Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abası
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abayı
Abayı — Azərbaycanın milli rəqsi. Rəqs Şəki-Zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Rəqsi əsas etibarilə ahıl adamlar - həm qadınlar, həm də kişilər oynayırlar. Rəqsin melodiyasını Şəki musiqiçiləri yaratmışlar. Bir qədər mübaliğəli, gülməli rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektiv surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özü üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbası
Abbası — pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Aybaşı
Menstruasiya və ya aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q. Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Elizabet adası
Elizabet adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Avstriyanın cənubunda yerləşən Klaqеnfurt şəhəri şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada arxipelaqın mərkəzində, Solsberi adasından 4.5 km qərbdə yerləşir. == Təsviri == Ada ovalvari formasına malikdir. Uzunluğu 3 km, eni isə 2 km-dir. Ada buzdan tam azaddır. Mərkəzində adanın maksimal hündürlüyü 120 m olan zirvə vardır. Şimalında kiçik göllərə sahibdir.
Ella adası
Ella adası (dan. Ella Ø) — Qrenlandiyanın şərqində, Kral Oskar fiordunun şimalında, Kempe fiordunu girəcəyində yerləşən ada. Ada Şimal-Şərqi Qrenlandiya Milli Parkı ərazisinə daxildir. Alfred Qabriel Nathorstın 1899-cu il ekspedisiyası zamanı həyat yoldaşı Emi Rafaella Vindalın (qısaca Ella) (1858–1936). == Tarixi == Laqe Kox adanın şimalında daxmaya sahib isi. Botanik Torvald Sorensen 1931–1934-cü illər ərzində burada yaşamışdır. O, öz müşahidələrini doktorluq işinin 1941-ci ildə müdafiyəsində istifadə etmişdir. İkinci dünya müharibəsi zamanı ABŞ ordusunun bölüyü yerləşdirilmişdi. 1971-ci ildə adada L-6 xondrit adı verilən meteorit tapılmışdır.
Eqlinton adası
Eqlinton adası (ing. Eglinton Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur. == Coğrafiya == Adanın sahəsi 1541 km²-dir. Kraliça Yelezaveta adaları qrupuna daxil olan adalar arasında sahəsinə görə 13-cüdür. Ada Kanada Arktikasının qərbində, Kraliça Yelezaveta adaları qrupunun isə cənub-qərb qutaracağında yerləşir. Melvill adasının qərb sahillərindən 22 km aralıdadır. Bu iki adanı Kellett boğazı ayırır. Şahzadə-Patrik adası adasının cənub-şərq sahillərindən 23 km enə malik Korojer boğazı ilə ayrılır.
Eqq adası
Eqq adası (ing. Egg Island, aleut. Ugalĝa;) — Aleut adaları qrupuna, Foks adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı ərazisinə daxildir. Unalaşka adasının şərq ucunda və Sedanka adasının şimal-şərq ucundan çox uzaqda yerləşir. Aleut adalarının ən şərq adasıdır. Ada 1.259 km² ərazini əhatə edir və yaşayış yoxdur. Onun əsl adı leytenant Qavril Sarıçev tərəfindən verilmiş Yaiçnı (Yumurtalı) adı olur. Çağdaş ada rus dilindən tərcüməsidir. Onun indiki adı İmperator Rusiya Hərbi Dəniz Qüvvələrinin leytenantı Qavril Sarıçev tərəfindən verilmiş rus adının tərcüməsidir.
Fil Adası
Fil adası (ing. Elephant Island), Antarktida sahillərində, Cənubi Şetland adalarınındə yerləşən buzlarla örtülü bir adadır. == Yerləşmə == Koordinatları 61°08'C, 55°07'Q-dir. Cənubi Georgiyanın 1290 km cənub-qərbində, Folklend adalarının 940 km cənubunda və Horn Burnunun 890 km cənub-şərqində yerləşir. Şərqdən qərbə doğru uzanan adanın ən yüksək nöqtəsi, "Pardo Beli" adlanan 852 metr hündürlükdə olan təpədir.. == Flora və Fauna == Adada əhəmiyyətli bir flora və ya özünə məxsus bir faunası yoxdur. Fil Adasında pinqvinlər və dəniz ayıları tapmaq olar. Balina ovu və meteorologiya fəaliyyəti üçün uyğun bir nöqtədə yerləşməsinə baxmayaraq, etibarlı bir limanının olmamasından ötrü qalıcı olaraq insan məskunlaşması mümkün olmamışdır. == Coğrafiyası == Adanın havası əsasən dumanlı və qarlı olur. Küləyin sürəti saatda 180 km-ə qədər çata bilir.
Fippsoya adası
Fippsoya (norv. Phippsøya) — Şpitsbergen arxipelaqına daxil olan qayalıqdan təşkil olunmuş adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Barens dənizi akvatoriyasına daxildir. Ada 1773-cü ildə Şpitsbergen ekspedisiyasında iştirak etmiş iki ingilis bombardımançı gəmisinin komandiri Konstantin Fippsin şərəfinə adlandırılmışdır. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Fiqurnıy adası
Fiqurnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın şərqində yerləşir. Fiqurnıy adasından qərbdə Sredniy adası və Strela adası yerləşir. Şərqdə Vostoçnıy adası yerləşir. Əslində isə bu bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. == Təsviri == Aypara formasına malikdir. Şərqdən qərbə uzunluğu 12 km, şimaldan cənuba isə 8 km təşkil edir.
Fironlar adası
Faraonlar adası (ərəb. جزيرة فرعون‎) — Qırmızı dənizə dail olan Akaba körfəzində yerləşən qayadan ibarət olan ada. Ada misirə məxsusdur. Adanın sahəsi 0.039 km²-dir. 2013-cü il məlummatına görə adada daimi yaşayış yoxdur. == Coğrafiyası == Sinay yarımdasından bir qədər aralıda, Ərəbistan yarımadasından isə qərbbdə yerləşir. Ada Tabadan 8 km cənubdadır. Adanı sinay yarımadasından ensiz boğaz ayırır. Ada ilə yarımada arasında ən qısa məsafə 190 metrdir. Adanın uzunluğu 350 m, eni isə 170 metrdir.
Foli adası
Foli adası (ing. Foley Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Foley adası Foks körfəzinin şimal-şərq küncündə, Baffin Torpağının sahillərində yerləşir. 12 km enində olan Koçram boğazı adanı cənubda Şahzadə-Çarlz adasından ayırır. Adanın cənub-şərqində Er-Fors adası, şimalda Baffin Torpağı adasının Berd yarımadası yerləşir. Adanın sahəsi 637 km²-dir. Sahil xəttinin uzunluğu 153 km-dir. Adanın əksər hissəsinin relyefi alçaqdır və dəniz səviyyəsindən 20 metrdən çox deyil, adanın ən yüksək nöqtəsi şimal-şərqdə yerləşir və hündürlüyü 65 metrdir.
Foqlaryo adası
Foqlaryo adası (isv. Fåglarö) — Saksarferden körfəzində, Stokholm arxipelaqının tərkibinə daxil olan ada. İnzibati cəhətdən Stokholm leninin Esterokersuyu kommunasına daxildir. Ada ilə əlaqə "Vaksxolmsbulaqet" şirkətinin gəmiləri ilə yaradılır. Qışda adada demək olar ki, insan yaşamır. Yayda isə insanlar adanı sadəcə gəzirlər. Yollar gəzinti cığırlarından ibarətdir.
Gil adası
Gil adası — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunluğu 2.5 km, ən enli yeri isə 0,3 km təşkil edir. Məskunlaşma yoxdur. Adaya ən yaxın yaşayış məntəqəsı Ələt qəsəbəsidir. Adanı sahildən 3,5 km-lik məsafə ayırır. Bakı şəhərı Qaradağ rayonun inzibati ərazisinə aiddir. Ərazisi 0,9 km² təşkil edir. Ada Ələt körfəzində yerləşir.Suxurlar əsas etibarı ilə gildən təşkil olmuşdur. Hündürlüyü 6 metr təşkil edir. == Ekologiyası == Ada 1964 ildən yasaqlıq elan edilib.
Giresun adası
Giresun adası (türk. Giresun Adası) ― Qara dənizin cənub-şərq sahilində, Türkiyənin Giresun şəhərindən 1,2 km məsafədə yerləşən kiçik ada. Adanın sahəsi 4 hektardır. Giresun adası Türkiyənin Qara dəniz sahilindəki ən böyük adasıdır. == Tarix == Adanın qədim adlarına Aretias (yun. Ἀρητιάς), Areos Nesos (yun. Ἄρεος νῆσος; Ares adası deməkdir), Xalserit (yun. Χαλκερίτις) və Puqanı nümunə göstərmək olar. Tarixi dövrlərdə ada, ehtimal ki, eramızdan əvvəl 6-cı və ya 5-ci əsrdə materik şəhəri Kerasousdan (indiki Giresun şəhəri) olan yunan kolonistləri tərəfindən istifadə edilmişdir. Adada damı olmayan daş məbədin xarabalıqları, istehkam və qalalar və iki şərab və ya yağ presi var.
Hemskerk adası
Hemskerk adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Kara dənizinə daxil olan Murmans buxtasınfda, Şimal adasının şərq sahillərində yerləşir. Ada 1596-cı ilin avqustunda holland dənizçiləri tərəfindən gəmi kapitanı Yakov van Hemskerkin şərəfinə adlandırılmışdır. Adada morjların daimi dayanacaq yeri olan yataq vardır. Burada Böyük sahilqağayısına aid yuvalama yerləri vardır.
Hendorabi adası
Hendorabi (fars. هِندُرابی‎ , ing. Hendorabi) — İran körfəzində İrana mənsun olan ada. Henderabi adası Kiş adasından bir qədər aralıda, Hörmüzqan ostanlığının Bənder Lanq şəhristanına daxildir. İranın cənubunda yerləşən ada Çiru adasından 9 km cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu 8 mil, eni isə 4 mildir. Henderabi adası Kiş adası ilə Lavan adaları arasında yerləşir. Hendurbi ilə Kiş adası arasında məsafə 28 km, Lavan adası ilə məsafə isə 1333 kilometrdir. Adanın səthi hasmardır, demək olar ki, hündür əraziyə rast gəlinmir. Adanın şərq və şimal hissələrində hamar enişlər vardır ki, onlarda dənizin dibinə doğru irəliləyir.
Herald adası
Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir. == İqlim == İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir. Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.
Heys adası
Heys adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 242 m. Ada 1901-ci ildə Bolduin-Siqler ekspedisiyası tərəfindən kəşf edilmişdir və amerikan qütb araşdırmaçısı Ayzek Heysin şərəfinə adlandırılmışdır. Ən böyük gölü — Kosmiçeskoe. Adanın şərqindən Romantikov çayı axır. == Maraqlı faktlar == 2005-ci ildə ada ərazisində Şimal qütbünə ən yaxın "Arxangelsk 163100" poçt bölməsi açılmışdır. Bölmə həftənin 2,3,4 və 5-ci günlər gündə cəmi bir saat fəaliyyət göstərməli idi (10:00; 11:00). Ancaq onun indi 3-cü günlər işlədiyini deyirlər. Heys adasında Vladimir Sanin özünün ən məşhur kitabı olan "Sən Arktikaya sağ ol demə" əsərini yazmışdır.