Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paolo Nutini
Paolo Nutini (d. 9 yanvar 1987, Peysli) Şotlandiya doğumlu müğənni. Atası İtaliya, Toskana əsilli olmasına baxmayaraq, anası əslən Böyük Britaniyadandır. Nutininin çıxış albomu These Streets, 2006-cı ilin iyul ayında İngiltərədə çıxmışdır. Albomda Last Request, Jenny Don't Be Hasty və New Shoes kimi mahnılar yer almışdır.
Antoni
Antoni — ad. Mark Antoni — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı.
Qlazqo
Qlazqo (ing. Glasgow [ˈɡlɑːzɡoʊ], ş.german Glesga, şot.kelt Glaschu [ˈkɫ̪as̪xu]) — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır. VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi. Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır. Romalılar Britaniyanı fəth edən dövrdə, Qlazqo olan qəsəbə Kethyurs (ing. Cathures) adlanırdı.
Antoni (rayon)
Antoni (fr. Antony) — Fransanın İl-de-Frans regionun rayonlarından biri. Departamenti — O-de-Sen. Suprefektur — Antoni. Rayon əhalisi 2006-cı ildə 402,868 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8222 nəfər / km². Rayon ərazisi — 49 km².
Antoni Cenkinson
Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529 və ya 8 oktyabr 1529, Lesterşir[d] – 16 fevral 1611) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir. == Həyatı == Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş "Moskva" kompaniyasının qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson "Moskva" kompaniyasına qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi. == Səyahətləri == === İlk səyahəti === Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur.
Antoni Flu
Antoni Flu (ing. Antony Garrard Newton Flew; 11 fevral 1923, London – 8 aprel 2010[…], Ridinq) — ingilis filosofu. O, analitik təfəkkür məktəbinə sadiqliyi və din fəlsəfəsi ilə bağlı fəaliyyəti ilə tanınır. Flu keçmişdə ateizmin güclü tərəfdarı idi və Allah haqqında dəlil olana qədər ateizmin qəbul edilməsi lazım olduğunu müdafiə edirdi. O, həmçinin ölümdən sonra həyata inamı, şər probleminin azad iradə ilə həllini və Allah anlayışının mənasını tənqid etmişdir. Lakin 2004-cü ildə deizmə qayıtdığını elan etdi. Bundan sonra o, Roy Abraham Varqesenin töhfələri ilə "Bir Tanrı var: Dünyanın ən məşhur ateistinin fikrini necə dəyişdirdi" kitabını nəşr etdi. Kitab nəşr edildikdən sonra New York Times-da Flüunun əqli qabiliyyətlərini itirdiyini və orijinal müəllifin Varqes olduğunu iddia edən bir məqalə dərc olundu. Məsələ hələ də mübahisəlidir, bəzi müəlliflər, o cümlədən PZ Myers və Richard Carrier iddiaları dəstəkləyir, digərləri isə (Flu daxil olmaqla) bunu rədd edir. Flyu Oksford, Aberdin, Keele və Ridinq Universitetlərində və Torontodakı York Universitetində dərs deyib.
Antoni Liu
Antoni Liu (6 iyun 1987) — Amerika Samoasından olan cüdoçu. Antoni Liu Amerika Samoasını 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Antoni Liu birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Latviyanın nümayəndəsi Yevgeniys Borodavko ilə üz-üzə gəldi. Həmin görüşdə Antoni Liu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Antoni Martial
Anthony Joran Martial (5 dekabr 1995, Massi[d]) — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir. Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür. Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir. 2024-cü ilin iyun ayında Antoninin klubdan ayrılacağı bilindi. == Milli yığma == Martial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı. Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı.
Antoni Nvakaeme
Antoni Nvakaeme (21 mart 1989, Laqos) — Nigeriyalı futbolçu. "Trabzonspor" klubunun Hücumçusudur.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Antoni Suaybi
Antoni Tapiyes
Antoni Tapiyes (ing. Antoni Tàpies; 13 dekabr 1923[…], Barselona – 6 fevral 2012[…], Barselona) — İspaniyalı rəssam və heykəltaraş. XX əsr İspaniya rəssamlığında mücərrəd və avanqard janrın önəmli təmsilçilərindən biri. == Həyatı == Antoni Tapiyes 1923-cü il dekabr ayının 13-də Barselonada anadan olub. Barselona Universitetinin Hüquq fakültəsində təhsil alıb, amma üç ildən sonra rəssamlığa olan həvəsi universiteti tərk etməsinə səbəb olub. 1950-ci ildə ilk fərdi sərgisini açıb. Bundan sonra Parisə köçən A. Tapiyes burada mücərrəd janrda əsərlər yaratmağa başlayıb. 1990-cı ildə Barselonada Antoni Tapiyes fondunu yaradıb ki, burada 2000-ə qədər rəssamın əsəri yerləşdirilib. Fondda həmçinin gənc rəssamların yetişdirilməsi və moderinizm janrının təbliği istiqamətində fəaliyyət göstərib. Antoni Tapiyes 6 fevral 2012-ci ildə 88 yaşında vəfat edib.
Anuçin adası
Anuçin (rus. Остров Анучина, yap. 勇留島) — Kuril adalarına daxil olan Cənubi Kuril sırasına daxildir. İnzibati cəhətdən Rusiyaın Cənubi Kuril şəhər dairəsinə daxildir. Yaponiya adaya iddia edir. İnzibati cəhətdən Hokkaydo qubernatorluğu Nemuro dairəsi ərazisinə daxil edilir. Yaponlar adanı Habomay adarı qrupuna daxil edirlər. Adanın sahəsi 5 km² təşkil edir. Maksimal hündürlük 33 metrdir. Tanfilev adasından Tanfilev boğazı ilə ayrılır.
Dmitri Anuçin
Dmitrii Nikolayeviç Anuçin (27 avqust (8 sentyabr) 1843 və ya 8 sentyabr 1843, Sankt-Peterburq – 4 iyun 1923[…], Moskva) — rus coğrafiyaşünası, etnoqrafı, akademik. Rusiyada antropologiya elminin əsasını qoyan. == Həyatı == D. N. Anuçin 1843-cü ildə Peterburqda anadan olmuşdur. Atası Kutuzovun ordusunda əsgər kimi xidmət etməsinə baxmayaraq onda elm sahəsinə xüsusi maraq olmuşdur. Coğrafiya, etnoqrafiya və arxeologiya sahəsində geniş biliyə malik olan Anuçin Rusiyada antropologiyanın banilərindən biri olmuşdur. 1854-cü ildə gimnaziyaya daxil olmuşdur. Daha sonra Peterburq universitetinə daxil olmasına baxmayaraq, xəstəlik təhsilini yarımçıq qoymağa məcbur edir. Müalicədən qayıtdıqdan sonra Moskva universitetinə daxil olur. 1867-ci ildə universiteti bitirir və Moskva zoologiya bağına işə düzəlir. Dağılmaqda olan bağ Anuçinin fəaliyyəti nəticəsində Orta Asiya, Sibir, Afrikanın nadir heyvanları ilə əvvəlki görkəminə qaytarıldı.
Mark Antoni
Mark Antoni (e.ə. 83, Roma, Qədim Roma – e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında senat qoşunlarına məğlub olduqdan sonra Oktavian Avqust və Mark Emili Lepid ilə ittifaqa girmiş (2-ci triumvirat), e.ə. 42-ci ildə Oktavianla birgə Sezarın qatilləri Brut və Kassini məğlub etmişdi. Bundan sonra imperiyanın şimal əyalətlərini idarə edən Antoni, Misir hökmdarı Kleopatra ilə yaxınlaşmış və Misirə arxalanaraq hakimiyyət uğrunda Oktavianla mübarizəyə başlamışdı. E.ə. 36-cı ildə Antoni 100 minlik qoşunla Atropatenaya hücum etmiş, lakin tələfat verərək (təqr. 24 min nəfər) geri çəkilmişdi.
Antoni Polemon
Mark Antoni Polemon (yun. Μάρκος Ἀντώνιος Πολέμων, lat. Marcus Antonius Polemon), həmçinin Smirnalı Polemon və ya Laodikeyalı Polemon (təq. 90, Laodikeya – təq. 144, Roma) — Qədim Roma sofisti, Aristid müəllimi. Polemon Laodikiyada anadan olmuşdur, Anadolu yunanlarından idi. O, təkəbbürlü və hazırcavab bir insan kimi xarakterizə olunmuşdur. Polemon imperatorlar Trayan və Adrianın himayəsi altında idi, Antonin Piy ilə yaxşı münasibəti vardı. Polemon şiddətli podaqraya dözə bilməyib intihar etmişdir. Polemonun təsviri Afinada tapılan portret büstü hesab olunur.
Antoni Teylor
Entoni Teylor (20 oktyabr 1978, Mançester) — ingilis peşəkar futbol hakimi. 2010-cu ildə o, əsasən Premyer Liqada hakimlik edən Seçilmiş Qrup Hakimləri siyahısına yüksəldi və 2013-cü ildə FİFA-nın Avropa və beynəlxalq matçları idarə etməsinə icazə verilən hakimi oldu. 2015-ci ildə Uembli Stadionunda Çelsinin Tottenham Hotspuru 2–0 hesabı ilə məğlub etdiyi Futbol Liqası Kubokunun finalını idarə etmişdir. Teylor həmin ilin sonunda "Arsenal"ın "Çelsi"ni 1–0 hesabı ilə məğlub etdiyi zaman İcma Qalxanını idarə etmək üçün Uembliyə qayıtdı. O, 2017 və 2020-ci illərdə İngiltərə Kuboku finallarında, həm Çelsi, həm də Arsenal arasında hakimlik edib. Arsenal hər iki görüşdə 2–1 hesabı ilə qalib gəlib. Seçimdən sonra o, 1901-ci ildə Artur Kinqskottdan sonra ikinci İngiltərə Kubokunun finalını idarə edən ilk hakim olub. == Karyerası == === İlk illəri === Teylor hakimlik karyerasına 2002-ci ildə Şimali Premyer Liqa oyunlarını idarə edərək başlayıb. O, 2004-cü ildə Şimal Konfransında hakimliyə yüksəlik. O, 2006–07 mövsümünün əvvəlində Futbol Liqasının hakimlər siyahısına təyin edildi və ilk təyinatı 2006-cı ilin avqustunda 0–0 heç-heçə ilə başa çatan Reksem və Peterboro Yunayted arasında Liqa II matçı üçün oldu.
Plazi
Plazi davamlı və açıq əlçatan rəqəmsal bio-taksonomik ədəbiyyatın inkişafını dəstəkləyən və təşviq edən İsveçrədə yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
Keyt Qlasko
Keyt Qlasko (ing. Keith Alexander Glascoe) — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Qlasko "Leon" filmində canlandırdığı Benni obrazı ilə məşhurluq əldə etmişdir. Aktyorluq fəaliyyəti ilə yanaşı Nyu-York Yanğınsöndürmə Departamentində yanğınsöndürən olaraq çalışan Keyt Qlasko 11 sentyabr terror aktları zamanı Dünya Ticarət Mərkəzində baş verən yanğını söndürən zamanı binanın çökməsi nəticəsində həlak olmuşdur. Keyt Klasko hadisə nəticəsində həlak olan 347 yanğınsöndürəndən biri idi.
Mixail Qluzski
Mixail Andreyeviç Qluzski (rus. Михаил Андреевич Глузский; yanlış tarix (yuli təqvimi 1918-01-26 tarixindən sonra istifadə olunmur), Kiyev – 15 iyun 2001, Moskva) — Sovet və rus teatr-kino aktyoru, SSRİ xalq artisti (1983). Mixail Qluzski 21 noyabr 1918-ci ildə Kiyevdə anadan olmuşdur. 1940-cı ildə "Mosfilm" kinostudiyasında olan aktyor məktəbini bitirmişdir. 1940-cı ildən orduda xidmət etmiş və Böyük Vətən müharibəsinin iştirakçısına çevrilmişdir. 100-dən artıq filmdə çəkilmişdir. "Sakit Don", "İki okeanın sirri", "Qafqaz əsiri" və s. filmlər buna misal ola bilər. Mixail Qluzski eyni zamanda radio və televiziyada işləmiş, bir çox xarici filmlərin dublyajı ilə məşğul olmuşdur. 1946–1995 illərdə Qluzski Kinoaktyor teatr-studiyasının, 1994-cü ildən isə "Müasir pyeslər məktəbi" teatrının aktyoru olmuşdur.
Qlazqo (Montana)
Qlazqo — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər. 2020-ci il aprelin 1-də aparılan siyahıyaalmaya əsasən əhalisi 3202 nəfər təşkil edir.
Qlazqo Universiteti
Qlazqo Universiteti (ing. University of Glasgow) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri. Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur. Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur. Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır. Hazırda, 9 institut və 4 kollec başda olmaqla, ümumən 3 kampusda yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır. Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir. Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş, 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir. The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir. Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə, QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır.