olmuşdur. Sonralar filarmoniyanın bədii rəhbərliyinin tövsiyəsi ilə Əlfiya Avzalova özünün konsert qrupunu yaratmışdı: qrup tərkibində Kərim Qəbidullinin rəhbərliyi altında orqan, gitara, musiqili klaviatura və sintezatordan ibarət, həmçinin rəqs qrupunun da olduğu "Kazan utları" adlı ansambldan ibarət idi. Bu ansamblla birlikdə Əlfiya Avzalova Mərkəzi Asiya və Baltikyanı dövlətlərə qastrol səfərlərinə getmiş, həmçinin Moskva Leninqrad və Rusiyanın bir sıra şəhərlərində səhnə almışdı.
Ənbiya Surəsi
21-ci surə
Tiya
Tiya — Yuyanın qızı, firon III Amenofisin arvadı.
Berqiya
Elegiya
Elegiya (şeir növü) — Elegiya (şeir) — Elegiya (film, 2001) — Elegiya (film, 1997) — Elegiya — akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş film.
Elqiva
Elqiva (və ya Elfqita, Elgiva, Ælfgifu, Aelgifu, Algyva, Aelgytha) — İngiltərənin kraliçası daha sonra isə rahibə. İngiltərə kralı Edmundun birinci həyat yoldaşı Edviq və Edqarın anası. Öz xronoloqiyasında Uvilyam Malmsberiyalı Elqivanın Müdrüklüyündən yazırdı. Elqiva həyat yoldaşı Edmundun ölümündən sonra Şaftsberi kilsəsinə köçüb.
Etoliya
Etoliya (q.yun. Αἰτωλία) — tarixi Orta Yunanıstanın qərb hissəsində vilayət. Şimalda Epirlə, qərbdə Axeloy çayı boyunca Akarnaniya ilə, şərqdə Enida və Lokrida ilə həmsərhəd idi. Əsasən dağlıq vilayət olan Etoliyanın cənub hissəsini Korinf körfəzinin sahilləri təşkil edir. Ən böyük şəhərləri Ferm, Kalidon, Plevrondur. Etoliya uzun müddət öz inkişafında Yunanıstanın digər vilayətlərindən geri qalmış, lakin ellinizm Etoliya ittifaqının mövcudluğu sayəsində etoliyalılar Yunanıstanın siyasi həyatında çox mühüm rol oynamağa başladılar. E.ə. 189-cu ildə Etoliya Roma tərəfindən fəth edilmişdir.
Magiya
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Retiya
Retiya (Retsiya; lat. Raetia, romanş Rhaetia) — İtalyan yeparxiyasının bir hissəsi olan Roma İmperatorluğunun Tuna əyalətlərinin ən qərbində diotsez. Şərqdə Norik və Veneti ölkəsi, cənubda Transpadan Qaul, qərbdə Helvetiya və şimalda Almaniya ilə həmsərhəd idi. Buraya indiki Baden, Vurttemberq və Bavariyanın cənub hissələri, İsveçrənin şimal-şərq və şərq hissələri, Tirol və Lombardiyanın bir hissəsi daxil idi. == Ədəbiyyat == Retiya // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Bergiya
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Tiya (dəqiqləşdirmə)
Tiya
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Ammaniyayabənzər berqiya
Argiya (okeanida)
Argiya(yun. Ἀργεία) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, qardaşı çay tanrısı İnaxın arvadı və Foroneyin anası.
Canis Degiya
Elegiya (1997)
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Yegiya Tıntesyan
Yegiya Tıntesyan (erm. Եղիա Տնտեսյան; 29 mart (10 aprel) 1834, Konstantinopol – 23 aprel (5 may) 1881, Konstantinopol) — Osmanlı ermənisi bəstəkar, musiqişünas, müəllim, naşir və ictimai xadim. == Həyatı == O, bir çox erməni kilsə himnlərinin melodiyalarını Avropa notalarına yazdırmış və nəşr etdirmişdir. Tıntesyan erməni osmosunun xazik qeydləri məsələlərinə dair əsərlərə malikdir. O, Avropa musiqi təhsili sisteminin və not yazılarının təbliğatçısı olmuşdur. Erməni xalq mahnılarını nəşr etdirmişdir. Bir neçə mahnının müəllifidir. Kilikiyada və Yerusəlimdə musiqi nəzəriyyəsi və kilsə müğənniliyini öyrənmişdir. == Kompozisiyalar == Səkkiz tonda müqəddəs erməni kilsəsinin himnlərinin melodik məzmunu. Konstantinopol, 1864.
Ammaniyayabənzər bergiya
Ammaniyayabənzər bergiya (lat. Bergia ammannioides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinin bergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lechea verticillata Willd. === Heterotipik sinonimləri === Sagina ammannioides B.Heyne ex Wall. Tillaea rubella Blanco Bergia ammannioides var. glaber Abdallah & Sa'ad Bergia ammannioides var. pentandra Wight Bergia oryzetorum Fenzl ex Zoll. Bergia pentandra Cambess. ex Guill. & Perr.
Xatəm əl-Ənbiya İnşaat Bazası
Xatəm əl-Ənbiya İnşaat Bazası, yarı hökumət təşkilatıdır və İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan və hazırda "İranın hökumət layihələri üçün ən böyük podratçısı" kimi fəaliyyət göstərən Xatəmül-Anbia Mərkəzi qərargahının silahlarından biridir. "hesab olunur. Xatəm əl-Ənbiya İnşaat Bazası, İran-İraq müharibəsi bitdikdən sonra Seyid Əli Xameneinin əmri və Mohsen Rezaei əmri ilə qurulmuşdur. Təşkilat ABŞ sanksiyaları altındadır. == Heyət == 1393-cü ildəki baza komandirinin verdiyi məlumata görə, Xatəm bazası 135.000 nəfərlik bir qüvvəyə sahibdir, bunlardan 100.560-ı bazanın rəsmi qüvvəsidir.
Tiya (arxeoloji ərazi)
Tiya — mərkəzi Efiopiyada arxeoloji ərazidir. Əddis-Əbəbədən cənubda yerləşən Quraqe zonasındadır. == Təsviri == Tiya Efiopiyanın Soddo bölgəsində yerləşir. Arxeoloji yeri, UNESCO-nun Ümumdünya İrsi ərazisi, böyük daş sütunları ilə diqqət çəkən bir çox formalaşmaya sahibdir. 32-si üzərində müəmmalı simvollar həkk olunmuş menhirlər ibtidai icmaya aid böyük bir məzarlıq kompleksini qeyd edir. Alman etnoqrafik ekspedisiyası 1935-ci ilin aprel ayında əraziyə baş çəkmiş və bir saatlıq səyahət zamanı üzərində qılınc simvolu olan daş monolitləri tapmışdır. Arxeoloji sahə 1980-ci ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Tiyada az araşdırma aparılmışdır və bu tip yerləri arxeoloji baxımdan anlamaqda bir sıra çətinliklər var. Birincisi meqalit qurucularının kimliyini müəyyənləşdirmək çətindir. İkincisi arxeoloqlar şifahi tarixi hesablar vasitəsilə etnik tarixlərin yenidən qurulması ilə məşğuldurlar, lakin bunlar bir çox hallarda əlçatmaz və ya məlumatsızdır.
Etgi
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Egina (dəqiqləşdirmə)
Egina
Egina (şəhər)
Egina (yun. Αίγινα) — Yunanıstanda, eyniadlı adanın şimal-qərb hissəsində, Egey dənizinin Saronikos körfəzində, Peloponnes yarımadasının şimal-şərq sahillərində şəhər. Şəhər sahildə, dəniz səviyyəsindən 17 metr hündürlükdə yerləşir. Attika periferiyasında adanın periferik vahidində eyniadlı icmanın inzibati mərkəzi. Əhalisi 2011-ci il siyahıyaalınmasına görə 6,867 nəfərdir. == Egina dimi == 1835-ci ildə Egina dimi təsis edilmişdir. Egina icması 1912-ci ildə yaradılmışdır (ΦΕΚ 262Α). İcmaya insan yaşamayan İpsili və Staxtoroyi adaları, həmçinin Eleusa adasındakı Laqusa, Panayisa adasındakı Laqusaki və Fərziyyə monastırı da daxil olmaqla 12 yaşayış məntəqəsi daxildir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalisi 7,253 nəfərdir. Sahəsi 38,657 kvadrat kilometrdir.
Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti
Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti (farsca: دانشگاه پدافند هوایی خاتم‌الانبیا) — Tehranda yerləşən İran hərbi hava müdafiəsi Universitetidir. Bu universitetin missiyası Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Bazasına və Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinə lazım olan işçi qüvvəsini hazırlamaqdır. == Müdafiə Məsələləri İdarəetmə Fakültəsi == Xatam əl-Ənbiya hava hücumundan müdafiə universiteti ölkənin maraq və ehtiyaclarına əsaslanaraq, bu sahənin tələbələrinə uyğun olaraq inzibati işlər, pedaqogika elmləri, nəqliyyat əməliyyatları, hazırlıq və təchizat əməliyyatları, hərbi polis, maliyyə ixtisasları üzrə təhsil verir. Həmçinin hava və piyada əməliyyatları təhsilini başa vurub müvafiq ixtisas üzrə müdafiə məsələlərinin idarə edilməsi üzrə ekspert dərəcəsi aldıqdan sonra təşkilatın ehtiyaclarına uyğun olaraq ölkədəki hava hücumundan müdafiə bazalarının müxtəlif bölmələrində xidmət edirlər.