Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nicolas Appert
Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan – 1 iyun 1841, Massi[d]) — fransız ixtiraçı. == Həyatı == Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli.
Qordon Alport
Qordon Alport (11 noyabr 1897 - 9 oktyabr 1967) — Amerika psixoloqu. == İstinadlar == == Xarici keçidlər == Allports classic paper on autonomy of motives at Classics in the History of Psychology page.
Rixard Rapport
Rixard Rapport (25 mart 1996, Sombatxey) – Macarıstan əsilli şahmat qrosmeysteridir . Rumıniyanı beynəlxalq şahmat yarışlarında təmsil edir. Şahmat vunderkindisi o , 13 yaş, 11 ay və altı gündə qrosmeyster titulunu qazanaraq onu Macarıstanın ən gənc qrosmeysterinə çevirdi. O, 2017-ci il Macarıstan Şahmat Çempionu olub və 2022-ci ilin may ayından etibarən dünyanın beşinci reytinqli oyunçusu olub. == Erkən həyat == Rapport, Szombathelydə , hər iki iqtisadçı Tamás Rapport və Erzsébet Mórocz ailəsində anadan olub . Şahmatı dörd yaşında atasından öyrənib. == Başlıqlar == 2006-cı ildə 10 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub. Rapport 2008-ci ildə Milli Master titulunu qazandı və gələn il Beynəlxalq Master oldu. 2010-cu ilin mart ayında Szentgotthárdda Gotth'Art Kupada o, Qrossmeyster titulu üçün son norma və reytinq tələblərini yerinə yetirdi. 2006-cı ildə 10 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.
Alpout
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Qurbanov vaxtilə Azərbaycan dilində, onun dialektlərində saxlanmış, lakin qədim türk abidələrində və başqa türk dillərində mövcud olan qədim alb – (alp) cəsur, qoçaq (…alban) leksik ünsürlərdən bəhs etmişdir.Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Mübariz Yusifov da Azərbaycan ərazisində oğuz tayfaları ilə bağlı yer adları haqqında danışarkən Tovuz, Ağstafa və s. adlarla yanaşı Alpoud yer adını belə izah edir: "Alpoud" yer adının birinci tərəfində "alp" sözü işlədilir. Mənaca bu söz böyük, qüdrətli, yenilməz anlayışı bildirir"Azərbaycan Sovet Ensiklopediyasında bir yerdə Alpan (Quba rayonu), üç yerdə Alpout (Qazax, Göyçay, Ucar rayonları) kəndlərinin olduğu qeyd edilir. Azərbaycan SSR-nin Bərdə, Qazax, Qasım İsmayılov, Göyçay, Laçın, Ucar rayonlarındakı Alpoud, İranda isə əhalisi azərbaycanlılardan ibarət olan Alpovut və Alfovut kəndlərinin adı ehtimal ki, Alpoutlarla əlaqədardır. Alpout (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Alpout (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Alpout (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Alpout (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Alpout (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Alpout (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Deport
Pasport
Pasport (fr. passeport) — 1. Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd. Xarici pasport. 2. Hər hansı bir maşın, avadanlıq, qurğu, təsərrüfat aləti və s. Haqqında əsas məlumatlar yazılmış qeyd şəhadətnaməsi. Avtomaşının pasportu. Dəzgahın pasportu. Televizorun pasportu.
Sapporo
Sapporo (yap. 札幌市) — Yaponiyanın Hokkaydo prefekturasının mərkəzidir. Şəhərin rəsmi yaranma tarixi 1868-ci il hesab olunur. 1972-ci ildə XI Qış Olimpiya Oyunları Sapporoda keçirilmişdir.
İmport
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Müdaxilə etmədən baş verən bir abort, "spontan abort" olaraq tanınır və hamiləliklərin təxminən 30-40%-ində baş verir.Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir, lakin təhlükəli abort, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana ölümünün əsas səbəbidir. while making safe abortion legal and accessible reduces maternal deaths.Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Alpout (Bicar)
Alpout (fars. الپهوت‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (45 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Alpout (Bərdə)
Alpout — Azərbaycan Respublikasının Bərdə rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Laçın rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Alpout (Goranboy)
Alpout — Azərbaycan Respublikasının Goranboy rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Alpout kəndi Fəxralı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alpout kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1953-cü ildə keçmiş Samux rayonunun Alpout kəndinin buraya köçürülməsi ilə yaranmış yaşayış məntəqəsi keçmiş kəndin adını saxlamışdır. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Laçın və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir.
Alpout (Göyçay)
Alpout — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Laçın, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XV əsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Alpout (Laçın)
Alpout — Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir. XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq).
Alpout (Qazax)
Alpout — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sol sahilində, dağ ətəyindədir. == Tarixi == Toponim qədim türk mənbələrində 8 əsrdən adı çəkilən alpout (alpavut) tayfaların adı ilə əlaqədardır. Onlar XI-XII əsrlərdə Səlcuqi oğuzlarının, XIV-XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin axırlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Qazaxda, torpaqlar almışdılar. Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
Alpout (Ucar)
Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Alpout (Əhər)
Alpout (fars. الپاويت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (21 ailə).
Alpout bələdiyyəsi
Alpout bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Alpout bələdiyyəsi (Qazax) — Qazax rayonunda bələdiyyə. Alpout bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Alpout bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Alpout bələdiyyəsi (Ucar) — Ucar rayonunda bələdiyyə.
Benoist Apparu
Benoist Apparu(24 noyabr 1969[…], Tuluza) - Fransız mərkəz sağ siyəsətçi, keçmiş nazir.
Java applet
Java-applet-Java proqramlaşdırma dilində bayt-kod formasında yazılmış tətbiqi proqram.Java- appletlər veb-brauzerdə Java virtual maşınından (JVM )istifadə edilməklə,yaxud apletləri testləmək üçün avtonom AppletViewer alətində yerinə yetirilir.Java-apler 1995-ci ildə Java dilinin ilk versiyasında tətbiq olunub.Adətən Java dilində yazılsa da,Java-apletlər Java bayt-koduna kompilyasiya olunan başqa proqramlaşdırma dillərində də (məsələn,Jython) yazıla bilər. Veb-proqramlara HTML dilinin verə bilmədiyi interaktiv imkanlar əlavə etmək üçün apletlərdən istifadə olunur.Java bayt-kodu platformadan asılı olmadığından Java apletlər bir çox platformaların (Microsoft Windows,UNİX,Apple Mac OS və GNU/Linux daxil olmaqla)brauzerləri tərəfindən plaginlərin köməyi ilə yerinə yetirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Qordon Olport
Qordon Olport (11 noyabr 1897-ci il - 9 oktyabr 1967-ci il) - ABŞ psixoloqu. == Həyatı == ABŞ-də, İndiana ştatının Montezuma şəhərində doğulub. == Fikirləri == Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. == Mənbə == Ümumi psixologiya.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Sapporo Universiteti
Sapporo Universiteti (yap. 札幌大学) — Yaponiyanın Sapporo şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1967-ci ildə qoyulmuşdur.
Stradivari Duport
Duport Stradivari, 1711-ci ildə İtaliyanın Kremona şəhərində Antonio Stradivari tərəfindən hazırlanmış violonçeldir.Alət adını 1800-cü illər ərəfəsində yaşamış bəstəkar Jan Lui Duporta görə alıb. == Tarixi == Violençelin 1711-ci ildə Kral XIV Lüdovikin şəxsi həkimi François Chicoyneau-nun istəyi ilə inşa edilməsi güman edilir.Chicoyneau 1752-ci ildə öldükdə, violonçel satılması üçün Parisə göndərildi və açıq hərraca çıxarıldı.Xərrac zamanı Duport violençeli ala bilməsə də,Duport qardaşları daha sonra daha ucuz qiymətə violençeli ala bildilər. 1812-ci ildə Jan Lui Duport Tüiliri sarayında konsert verdiyi zaman Napolyon da alətdə ifa etmişdir.Violençeldə hələ də görünə bilən çuxurun Napolyonun diqqətsizliyi səbəbindən meydana gəldiyi deyilir.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.