Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aqreqat (texnika)
Aqreqat — qarşılıqlı surətdə tam əvəz oluna bilən ayrı-ayrı funksiyaları sərbəst yerinə yetirən birləşdirilmiş və unifikasiya edilmiş maşın (və ya maşın kompleksi) qovşağı. Bunlara elektrik mühərriki, reduktor, nasos və s. aid edilir. Bəzən 2 və daha artıq maşından ibarət qurğuya da aqreqat deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Wilmjakob Herlyn: PPS im Automobilbau – Produktionsprogrammplanung und -steuerung von Fahrzeugen und Aggregaten. Hanser Verlag, München 2012, ISBN 978-3-446-41370-2. T. Pfeifer, P. Lorenzi, R. Schmidt: Betriebsanleitungen modular aufbauen. In: technische kommunikation. 24, H. 2, 2002, S. 19.
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Aqreman
Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Adi qarağat
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Eucalyptus aggregata
Eucalyptus aggregata (lat. Eucalyptus aggregata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus rydalensis R.T.Baker & H.F.Sm.
Eugenia aggregata
Eugenia aggregata (lat. Eugenia aggregata) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Qara qarağat
Qara qarağat (lat. Ribes nigrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir. Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür.
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Qırmızı qarağat
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır. Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir. Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır. Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
Qızılı qarağat
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir. Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir.
Berberis aggregata
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir. == Ekologiyası == Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.
Callista aggregata
Dendrobium lindleyi (lat. Dendrobium lindleyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista aggregata Kuntze Dendrobium aggregatum Roxb. === Heterotipik sinonimləri === Dendrobium alboviride var. majus Rolfe Dendrobium lindleyi var. majus (Rolfe) S.Y.Hu Epidendrum aggregatum Roxb. ex Wall.
Great Soviet Encyclopedia
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926–1947 İkinci nəşr: 49 cild və əlavə cild № 50, № 51, № 52 — SSRİ, 1949–1960 Üçüncü nəşr: 30 cild və əlavə cild № 24 — SSRİ, 1969–1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir. Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Things Are Great
Things Are Great — ABŞ indi-rok qrupu Band of Horses(en)-in altıncı studiya albomu. 4 mart 2022-ci ildə BMG tərəfindən buraxılıb.