Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Alunia
Dittrichia (lat. Dittrichia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cupularia Godr. & Gren. === Heterotipik sinonimləri === Alunia Lindl. Myriadenus Cass.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Alanis Morissett
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Alanis Morissette
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Alaniya FK
Alaniya (Vladiqafqaz) — Rusiyanın futbol klubu. == Tarixi == 1921-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kuboklarında iştirak edib.
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Marki-Aloniya
Marki-Aloniya — mərkəzi Kiprdə tarixdən əvvəlki dövrə aid yaşayış məskəni. 1990–2000-ci illərdə burada La Troba Universitetindən Devid Frankel və Cennifer Vebb tərəfindən qazıntılar aparılmışdır. Qazıntılar Marki-Aloniyada erkən Tunc dövründən Orta Tunc dövrünə qədər yaşayışın olduğunu göstərmişdir. Bu, dövrün ən geniş qazıntı sahəsidir və Filiya mədəniyyətinin inkişafı üçün dəlillər təqdim edən yaşayış məskənləri arasında ən uzunmüddətli yaşayışa malik olmuş yeganə məntəqədir. == İstinadlar == == Əlavə ədəbiyyat == D. Frankel and J.M. Webb, 2006. Marki Alonia. An Early and Middle Bronze Age Settlement in Cyprus. Excavations 1995–2000. Studies in Mediterranean Archaeology CXXIII:2. Sävedalen.
Alnı
Alnı — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,739 nəfər yaşayır (1,197 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Nuxrat Alanı
Nuxrat Alanı (tatar. Noqrat Alanı, Нократ Аланы, mari Виче Алан) ya da Vyatskiye Polyanı (rus. Вятские Поляны) — Rusiya Federasiyasının Kirov vilayətində yerləşən şəhər.
Alçın Şirinzadə
Alçın Şirinzadə (azərb. Şirinzadə Alçın Əlsəftər oğlu:‎) (23 may 1951, Bakı) — 2007–2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor == Həyatı == Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə — Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974–1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975–1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir. 1981–1984-cü illərdə neftçıxarma işində artıq təcrübə qazanmış və onu "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984–1990-cı illərdə ADNA-nın iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990–1992-ci illərdə "Xəzərdənizneftqaz" İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992–1994-cü illərdə "Azneft" neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir. 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi "Neft Daşları" NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır.2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur. 2007-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Nimrod Aloni
Nimrod Aloni (ivr. ‏נמרוד אלוני‏‎; 12 iyul 1973, Eyn Karem) — İsrail Silahlı Qüvvələrinə mənsub General-mayor, yəhudi əsilli hərbçi. 1991-ci ildən etibarən ölkəsinin Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən Aloni orduda bir sıra mühüm vəzifələrdə çalışıb. Dərinlik Korpusunun komandiri kimi bir necə il xidmət etdikdən sonra, 143-cü "Qəzza" diviziyasının komandiri təyin edilib və Ramallah bölgəsində ordu tərəfindən icra edilmiş hərbi əməliyyatlara rəhbərlik edib. 2023-cü ilin 7 oktyabr tarixində başlamış Qəzzə–İsrail münaqişəsi zamanı Həmas qruplaşmasının mənsubları tərəfindən əsir götürülüb. Alonini fələstinli döyüşçülər tərəfindən saxlanıldığını və harasa aparıldığını əks etdirən foto şəkillərin mediada yayılmasına baxmayaraq, sözügedən hadisə İsrail Silahlı Qüvvələri tərəfindən rəsmən təsdiqlənməyib. 8 oktyabr 2023-cü il tarixində Aloni-nin digər İsrail hərbi rəsmiləri ilə danışdığını göstərən video paylaşıldıqdan sonra bu iddia yalan kimi qiymətləndirildi. Nimrod Aloni 1973-cü ilin 12 iyul tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Ailəsi şəhərin kənarında yerləşən Eyn-Kərəm kəndində yaşayıblar. 1991-ci ilin noyabr ayında 35-ci Paraşütçülər Briqadasında könüllü olaraq xidmətə başlayıb və beləliklə İsrail Silahlı Qüvvələrində ilk addımlarını atmağa başlayıb.
Alaniya Milli Parkı
"Alaniya" Milli Parkı — Şimali Osetiyanın cənub-qərb hissəsində milli park. Milli park 18 fevral 1998-ci ildə unikal təbiət komplekslərini qorumaq məqsədi ilə yaradılmışdır. Alaniya milli parkı həmçinin ekoloji, təhsil, elmi və mədəni məqsədlər üçün nəzərdə tutulmuşdur. Milli park Rusiya Təbii Sərvətlər Nazirliyi tərəfindən idarə olunur. == Coğrafiyası == Milli park Mərkəzi Qafqazın şimal yamaclarında yerləşir. Milli park ərazisi hər tərəfdən yüksək dağ silsilələri ilə əhatələnib. Milli park ərazisinə yeganə yol Urux çay vadisi boyuncadır. Yol üzərində unikal Axsinta kanyonu var. Parkın yerləşdiyi ərazi yüksək dağlıq zona hesab olunur. Ərazinin minimal hündürlüyü 1350 metrdir.
Alaniya Vladiqafqaz FK
Alaniya (Vladiqafqaz) — Rusiyanın futbol klubu. == Tarixi == 1921-ci ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 5 dəfə Avropa kuboklarında iştirak edib.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Şimali Osetiya-Alaniya
Şimali Osetiya Respublikası (rus. Республика Северная Осетия — Алания, oset. Республикæ Цæгат Ирыстон — Алани) — Rusiya Federasiyası subyektlərindən biri. 7 iyul 1924-cü ildə muxtar vilayət kimi yaradılıb, 1991-ci ildən Şimali Osetiya-Alaniya Respublikası kimi fəaliyyət göstərir. Sahəsi 8 min km2 , əhalisi 710.275 (2002) nəfərdir. Şimali Osetiya Böyük Qafqazın şimal yamacında yerləşir. Republikanın şimalında Stavropol düzənliyi, ondan cənubda Terek və Sunja silsilələri, mərkəzdə Şimali Osetiya düzənliyi, cənub hissədə Baş Suayrıcı, Böyük Qafqaz silsiləsi (5033 m hündürlüklü Kazbek dağı) mövcuddur. İqlimi kontinentaldır. Düzən ərazilərdə yanvarın orta tempteraturu −4.5°S, İyulun isə 24°S-dir. Düzənliklərə ildə 600–700 mm, dağlara isə 1000 mm yağıntı düşür.
Nagehan Alçı
Nagehan Alçı (13 aprel 1977, İstanbul) — Türkiyə jurnalisti və aparıcısı. 13 aprel 1977-ci ildə İstanbulda doğuldu. İstanbul Liseyini bitirdikdən sonra Boğaziçi Universiteti Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Fakültəsində təhsil aldı. Sosial mediada onun katolik məktəbindən məzmun olduğu ilə bağlı iddialar həqiqəti əks etdirmir. İngilis, alman, ispan dillərini bilir. Fransız dilini də anlayır, zəif səviyyədə ərəb dilində də bilir. 20 may 2006-cı ildə Emre Ayan ilə evləndi. Daha sonra onlar boşandı. 2010-cu ilin dekabrında Rasim Ozan Kütahyalı ilə evləndi. Bu evlilikdən Betül Yasemin ve Ayşe Ela adında iki əkiz qızları oldu.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Alenia C-27J Spartan
Alenia C-27J Spartan Leonardo şirkəti tərəfindən istehsal olunan hərbi nəqliyyat təyyarəsidir. İlk uçuşunu 1999-cu ildə həyata keçirib. Standart konfiqurasiyadan əlavə olaraq, C-27J-nin dəniz patrulu, axtarış və xilasetmə, müşahidə və kəşfiyyat, yanğına dəstək və radioelektron mübarizə üzrə variantları mövcuddur. C-27J Avstraliya, Bolqarıstan, Çad, Yunanıstan, İtaliya, Keniya, Litva, Meksika, Mərakeş, Peru, Rumıniya, Slovakiya, Sloveniya, Zambiya və açıqlanmayan ölkələrin hərbi hava bölmələri tərəfindən sifariş edilmişdir. == Tarixi == == İstifadə edən ölkələr == Avstraliya — Kral Avstraliya Hərbi Hava Qüvvələri 10 ədəd təyyarə sifariş edib, ilk təyyarə 2015-ci ildə təhvil verilib. 2018-ci ilin aprelində 10-cu təyyarənin təslimatı tamamlandı. Azərbaycan — Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən 2023-cü ildə sifariş olunmuş 1 ədəd C-27J Spartan tipli hərbi nəqliyyat təyyarəsi 2024-cü ilin iyununda Azərbaycan tərəfinə təqdim olunub. Bolqarıstan — Bolqarıstan Hərbi Hava Qüvvələrində 2024-cü ilin may ayından etibarən xidmətdə olan üç C-27J var. Çad — Çad Hərbi Hava Qüvvələri əvvəlcə 2013 və 2014-cü illərdə alınan iki C-27J-ni ​​idarə edir. Yunanıstan — Yunanıstan Hərbi Hava Qüvvələrində 2012-ci ilin yanvarından istifadədə olan səkkiz C-27J var.