Şağan qalası — Şağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Abşeron qalalarından biri.[1] 1841-ci ildə baş vermiş güclü zəlzələnin nəticəsində qalanın çox hissəsi dağılıb. Hazırda yalnız bir bürcü salamatdır.[2]
Şağan qalası | |
---|---|
40°29′51″ şm. e. 50°07′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Şağan |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
Vəziyyəti | xarabalıqları qalıb |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 94 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]
2001-ci ildə Şağan qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[4]
Şağan qalası XII-XIII əsrlərdə tikilib.[5][6] Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın hazırda 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Bu zəlzələ nəticəsində Şağan qalasına yaxın yerləşən Maştağa qalası tamamilə dağılıb. Uzun müddət dağıntı halında qalda yalnız 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb.[7] Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib. Şağan qalası da Abşeronun digər qalaları kimi yeraltı yollara sahibdir. Qalanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb. Qala qəsəbənin hündür yerində inşa edildiyi üçün üstündən dənizin sahilini və Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür.[2]
Qalanın düzbucaqlı donjonu mövcud olmuş və onun bəzi xarabalıqları günümüzə qədər gəlib çatmışdır. Donjon üç pillədən ibarət olub, maşikulilərinin izləri ilə öz bərpa həllini gözləyirdi. Ş.Fətullayev-Fiqarovun sözlərinə görə, qala divarlarının izləri son dövrə qədər qalanın ümumi konturunu müəyyən etməyə imkan vermişdi, lakin hazırda isə onlar yeni tikililərin altında məhv olmuşdur[8].