Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adagan
Adaqan
Şağan
Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsad a, 1948-ci ildə yenidən birləşdirildi. 1990-cı ildə Şağan qəsəbə statusu aldı. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır. == Tarixi == Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır.
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).
Uşaqan döyüşü
Uşağa döyüşü yaxud Uşaqan döyüşü — II Rusiya-İran müharibəsi dövründə Üçkilsə yaxınlığında baş vermiş döyüşdür. Döyüş Qacarlar İranı tərəfindən Abbas Mirzənin, Rusiya imperiyası tərəfindən isə general-leytenant Krasovskinin başçılığı ilə baş vermişdir. Döyüşdə rus qoşunları məğlub oldular. == Döyüş == II Rusiya-İran müharibəsinin gedişində İrəvan qalasını mühasirəyə alan general-adyutant K. X. Benkendorfa dəstəyə gələn Qafqazın baş komandanı general-adyutant İvan Paskeviç, qalanın yaxşı müdafiəsi və istilər səbəbindən İrəvan qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma keçdi. Qalanın mühasirəsini isə Krasovskiyə tapşırdı. Krasovskinin başçılığı altında 20-ci piyada diviziyası, Sevastapol, Krım piyada alayları, 39 və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində idi.Rus qoşunları Naxçıvandakı döyüşlərdə qalib gəlsə də, İrəvandakı rus ordusunun vəziyyəti getdikcə pisləşirdi. Belə ki, havaların isti keçməsi və əsgərlər arasında yayılan xəstəliklər rus qoşunlarının vəziyyətini günbəgün ağırlaşdırırdı. Krasovski vəziyyət barədə Paskeviçə məlumat verərək geri çəkilmək üçün icazə istədi. Paskeviçin icazəsindən sonra ruslar iyunun 21-də Üçkilsəyə doğru geri çəkildilər.Üçkilsədə yerləşən rus qoşunu iyulun 1-dək buranın müdafiəsini möhkəmləndirməklə məşğul oldu və qoşunun müəyyən hissəsini burada qoyaraq Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə saldı. Rus qoşunlarını təqib edən İrəvan qoşunları isə onların düşərgəsindən 10 verst aralı Alagöz dağının ətəyində onlara nəzarət edirdi.
Fransuaza Saqan
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[…] – 24 sentyabr 2004[…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır. == Həyatı == Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. == Təhsili və elmi karyerası == Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.
Şağan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şağan qalası
Şağan qalası — Şağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Abşeron qalalarından biri. 1841-ci ildə baş vermiş güclü zəlzələnin nəticəsində qalanın çox hissəsi dağılıb. Hazırda yalnız bir bürcü salamatdır.Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.2001-ci ildə Şağan qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. == Qalanın tarixi == Şağan qalası XII-XIII əsrlərdə tikilib. Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın hazırda 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Bu zəlzələ nəticəsində Şağan qalasına yaxın yerləşən Maştağa qalası tamamilə dağılıb. Uzun müddət dağıntı halında qalda yalnız 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib. Şağan qalası da Abşeronun digər qalaları kimi yeraltı yollara sahibdir.
Oleq Saqan-ool
Oleq Saqan-ool (tuvaca:Олег Карламович Саган-оол, d. 1 yanvar 1913 - 7 aprel 1971) — tuvalı şair, nasir, yazıçı və dramaturq. == Həyatı == Tuvanın Daa bölgəsində (indiki Çöön Hemçik) Hemçik Şemi kəndində anadan olmuşdur. 1928-ci ildə monqol dilini öyrədən Ulaştır məktəbini bitirmişdir. 1930-1935-ci illərdə Ulan-Udedə Monqol Fəhlə fakültəsində təhsil almış, İrkutsk Müəllim İnistitutunu, Sİ Kommunist Partiyası Tuva Bölməsinin Ali Partiya Məktəbini bitirmişdir. Qızıl şəhərində müəllimik etmişdir. Tuva radio komitəsini yaratmış, bölgə istehsalı ilə bağlı çalışmışdır. 1946-1947-ci illərdə Tuvanın Yazıçılar Birliyinə üzv olmuşdur. == Əsərləri == Yazıçılığa 1937-ci ildə başlamışdır. 1937-ci ilin ilk şer kitabı "Bizim ana yurdumuz" nəşr edilmişdir.
Təzəkənd-i Adağan (Maku)
Təzəkənd-i Adağan (fars. تازه كند آداغان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (26 ailə).
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur. == Coğrafiyası == İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir.
Abaxan
Alazan
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alıgan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Alıqan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Ağlağan
Ağlağan Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. == Toponimkası == Ağlağan- Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Bozabdal dağ silsiləsinin zirvələrindən birinin adıdır. Loru və Pəmbək bölgələrini ayıran dağdır. (hünd.2992m.) İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunun IV boyunda "kafirlərin" (yəni xristianların) sərhəddində dağ kimi çəkilir. Keçmişdə Qazax-Borçalı ellərinin yaylaq yeri olmuşdur. Ağ və mənası məlum olmayan Laqan sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Qızıl-Laqan, Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk, Dağıstan əyalətinin Teymurxanşura dairəsində Çakas-Laqan və başqa toponimlərdə mənası məlum olmayan "laqan" sözü vardır. 1747-ci ildə Borçalı bölgəsinin Baydar nahiyəsində bir kənd də Laxan adlanırdı. XX əsrin 30-cu illərində Ağlağan dağı fərmanla ermənicə Urasar adlandırılmışdır.
Aştyan
Aştiyan — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Aştiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,324 nəfər və 2,597 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Aştiyan dilində danışırlar.
Abaran (dəqiqləşdirmə)
Abaran, Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonu — Qərbi Azərbaycanın Abaran mahalı ərazisində rayon. Abaran mahalı — İrəvan xanlığında mahal. Abaran nahiyəsi — İrəvan əyalətinda nahiyə. Abaran — İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Abaran — Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında yaylaq. Abaran — İrəvan quberniyasının İrəvan qəzasında çöl adı. Abaran (çay) — İrəvan xanlığının Abaran mahalında çay adı.