Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adans.
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Alrans
Alrans (fr. Alrance, oks. Alrança) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sal-Kyuran kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12006. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 26 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 204 nəfər (15-64 yaş) arasında 148 nəfər iqtisadi fəal, 56 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 72.5%, 1999-cu ildə bu 62.3%).
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Valans
Valans (fr. Valence [va.lɑ̃s], oks. Valença, lat. Valentia) — şəhər və kommuna Fransada. Drome departamentin inzibati mərkəzi. Rona çayının sol sahilinin qayaüstü yüksəkliyində yerləşir. Valans, Narbonna Qallo şəhərində (Romalılar Fransanın bu hissəsini bele adlandırıb) yaradılan Valentia Roma koloniyasından yaranıb. IV əsrdən etibarən, şəhərdəki bütün hakimiyyət episkoposlara aid idi, yalnız 1450-ci ildə XI Luis sonuncu kralın himayəsi və universitetin yaradılması (Fransız İnqilabı dövründə ləğv edilmiş) üçün şəhərə öz hüquqlarını verməyə inandırdı. Kral Valansı Valentinua hersoqluğunun paytaxdı etdi və ona Çezare Borciya titulunu verdi. Titulun hazırkı sahibləri Monakonun hökmdarıdır.
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Aland adaları
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Aland dənizi
Aland dəniz — Atlantik okeanına daxil olan Baltik dənizi ilə Botniç körfəzi arasında yerləşir. Ən dərin yeri 301 metr təşkil edir. Aland adaları ilə materik arasında mövqe tutur. Dəniz İsveç və Finlandiya arasında əsas dəniz yolu üzərində yerləşir. Dəniz sahilində 67,700 nəfər yaşayır (hər m2 üçün 0,0000677 nəfər).
Aland konvensiyası
Aland konvensiyası - Aland adalarının statusunun müəyyən edilməsi ilə bağlı 1921-ci ildə onlarla dövlət tərəfindən qəbul edilmiş və Millətlər Cəmiyyəti tərəfindən təsdiq edilmiş müqavilə. == Tarixi == Aland konvensiyasının şərtlərinə uyğun olaraq Aland adaları tamamilə silahsızlaşdırılmış zona elan olunurdu: onun ərazisində heç bir hərbi birləşmə saxlanıla və heç bir hərbi istinadgahlar inşa edilə bilməzdi. İsveç dilinin və mədəniyyətinin saxlanması haqqında Əsasnaməyə əsasən Aland adalarında yaşayan gənclər hərni xidmətə cəlb edilə bilməzlər. 1939-1940-cı illərdə baş vermiş Sovet-fin müharibəsinin başa çatması ilə bağlı SSRİ ilə Finlandiya arasında Aland adaları haqqında razılaşmaya dair müqavilədə Aland konvensiyasının bir çox şərtləri təkrar olunurdu. Lakin demilitarizasiya haqqında yeni müqavilə az sonra SSRİ ilə Finlandiya arasında başlanmış müharibə nəticəsində pozuldu. İkinci dünya müharibəsindən sonra Aland adalarının demilitarizasiyası ilə bağlı statusu 1947-ci il Paris sülh müqavilələri ilə təsdiq olundu və bu günədək qüvvədədir.
Aland müharibəsi
Aland müharibəsi (fin Oolannin sota, isv. Åländska kriget) — 1854–1856-cı illərdə Rusiya imperiyası ilə Fransa və İngiltərə arasında Krım müharibəsi zamanı Finlandiya böyük hersoqluğu sahillərində Britaniya–Fransa dəniz qüvvələrinin hərbi və mülki obyektlərə qarşı əməliyyatları. Finlandiya tarixşünaslığında istifadə edilir. Müharibə Alanddakı Bomarsund döyüşünün şərəfinə adlandırılmışdır. Rumıniya cəbhəsində irəliləyən Rusiya imperiyası 4 oktyabr 1853-cü ildə Osmanlı imperiyasını müharibə elan etməyə təhrik etmiş, İngiltərə və Fransa osmanlıları dəstəkləmək qərarına gəlmişdi. Aland müharibəsinin məqsədi Rusiyanın kommunikasiya yollarını və xarici ticarətini kəsmək, onu sülhə məcbur etmək və İsveçi Rusiyaya qarşı müharibəyə cəlb etmək idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Eero Auvinen: Krimin sota, Venäjä ja suomalaiset. Turun yliopisto, 2015. (in Finnish) Raoul Johnson & Ilkka Malmberg: Kauhia Oolannin sota – Krimin sota Suomessa 1854–1855. John Nurmisen säätiö, 2013.
Aland mərkəzi
Aland mərkəzi (isv. Åländsk Center) — Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Alanis Morissett
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Alanis Morissette
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Alnas FK
Alnas FK — Almetyevskdən futbol komandası. 1967-ci ildən 2008-ci ilədək peşəkar futbol klubu kimi fəaliyyət göstərmişdi. 2006-cı ildə Rusiyanın ikinci liqasında ən yaxşı nəticəsi 4-cü yer olmuşdur. 2008-ci ildə komanda dağılmışdır.
Alyans Arena
Alyans Arena — Almaniyanın Münhen şəhərində futbol stadionu. Bayern Münhen futbol klubu 2005/06 mövsümündən etibarən ev oyunlarını burada keçirir. Dortmundda yerləşən Siqnal İduna Park stadionundan sonra Almaniyanın ikinci böyük stadionudur. == Haqqında == 2005-ci ildə istifadəyə verilən Alyans Arena Avropanın ən yaxşı stadionlarından sayılır. Stadionun tutumu ev oyunlarında 75 min, beynəlxalq yarışlarda 70 min nəfərdir. Stadionun fasadı axşamlar və ya oyunlar keçirilən zaman işıqlandırlır. Tikintisinə 340 milyon avro sərf edilmişdir.
Lankasterli Blanş
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Nuxrat Alanı
Nuxrat Alanı (tatar. Noqrat Alanı, Нократ Аланы, mari Виче Алан) ya da Vyatskiye Polyanı (rus. Вятские Поляны) — Rusiya Federasiyasının Kirov vilayətində yerləşən şəhər.
Sant Albans
Sant Albans (ing. St Albans) — İngiltərədə şəhər.
Savoyyalı Blanş
Savoyyalı Blanş (it. Bianca di Savoia) (1472, Kazale-Monferrato[d], Pyemont – 30 mart 1519, Turin) — Savoyya hersoqu I Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Montferat markizi VIII Uilyam, anası isə Milan hersoqu I Françesko Sforzanın qızı Elizabet Sforzadır. 1 aprel 1485-ci ildə Savoyya hersoqu I Çarlzla evləndirildi və bu nikahdan 2 övladı dünyaya gəldi. Ərinin 1490-cı ildə ölümü və 1 yaşlı oğlunun hersoq elan edilməsinin ardından Blanş taxt naibi təyin edildi. Naibliyi dövründə Fransa ilə dost münasibətlər saxlanıldı. Hətta Fransa kralı VIII Çarlza və ordusuna İtaliyanı və Neapolu işğal etdiyi səfəri əsnasında hersoqluğun ərazisindən keçməyə icazə verildi. Ancaq oğlunun 6 yaşında ikən yatağından düşərək ölməsi nəticəsində taxt boş qaldı. Səltənət ərinin əmisi olan Savoyyalı Filippin əlinə keçdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti mərhum hersoq I Çarlz və Blanşın 9 yaşlı qızı Yolanda ilə evləndirdi.
Valans (rayon)
Valans (fr. Valence) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Drom. Suprefektura — Valans. Rayonun əhalisi 2011-cı ildə 308 450 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 164 nəf / km² . Rayon ərazisi — 1884 km². kanton Bur-de-Peaj; kanton Krest (8 kommun); kanton Dyölöfi (1 kommun); kanton Drom-de-Kolin; kanton Loryol-sür-Drom (6 kommun); kanton Roman-sür-İzer; kanton Sen-Valye; kanton Tan-l'Ermitaj; kanton Valans-1; kanton Valans-2; kanton Valans-3; kanton Valans-4; kanton Verkor-Mon dü Maten (25 kommun).
Dan-Blanş
Dan-Blanş (fr. Dent Blanche) — İsveçrənin Vale kantonunda Pennine Alp dağlarında zirvə. 4.357 m (14.295 fut) hündürlüyündədir və Alp dağlarının ən yüksək zirvələrindən biridir. Zirvəyə ilk yüksəliş 18 iyul 1862-ci ildə Tomas Stüart Kennedi, Uilyam Viqram, Yohan Kroniq və Jan-Batist Kroz tərəfindən edilmişdi. == Adının mənşəyi == Fransız dilindən hərfi tərcümədə Dent Blanche — Ağ Diş deməkdir. Bununla belə, Dan-Blanş zirvəsində qar və buzlaqlar demək olar ki, olmur. 1842-ci ildə Voerl atlasında hətta Dan-Blanş Dan Noire (Qara Diş) kimi adlandırıldı. Guman edilir ki, yaxınlıqda yerləşən indi Val-d'Herans kimi tanınan başqa bir zirvə ilə adlarda qarışıqlıq olub. Bu zirvənin şimal üzü qar və buzlaqlarla örtülüdür. Vale kantonunun yerli sakinləri görünən qarsız zirvəni Val-d'Hérans, arxasındakı gizli zirvəni isə Dan-Blanş adlandırırdılar.
Aland Muzeyi
Aland Muzeyi və ya Aland Mədəniyyət Tarixi Muzeyi — Finlandiyanın Mariehamn şəhərində muzey. Muzeyin binası şəhərin şərq hissəsində, limandan təxminən 200 m. aralıda yerləşir. Aland Dəniz Muzeyi ilə yanaşı adaların ən əhəmiyyətli muzeydir. Aland Muzeyinin sərgisi arxipelaqın tarixinə və müasir həyatına həsr olunub. Muzey adaların tarixini e. a. dövrlərdən bu günə qədər izləyir və yerli incəsənətin və mədəniyyətin daimi kolleksiyasını, eləcə də maraqlı müvəqqəti sərgilərini nümayiş etdirir. Muzeydə həmçinin İsveçrə mədəniyyətinə aid eksponatlar nümayiş olunur. == Muzeyin tarixi == Aland Muzeyi 1936-cı ildən bəri "Aland Dostları" (Ålands vänner) fondunun yaratdığı sənət kolleksiyasından qaynaqlanır.