Arımaq feilindən əmələ gəlib. “Təmiz” mənasında işlədilən arı sözü də buradandır (ad-feil omonimdir). Arıq adamın əti tökülür, bədəni “təmizlənir” (yüngülləşir). Başqa yozuma görə, sözün əsli örümək (ərimək) kimi olub, öt (ört) gəlməsi ilə bağlıdır. Öt isə “od” deməkdir, ütmək feilinin köküdür. “Təmizlənmək” mənasında indi arımaq kəlməsi işlədilir.