Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saori Ariyoşi
Saori Ariyoşi (d. 1 noyabr 1987) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 1 qol vurub.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Malta arısı
Malta arısı (lat. Apis mellifera ruttneri) — Bal arısının qərb yarımnövü. == Formalaşması == Malta arısı Malta adalarının təbiətinə uyğunlaşmış, qərb bal arısının bir yarımnövüdür. Malta adalarının materik Avropasından ayrılmasından sonra müstəqil bir yarımnöv kimi inkişaf etmişdir. == Xüsusiyyətləri və davranışları == Arı nisbətən qara rəngə malikdir. Yüksək temperatur, quru yay və sərin qışlara yaxşı uyğunlaşmışdır. Koloniyalarda il boyu artım müşahidə edilir. Adaların fəsillərə yaxşı uyğunlaşmışdır. Şanı yaxşı təmizləyirlər. Kifayət qədər tədarük olduqda ümumiyyətlə, kraliçanı uçururlar.
Qabaqtəpə arısı
Qabaqtəpə arısı - Bozdağ-Qafqaz arılarına daxil olan populyasiya yerli şəraitin təsiri nəticəsində meydana gəlmişdir. Bu arı ölkəmizin Daşkəsən rayonu Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır. Bu populyasiya dünyada uzun xortumlu olması ilə fərqlənir. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır.
Bakfast arısı
Bakfast arısı (lat. Apis mellifera buckfast) — Bakfast arısı 1919-cu ildən Böyük Britaniyanın Devon şəhərindəki Bakfast abbadlığında arıçılıqla məşğul olan Karl Kehrl (1898-ci ildə Almaniyada anadan olub) tərəfindən hazırlanmış bir çox yarımnöv və onların ştamplarının çarpazı olan bal arısı cinsidir. Bakfast arısının yetişdirilməsi hazırda bütün Avropada Avropa Bakfast Arıçılar Federasiyasına (G.D.E.B.) aid olan damazlıqçılar tərəfindən həyata keçirilir. Bu təşkilat Bakfast arıları üçün Adam qardaşları dövründən yaranan bir şəcərəni saxlayır. 1916-cı ildə abbatlıqda yalnız 16 sağ qalan koloniya qalmışdı. Onların hamısı ya İtaliyadan olan Liquriya (A. m. ligustica), ya da ingilis qara arısı (A. m. mellifera-nın indi nəsli kəsilmiş fenotipi) ilə cütləşmiş Liquriya kraliçaları idi; 1919-cu ilə qədər bu arılar da ölür və nəticədə Karl İtaliyadan və həmçinin Fransadan yenidən ana arılar gətirir və o, Bakfast arısı kimi tanınacaq şeyi inkişaf etdirməyə başlayır.
İtalya arısı
İtaliya arısı
İtalya arısı və ya Liquriya arısı (lat. Apis mellifera ligustica) — bal arılarının yarlmnövlərindən biri. İtalya arı cinsi İtaliyanın kontinental hissəsindən, Apennin yarımadasından, Alp dağlarının cənubundan, Siciliyanın şimalından gəlir. Yəqin ki, bu yarımnöv İtaliyada son buz dövründə sağ qalmışdır. Yarımnöv Pireney yarımadasından və Siciliyadan olan arılardan genetik olaraq fərqlidir. Bu bütün bal arıları arasında ən çox yayılmış cinsdir, çünki bu yarımnöv subtropik və mülayim iqlimlərin əksər növlərinə yaxşı uyğunlaşır, lakin rütubətli tropik bölgələrdə inkişaf etmir. İtalya arıları quraq yayı, uzun müddət bal axını və mülayim, rütubətli qışı olan mərkəzi Aralıq dənizinin isti iqlimində inkişaf etmişdir. Buna görə də, uzun şiddətli qış və tez-tez soyuqlar olan uzun yazın olduğu şimal enliklərində arılar o qədər də yaxşı uyğunlaşmır və bu şəraitdə onların yetişdirilməsi əhəmiyyətli çətinliklər yaradır. Payızda balalarını gec yetişdirmək vərdişi bal istehlakını artırır. İtalya arıları adətən olduqca zəhmətkeşdirlər.
Dağıstan zolaqlı arısı
Dağıstan zolaqlı arısı (lat. Bombus daghestanicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Yayılması == Qafqaz üçün endemik olan növ. Azərbaycanda (Zəngəzur sıra dağlarının yüksəklikləri) Şahbuz, Böyük Qafqaz (Zaqatala, Şəki, Qəbələ, Qax) rast gəlinir. Üstəlik onlara Dağıstan və Gürcüstan ərazilərində belə rast gəlmək olar. Xüsusi ilə Meşə zonası və çöl çəmənliklərdə yayılırlar. Son zamanlar insan fəaliyyəti nəticəsində sayları azalır. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan SSR, Qırmızı Kitabı . 1989.
Eşşək arısı (komiks)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Eşşək arısı (personaj)
Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur. 2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir. "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur. 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir. == Bioqrafiya == Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur.
Fars zolaqlı arısı
Fars zolaqlı arısı (lat. Bombus persicus) — Zərqanadlılar dəstəsinə, Əsl arılar fəsiləsinə aid növ. == Təsviri == Uzunluğu 18 – 22 mm-dir. Döşün və qarıncığın orta hissəsi qar kimi ağ uzun tüklərlə örtülüdür. Döşün arxa hissəsi, qarıncığın ön və arxa hissəsi isə uzun qara tüklərlə örtülmüşdür. Arxa ətraflardakı "səbətciyin" tükləri ağ, qanadları isə tutqundur. == Yayılması == Türkiyə, İran, Gürcüstan, Azərbaycanda Naxçıvan MR (Zəngəzur sıra dağlarının yüksəklikləri) rast gəlinir. == Həyat tərzi == Zımbırtikan və kəklikotu üstünlük təşkil edən quru yamaclar, bozqır çəmənlərlədə yayılırlar. == Sayı == Az saylı növdür == Məhdudlaşdırıcı amillər == Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması. == Qorunması üçün qəbul edilmiş tədbirlər == Azərbaycanın Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Mlokoseviç zolaqlı arısı
Mlokoseviç zolaqlı arısı (lat. Bombus mlokosievitzi) — Əsl arılar fəsiləsinə və Thoracobombus yarımcinsinə aid arı növü. Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Otlaq sahələrinin kütləvi istifadəsi nəticəsində sayı azalmışdır. Növün adı rus zooloqu Lyudvik Mlokoseviçin şərəfinə adlandırılmışdır. Əsasən subalp və alp qurşağda yayılırlar. Bu xüsüsiyyət eyni ilə Azərbaycan ərazilərində də müşahidə edilir. Cənubi Qafqazın endemik canlısıdır.
Porçinski zolaqlı arısı
Porçinski zolaqlı arısı (Bombus mlokosievitzi) — Bombus cinsinə aid nadir növ. Bu növ Azərbaycanın Qırmızı kitabına düşən həşaratlar siyahısına salınmışdır. Sayları heyvandarlığın inkişafı ilə əlaqədar getdikcə azalır. İlk dəfə polyak Entomoloqu və general Oktaviy İvanoviç Radoşkovski tərəfindən qeydə (1820–1895) alınmışdır. Növün adı İosif Porçinskinin şərəfinə adlandırılmışdır (1848–1916) — rus entomoloqu. Qarışıq meşə və dağ ərazilərində yayılırlar. Cənubi Qafqazın endemik canlısıdır. Azərbaycanda əsasən Gölgöl gölü ətrafı ərazilərdə yayılırlar. Türkiyə və İranın hündürlüyü 3500 m olan bölgələrində rast gəlinir. Bu növün ziyarət etdikləri bitki növləri: Acantholimon androsaceum, Astragalus ornithopoides, Campanula glomerata, qıvrım şeytanqanqalı, Centaurea glastifolia, Jurinea moscus, Lamium amplexicaule, Salvia, Taraxacum, Trifolium pratense, Lallemantia canescens, Nepeta fissa, şeytanqanqalı, Vicia pannonica, Melampyrum arvense, Astragalus aureus, Centaurea glastifolia, Prunella vulgaris, Stachys cretica, Anchusa leptophylla, Astragalus baibutens, Chartolepis glastifolia, Lamium tomentosum, Medicago falcata, Salvia verticillata, Trifolium ambiguum.
Sarı Qafqaz arısı
Sarı Qafqaz arısı (lat. Apis mellifera remipes) — bal arısının bir yarımnövü. Bu arı qrupuna Gürcüstan, Ermənistan və Azərbaycanın sarı arıları daxildir. Üç populyasiyaya bölünür: erməni sarısı (Ermənistanın dərə və dağətəyi rayonları), “Dərəsarısı” (Gürcüstanın və Azərbaycanın aran rayonları) və “Şimali Qafqaz” (Kuban) “Enli ayaqlılar” (Rusiyanın Krasnodar, Stavropol diyarlarının və Rostov vilayətinin çöl bölgələri). K. A. Qorbaçovun, Skorikovun fikrincə, bu arılar Boz Qafqaz arılarının “Sarı fars arısı” (Apis meda) ilə qarışığından əmələ gəlib. Bu arıların xortumu Boz Qafqaz arılarından (6,5-6,9 mm) bir qədər qısadır, lakin [[|Çəmənlik üçyarpaq yoncası|yoncada]] da yaxşı işləyir. Bir günlük arının çəkisi 90 mq, sonsuz ana arının çəkisi 180 mq, məhsuldar ana arının çəkisi 200 mq-dır. Sarı Qafqaz cinsinin uterusunun məhsuldarlığı gündə 1100-1700 yumurtaya çatır. Analar əsasən pətəyin aşağı hissəsinə bala qoyurlar. Sarı Qafqaz arılarının fərqləndirici xüsusiyyəti, arıların çoxlu ana üsküyü qoyduğu halda, beçə verməyə loyal olmasıdır.
Qarışqa-adam və Eşşək arısı (film, 2018)
Qarışqa-adam və Eşşək arısı (ing. Ant-Man and Wasp) — Marvel istehsalı film. 2015-ci il filmi Qarışqa-adamın davam filmidir. Kapitan Amerika: Qəhrəmanların savaşı filmindən sonra ev həbsinə məhkum olan Skot Lanq həm ata həm də superqəhrəman seçimlərinin nəticələrinə tab gətirir. Skot yeni tapşırığıa başlayır. Bu tapşırıqda Eşşək arısı ilə savaşacaq.
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Arıxlı
Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır. == Əhalisi == Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır. == İqtisadiyyatı == Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır.
Qarışqa-adam və Eşşək arısı: Kvantmaniya (film, 2023)
Qarışqa-adam və Arı: Kvantomaniya (ing. Ant-Man and the Wasp: Quantumania) — 2023-cü il ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının filmi. Filmin çəkilişləri Atlanta, London və Los-Ancelesdə aparılır.
Adişi
Adişi — Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. == Toponimkası == Adişi Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. Əsli Edişə. Azərbaycanda Hadrut və Cəlilabad rayonlarında Edişə, Qars əyalətində Edişa kənd adları ilə mənşəcə eynidir. XIX əsrdə Şimali Qafqazda noqaylar içərisində Edişə tayfası vardı.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Arısu
Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əlinağılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Gürcü larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Gürcüstan larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.