Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Areq
Pirmələk (Areq, Tatul) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim dini məna ifadə edən pir sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Areq qoyulmuşdur. Hal-hazırda kəndin adı Tatul adlanır.
Arum
Danaayağı (lat. Arum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Danaayağı növü Mikroneziya, Avropa, eləcə də Aralıq dənizi sahillərindən Qərbi Çinə qədər yayılmışdır. == Növləri == Arum alpinariae (Alpinar & R.R.Mill) P.C.Boyce Arum apulum (Carano) P.C.Boyce Arum balansanum R.R.Mill Arum besserianum Schott Arum byzantinum Blume Arum concinnatum Schott Arum creticum Boiss. & Heldr. Arum cylindraceum Gasp. Arum cyrenaicum Hruby Arum dioscoridis Sm. Arum dioscoridis var. cyprium (Schott) Engl. Arum dioscoridis var.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir.Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur. Məsələn, Məlikballı (Məlikbabalı)- Ucar r.), Məlikcanlı- Xocavənd r.), Məlikçobanlı (Ağsu r.), Məlikəhmədli (Qubadlı r.), Məlikkənd (Göyçay r.), Məlikqasımlı (perimbel tayfasının bir qolu kimi qeyd olunur-Cəlilabad r.), Məliklər (Dəvəçi r.), Məlikli (Qəbələ, Zəngilan, Zərdab) və s. Q.Qeybullayev Yardımlı rayonundakı Arus oykoniminin Orus (Urus) etnonimi ilə bağlı olduğunu qeyd edir.
Baruq
Barıq (Qoşaçay)
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
2K11 Kruq
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Abdulla Faruq
Əfəndiyev Abdulla Musa oğlu (24 aprel 1907, Poti, Kutaisi quberniyası – 1944) — şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın Göyçay rayonundakı Poti kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930).
Artuq bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.Oğuzların Döğər boyundan olmuşdur. == Anadoluda == Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir. Bu yürüş zamanı o, ordunun qərərgah rəisi Fəxrəldövlə ibn Cahirlə mübahisəsi yarandı. Mübahisənin səbəbi ibn Cahirin Mərvanilərlə sülh imzalamaq istəməsi idi.
Arum alpinum
Arum cylindraceum (lat. Arum cylindraceum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Arum cylindraceum
Arum cylindraceum (lat. Arum cylindraceum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Arum dracunculus
Dracunculus vulgaris (lat. Dracunculus vulgaris) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin dracunculus cinsinə aid bitki növü.
Arum elongatum
Uzunsov danaayağı (lat. Arum elongatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kök yumruları yastıtəhərdəyirmidir.Gövdə yarpaq saplağından uzundur. Örtük neştərvaridir, uzanmışdır,xaricdən yaşıl və ya tünd qırmızıdır, sivri sonluğu gərilmişdir. Yarpaqları saplaqdan qısadır,uzanmış-nizəşəkilli formadadır, orta bölümü kütləşmişdir, uzunsovdur, kənardakılar 2-3 dəfə qısadır, qabarıq və ya geriyə qatlanmışdır. Qıça törəmələri iyşəkillidir, qısa saplaq üzərindədir, qalındır və uzunluğu 20 sm-ə qədərdir, örtükdən azacıq qısadır,bənövşəyi və ya tünd-qırmızı rəngdədir. May ayında çiçəkləyir və elə may ayında da meyvə verir. == Azərbaycanda yayılması == Otlu yamaclarda, dərələrdə, kolluqlarda və meşədə bitir. BQ (Quba), Qobustan, BQ şərq, Kür düzənliyi, KQ (hər yerində) Naxç.
Arum italicum
İtaliya danaayağı (lat. Arum italicum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Arum maculatum
Xallı danaayağı (lat. Arum maculatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Aruz Vartan
Aruz Vartan (23 iyun 1880 – 14 aprel 1945) — Azərbaycan əsilli alman film aktyorudur. O, karyerası ərzində əsasən dəstəkləyici rollar olmaqla 90-dan çox filmə çəkilmişdir. == Həyatı == Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olan Aruz Vartan Gürcüstan irsinə sahibdir. O, 1898-ci ildə Tiflisdə orta məktəbi bitirmiş, daha sonra qısa müddətdə Xarkovda (indiki Ukrayna ərazisi) tibb təhsili almışdır. O, Sankt-Peterburqa köçməmişdən əvvəl bir müddət Yaponiyada yaşamışdır. == Fəaliyyəti == 1905-ci il inqilabı zamanı o, Almaniyada Saksoniyaya köçdü və Frayburq Mədən və Texnologiya Universitetində təhsil aldı. O, Almaniyaya qayıtmamışdan əvvəl Çilidə və Boliviyada mədən mühəndisi kimi işləmişdir, daha sonra isə səhnədə və ekranlarda aktyor və ifaçı kimi fəaliyyət göstərmişdir. Öz fəaliyyətinin ilk illərində o, əsasən aparıcı rollarda yer alırdı, lakin zaman keçdikcə xarakterik rolları ifa etməyə başladı. Faşizm dövründə o, kiçik rollarda yer aldı, xüsusilə də ruslarda, məsələn, Bakıya hücumlar (1942). Aruz Vartan İkinci Dünya Müharibəsinin son həftələrində təbii səbəblərdən dünyasını dəyişdi.
Arıq (Məlikan)
Arıq (fars. اروق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,566 nəfər yaşayır (902 ailə).
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
I Faruq
I Faruq (ərəb. فاروق الأوّل‎; 11 fevral 1920[…], Qahirə – 18 mart 1965 və ya 1965, Roma) — 1936-cı ildən 1952-ci ilə Misirin kralı.
Kruq ZRK
2K11 Kruq (Rusca: 2К11 «Круг», “dairə”; NATO kod adı: SA-4 Ganef) – Sovet istehsalı daşınabilən hava hücumundan müdafiə sistemidir.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri == Həyatı == Sayman Aruz ( Saman Həsənzadə) aprel 19, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", “Dənizləri yelləndirən faciə” adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum оlunmuş və sоnra Avstriya ərazisindən qоvulmuşdur. Səbəb оnun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma vеrsiyasını nəşr еtməsi idi. Qısa müddət ərzində kitab antisеmit dairələrdə məşhurlaşmış və böyük əks-səda dоğurmuşdur. Vəziyyət qanun kеşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar еtmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar оrtaya çıxmışdır. Məlum оlmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, prоtеstantlığı, sоnra isə katоlisizmi qəbul еtmiş və antisеmit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia еdirdi ki, İudaizmin mühüm kitablarından оlan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs еdən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, оnları öldürməyə, aldatmağa, əmlaklarını оğurlamağa və qəsb еtməyə icazə vеrən 100 hökm var. Bu qaydalarda yəhudi оlmayanlar "akum" adlandırılır və hеyvan səviyyəsinə еndirilirlər.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.